Səudiyyə Ərəbistanında bir həftə ərzində şiələrə qarşı iki böyük cinayət həyata keçirildi; biri Qətif şəhərində İmam Əli (ə) məscidində, digəri Dəmam şəhərində İmam Hüseyn (ə) məscidində. Bu partlamalar çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələndi.
Biz bu terror aktlarını kəskin şəkildə qınayaraq soruşuruq: Ərəbistan dövləti bu işlərə razıdırmı? Əgər razı deyilsə, niyə qarşısını almır? Niyə şiə məscid və mərkəzlərinin ətrafına təhlükəsizlik qüvvələri yerləşdirmir? Niyə öz vətəndaşlarına qarşı belə etinasızdır?
Təkcə, abad Yəmən dövlətini xarabalıqlara çevirməyə gücləri çatır?!
Ərəbistan dövləti və Hicaz müftilərinin bu terror hadisəsini qınadıqlarını deyirlər, əgər belədirsə, bəs niyə hələ də onların dərslik kitablarında “Şiələr kafirdir; mal və canları halaldır.” yazılıb? Niyə kökləri qurutmurlar? Niyə İslamın onların əməlləri ilə bədnam olmasına səbəb olurlar?
Digər tərəfdən, xəbərlərdə deyilir ki, İŞİD bu cinayəti öz öhdəsinə götürüb. Bu bir igidlik deyil, əksinə bu, xarlıq, xəbislik, acizlik və çarəsizlikdir. Belə ki, cümə günü namazqılanlar məscid və ya məscid kənarında gizli bir intihar aktı ilə qanına qəltan edilir.
Yenə başqa bir tərəfdən, BMT-nin baş katibi yatıbmı? İnsan hüquqları üzrə mərkəzlər yuxudadırlarmı? İranda bir cəsus tutulduğu zaman hamının səsi yüksəlir, lakin bu böyük cinayətin müqabilində soyuqqanlıdırlar!
Allahın mərhəməti və bölgə camaatının dəyanəti sayəsində bu ədalətsizliklərin kökünün kəsiləcəyinə və dünya müsəlmanlarının əmin-amanlıq, məhəbbət və dostluq içərisində həyat sürəcəklərinə ümidvaram!