Ayətullah əl-üzma Məkarim Şirazinin məktubuna əl-Əhzərin Şeyxinin cavabı

Ayətullah əl-üzma Məkarim Şirazinin məktubuna əl-Əhzərin Şeyxinin cavabı


Siyasət adamları məzhəb (təriqət) qarşıdurmasından qətlə yetirmək, başqalarının işinə müdaxilə etmək, dini şəxsiyyətləri və müqəddəsləri təhqir etmək və s. məqsədilə istifadə edirlər.‌ Ayətullah əl-üzma Məkarim Şirazinin möhtərəm əl-Əzhər şeyxi doktor Əhməd Təyyiblə məktublaşmasının ardınca, o da, cənab Məkarim Şiraziyə ehtiramla cavab yazaraq sözügedən məktuba görə öz təşəkkürünü bildirdikdən sonra İslam vəhdətinin qorunmasının əhəmiyyətini xüsusi vurğuladı.‌

Həmin məktubda qeyd edilir:

İndiki zamanda təriqət ayri-seçkiliyi düşüncə ixtilafı həddində qalmamış, əksinə müharibə, qətl və qan tökməyə çevrilmişdir, belə ki, bundan nə əhli-sünnə, nə də şiə bəhrə götürür! Bundan yalnız müsəlmanların pusqusunda duran İslam düşmənləri yararlanır.

O əlavə edərək yazır: Siyasətçilər dini qarşıdurmadan qətlə yetirmək, başqalarının işinə müdaxilə etmək, dini şəxsiyyətləri və müqəddəsləri təhqir etmək və s. məqsədilə istifadə edirlər.

əl-Əzhərin şeyxi İslam təriqətləri alimlərinin müzakirələrinin zəruriliyinə işarə edərək birbaşa bildirdi: Mən dəfələrlə tanınmış sünni və şiə alimlərinin iştirakı ilə konfransların keçirilməsinin zəruriliyinə təkid etmişəm. Bəlkə bununla da hamımızın qarşılaşdığı təhlükələri aradan qaldıra və qələbə çala bilək. Bu konfransda əhli-sünnə tərəfindən şiənin qətlinin, həmçinin, şiənin əhli-sünnəni öldürməsinin haramlığını birbaşa bildirən fətva verilməlidir.

O, sonda Məkarim Şirazi həzrətlərinin konfransda iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.

captcha