Təkfirçi qruplaşmaların son cinayəti, bir qrup günahsız insanı şəhadətə yetirməsinin ardınca Ayətullah Məkarim Şirazi bu məzmunda bəyanat verdi:
Təkfirçi qruplaşmaların son cinayəti, bir qrup günahsız insanı şəhadətə yetirməsinin ardınca Ayətullah Məkarim Şirazi bu məzmunda bəyanat verdi:
Bu fitnələrin alovu elə bu gün söndürülsə belə, bu təkfirçi qruplaşmaların İslam ümməti daxilində törətdiyi cinayətlərin nəticəsi olan xəsarət və xarabalıqları abadlaşdırmaq istiqamətində on illərlə çalışmağımız lazımdır.
Bir cümlədə demək lazımdır "təkfirçilik" ideyası tamamilə ağıla, sünnəyə və Qurana ziddir. İslamın görkəmli alimləri bu yanlış təfəkkürün kökünü düzgün məntiqlə kəsməli və gənclərin onlara qoşulmasının qarşısını almalıdırlar.
28 yanvar 2016-cı ilə tarixində şiə dünyasının aliməqamlı mərcəyi-təqlidinin dəvəti və yüzlərlə şiə və sünni alimlərinin iştirakı ilə Qum şəhərində “Təkfirçi və ekstremist cərəyanlar mövzusunda beynəlxalq konfrans təşkil olundu və hər məzhəb və təriqətin ekstemist davranışlarını pisləməklə yanaşı, aşağıdakı bəndləri elan edir:
Qum elm mərkəzinin iki tədqiqatçı qrupu nəhs terrorizm və təkfir fenomeninin kökünü axtarmağa başladı və Səudiyyə Ərəbistanındakı vəhhabilikdən qaynaqlandığı məlum oldu. Bu kitab hal-hazırda fars dilində nəşr olunub və ərəb, ingilis və urdu dillərinə də tərcümə olunmaqdadır. Bitdikdən sonra dünya əhalisinin ixtiyarına veriləcək
Bəzi qərb ölkələri mənəfəətlərini terrorist qrupları himayədə görürdüklərini dilə gətirirlər.
Ayətullah Məkarim Şirazi təkfirçiliyin İslam dünyası üçün təhlükəsinə işarə edərək, bu təhlükənin tam kənarlaşdırılmasında yeganə çıxış yolunun intellektual və mədəni mübarizə aparmaq olduğunu xüsusi vurğuladı. Bu istiqamətdə KİV-lərin aparıcı rol oynaması labüddür.
Təkfirçilərin təhlükəsi onların yanlış düşüncə və ideologiyasından qaynaqlanır. İslam alimləri bu təfəkkürün kökünü qurutmağa borcludurlar. Zamanın qəribəliklərindən biri də kitab və məktəblərində təkfirçilik nəzəriyyəsi tədris olunan Səud sülasəsinin təkfirçiliyə qarşı otuzdan çox ölkənin qoşuduğu bir koalisiya yaratmasıdır.
Biz sübut etməliyik ki, bu qruplaşma müsəlmanların içində azlıq təşkil edir. Müsəlmanların əksəriyyəti onlarla əks mövqedədirlər. Onların qeyri-məntiqi addımlarının dini təlimlərlə heç bir əlaqəsi yoxdur.