Həzrət Ayətullah əl-uzma Məkarım Şirazinin informasiya bloku Azərbaycan və Rus dillərində yeni dizaynda fəaliyyətə başladı

Həzrət Ayətullah əl-uzma Məkarım Şirazinin informasiya bloku Azərbaycan və Rus dillərində yeni dizaynda fəaliyyətə başladı


Əhli-beyt (əleyhiməs-səlam) məzhəbinin inkişafı və yayılması istiqamətində, həmçinin dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanların İslam maarifinə duyduqları ehtiyacı nəzərə alaraq Həzrət Məkarim Şirazi cənablarının dəftərxanasının rəsmi internet saytı öz fəaliyyətinə Azərbaycan və Rus dillərində yeni dizaynda sınaq fəaliyyətinə start verdi.‌

Şirazi cənablarının dəftərxanasının rəsmi internet saytının müdiriyyətinin verdiyi məlumata görə Əhli-beyt (əleyhiməs-səlam) məzhəbinin inkişafı və yayılması istiqamətində dünyanın müxtəlif bölgələrində yaşayan rus və azərbaycandilli müsəlmanlar tərəfindən möhtərəm mübəlliğlər vasitəsilə göndərilən davamlı xahişləri nəzərə alaraq, Həzrət Ustadın göstərişi ilə saytın bu iki dildə yeni dizaynda sınaq fəaliyyətinə başladı. Mütəal Allahın lütfü və Həzrət Vəli Əsrin (ə.r) nəzəri ilə sayt məqbul səviyyədə informasiya ilə oxucuların istifadəsinə verildi.

Bu saytın fəaliyyətdə olan bölmələrindən Qurani-Kərimin, “Tovzihil-məsail” risaləsinnin, “İstiftaat” bölməsinin, eləcə də “Şiə sualları” və “Həzrət Ustadın həyatı” bölmələrinin müəyyən hissələrinin tərcüməsini misal çəkmək olar.

Saytının müdiriyyətinin məlumatına görə yaxın gələcəkdə Həzrət Ustadın tərcüməsi sona çatmış əsərləri adı çəkilən saytda yerləşdiriləcək.

captcha