İsrailin ömrü sona çatıb

İsrailin ömrü sona çatıb


Qərblilər və onların əlaltıları bu həqiqəti qəbul etməlidirlər ki, qəsbkar İsrail rejiminin ömrü sona çatıb. Bu oyanış Ərəb baharı deyil, İslam baharıdır. Onlar müsəlmanların hüquqlarını rəsmi olaraq tanımalı və onlara sayğı göstərməlidir.‌

Ayətullah Məkarim Şirazi cənabları İmam Rzanın pak hərəminin “Came” səhnində, Məğrib və İşa namazlarından sonra İslam qaynaqlarında təlim-tərbiyə qaydalarına toxunaraq dedi:
“Misir xalqının Qərb dövlətləri və onların bəzi Ərəb ölkələrindəki əlaltıları və muzdurlarının  onların inqilablarını müsadirə etmək uğrunda təhlükəli səy və hiylələrinin qarşısında dayanması və islam yönlü prezidentlərini seçməsi, sevindirici xəbərlərdəndir. Biz onları səmimi qəlbdən təbrik edirik və bu hadisələrə İslam və müsəlmanlar üçün qiymətli qələbə və regionda ciddi dəyişikliklərin mənbəyi kimi baxırıq. 
Cənab ustad regionda İslam oyanışının mesajını xatırladaraq qəsbkar İsrail rejiminin başçılarına xitabən dedi:
Bu hərəkatların işğalçı İsrail rejiminə birmənalı mesajı odur ki, ömrü sona çatıb, boğçasını götürüb regiondan çıxsın.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi sözlərinin davamında dedi: "Sözsüz ki, bu ölkədə yaşayan qeyri-müsəlmanlar İslam dininin şəfqət və mərhəmətindən bəhrələnirlər. Onların narahatçılığına heç bir səbəb yoxdur. Necə ki, bizim ölkəmiz İranda dini azlıq təşkil edən xristian, yəhudi və zərdüştlərlə heç bir problemimiz yoxdur. Onlar da digər vətəndaşlar kimi maksimum imkanlardan və azadlıqdan bəhrələnirlər."
Şirazi həzrətləri qərblilərin İran İslam Respublikasının və şiələrin əleyhinə yönəlmiş mənfi fəaliyyətlərinə toxunaraq Misir xalqına müraciət etdi:
"Hazırda əhəmiyyətli məsələ budur ki, Misir xalqı və onların qurduğu hökumət, regionda qərblilərin və onların əlialtılarının İran İslam Respublikası və dünya şiələri ilə bağlı başdan-başa yalan təbliğat və xülya pərdələrini yırtsın və bizi doğru tanısınlar. Biz bir-birimizə vəhdət əlimizi uzadaq, düşmənlərin müqabilində sarsılmaz qüvvəyə çevrilək, "əl-izzətu lillah və lirəsulihi və lil-möminin" ayəsinin məzmunu təzahür etsin."
Həzrət ustad sonda Qərb dövlətlərinin başçılarına xəbərdarlıq edərək dedi:
"Qərblilər və onların əlaltıları da bu həqiqəti qəbul etməlidir ki, bu oyanış Ərəb baharı deyil, İslam baharıdır. İsrail də bunu başa düşüb. Onlar müsəlmanların hüquqlarını rəsmiyyətə tanımalı, sayğı göstərməli və onlara zaman-zaman nifrət qazandıran hiylələrdən əl çəkməlidirlər."

Açar sözlər : Məkarim Ayətullah Şirazi
captcha