Ayətullah Məkarim Şirazi cənablarının “əl-Əzhər” universitetinin baş müftisi doktor Əhməd ət-Təyyibə yazdığı məktubun tam mətni

Ayətullah Məkarim Şirazi cənablarının “əl-Əzhər” universitetinin baş müftisi doktor Əhməd ət-Təyyibə yazdığı məktubun tam mətni


Məktubun məzmun baxımdan əhəmiyyətini nəzərə alaraq, onun tərcüməsini (həmçinin Ərəb dilində mətnini) burada qeyd etmək qərarına gəldik. Hər kəsin bu iki tanınmış şəxsiyyətin məktublarının məzmununa sadiq qalacağına ümidvarıq.‌

Allahın adı ilə
Tarixi məktub
"Ekstremist təkfirçi təhlükəsi" adı altında hicri-şəmsi tarixilə 1393-cü ilin azər ayında (2014-cü il, noyabr ayının sonlarında) təşkil olunan beynəlxalq konfransdan bir neçə gün sonra, həmin münasibətlə Misirin "əl-Əzhər" universitetində də qurultay təşkil edildi. Ayətullah əl-üzma Məkarim Şirazi cənabları Misirin "əl-Əzhər" universitetinin baş şeyxi Əhməd ət-Təyyibə mövzu ilə əlaqədar məktub yazdı və bir neçə gündən sonra "əl-Əzhər"in baş müftisi və şeyxi tərəfindən cavab məktubu gəldi. Məktubun məzmun baxımdan əhəmiyyətini nəzərə alaraq, onun tərcüməsini burada qeyd etmək qərarına gəldik. Hər kəsin bu iki böyük şəxsiyyətin məktublarının məzmununa sadiq qalacağına ümidvarıq.


Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin (“əl-Əzhər”in şeyxi) Əhməd ət-Təyyibə məktubunun tərcüməsi
 
Bismillahir Rəhmanir Rəhim
Əl-Əzhər universitetinin hörmətli rəhbəri, cənab doktor Əhməd ət-Təyyibə
Salamun əleykum və rəhmətullahi və bərakətuh!
İlk öncə, “əl-Əzhər”də keçirilən “Ektremist terrorizmlə mübarizə” adlı beynəlxalq konfransa İslam təriqətləri nümayəndələrinin dəvəti ilə bağlı dəyərli və şücaətli mövqeyinizə görə siz cənaba öz təşəkkürümü bildirirəm!
Hansı ki, həmin konfransda “iman”, “küfr” və “cihad” konsepsiyalarının izahı ilə bağlı səy göstərib düzgün fikirlər səsləndirmiş və həmçinin, İslam ümməti arasında vəhdətinin gücləndirilməsinə təkid etmisiniz.
Konfransın gedişatına hakim olan müsbət atmosfer, dəyərli nümunələr göstərməklə bağlı cənabın dolğun bəyanatı, eləcə də “əl-Əqsa məscidi və Fələstin mövzusu” ünvanında yaxın gələcəkdə keçirələcək konfransın elanı, hamı və hər kəs, İran alimləri və islamçı fəal qruplar tərəfindən – İslam izzəti və əzəmətinin dirçəldilməsi istiqamətində – müsbət qarşılandı.
"Əl-Əzhər"dəki konfransınızın təşkilindən bir həftə öncə Qum Elmi Hövzəsinin kənarında çox əhəmiyyətli konfransın təşkili bizə nəsib oldu və buna görə Allaha şükür edirik!
Konfransda səksən ölkədən elmi nümayəndə heyəti iştirak edirdi. Konfrans boyu yeddi yüz məqalə və faydalı çıxış təqdim olundu ki, əksəriyyəti çap ərəfəsindədir. Allahın izni ilə onlar siz cənaba təqdim ediləcək.
Xüsusi vurğulamaq lazımdır ki, sözügedən konfransda iştirak edənlərin altmış faizi, əhli-sünnənin dəyərli alimlərindən idi. Konfransın bütün fəaliyyətləri müsəlmanlar arasında vəhdət və müqəddəslərinə ehtirama təkid çərçivəsində olmuşdur. Konfransın gedişatı insidentsiz ötüşdüyü üçün Allaha şükür edirik!
Beləliklə, siz cənabın İslam dünyasındakı ali və dəyərli məqamını nəzərə alaraq qeyd etməliyik ki, əgər biz iki məzhəbin ifratçı qrupları qarşısında müqavimət göstərsək, şübhəsiz, parlaq gələcəkdə elmi həmrəylik istiqamətində bütün müsəlmanların faydalanacağı münasib atmosfer yaranacaqdır.
Bu səbəbdən, Misirin ali mövqeyinə və bu ölkənin böyük və şərəfli nailiyyətlərinə təkidimizi nəzərə alaraq buna inanırıq ki, hazırkı durumda, "əl-Əzhər" universitetinin hörmətli alimləri siz alicənabın rəhbərliyi altında təkfirçilərlə başlatdığınız mübarizəni nəticə almaq üçün davam etdirib tamamlamanız daha yaxşı olar.
İslam və müsəlmanlar üçün müvəffəq olun!
Qum – Nasir Məkarim Şirazi
5 rəbiül-əvvəl, 1436-cı hicri-qəməri ili.

 

 

captcha