Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi, “Əzəm” məscidində keçirilən Fiqh-in ali tədrisində, həftənin əxlaq hədisini bəyan edib. “Qum Elm Hövzəsi”-nin çoxlu tələbə və aliminin iştirak etdiyi bu dərsdə, sözü gedən məsələyə tam ciddi yanaşmalarını istəyib. Şirazi cənabları, “təvəkkül” mövzusunda söylədiyi hədisi açıqladıqdan sonda deyib: “Yəqinə çatan bir kəs Allaha təvəkkül etməldir. Çünki o, həm izzət, həm də zillətin Onun əlində olduğunu bilir.”
Məkarim Şirazi həzrətləri şəffaf tərzdə bəyan edərək dedi: “Keçmişdə öz qüdrətləri ilə öyünən bəzi ölkələr bu gün zəlil olub başqalarına yalvarmağa başlayıb. Bu isə onların ilahi qüdrətə söykənmədiklərini göstərir. Məhz bu üzdən bu günü problemlərlə üzləşiblər.”
Məkarim Şirazi həzrətləri “Allaha inanmağın çox əhəmyyətli olduğunu bildirib. Sonra problemlərin imansızlıqdan nəşətləndiyi qeyd edərək dedi: “Allahlayıqsa hər bir şeyə sahibik . O təqdirdə heç bir şeydən qorxmayacağıq və qorxmamalıyıq.”
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi qərb ölkələrinin İranı embarqo ilə hədələdiklərinə işarə edərək deyib: “Bu gün qərb dövlətləri öz puç gümanlarına əsasən, dünyanın diqqətini bizim əleyhimizə səfərbər edib. Embarqo və hədələrlə bizim üçün məhdudiyyətlər qoyub. Bəziləri də bu hay-küydən təsirlənib. Halbuki bu embarqo və təhdidlərə əsla etina etməməliyik. Əgər öz vəzifələrimizi gözəl şəkildə yerinə yetirib Allahın yenilməz qüdrətinə söykəniriksə, heç bir şeydən qorxmamalıyıq və qorxmayacağıq.”
Məkarim Şirazi həzrətləri ərəb ölkələrindəki qaniçən diktatorların süqutunu və qərb ölkələrinin daxili problemlərdə çulğalaşmasını dünya əhalisi üçün böyük bir ibrət dərsi hesab etdi.
Məkarim Şirazi həzrətləri “Allaha inanmağı” çox mühüm sayıb və imansızlığı dünyanın mövcud problemlərinin mənşəyi hesab edərək dedi: “Hazırda dünya xalqlarını incidən məsələlərdən biri də narahatlıq və sinirlərin gərginliyidir. Ruhi sarsıntılar, depresiyalar və intihar hadisələrinin çoxu sinir sistemi problemlərdən yaranır. İmansızlıq isə onun amillərindən biridir. Buna görə də dünya əhalisi bu problemlərdən xilas olmaq istəyirsə, Yeganə Allaha imanı və etiqadı gücləndirməldir. Allaha etiqad bəsləməyənin ruhu aram ola bilməz.”
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi sözlərinin başqa bir hissəsində “savadsızlığa qarşı mübarizə” məsələsinə toxunaraq dedi: 1358-ci (miladi təqvimi ilə 1980) il - inqilabın yenicə qələbə çaldığı ilk günlərdə İmam Xomeyni (rəhmətullah əleyh) savadsızlıqla mübarizə fərmanını verdi ki, İslam İnqilabının elm və savad əsasında formalaşdığı əyani olaraq sübuta yetsin. Buna görə də İmam Xomeyninin (rəhmətullah əleyh) buyurduğu kimi bu ölkədə savadsızlığın kökü kəsilməlidir.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi “İslam elm və savad dini” adlandırıb dedi: “Övlad və valideynin çox sayda özünəməxsus hüquqları var. Elm öyrənmək övladın haqqlarından biridir. İslamda müəllim və şagirdin məqamı çox yüksəkdir, elm öyrənmək ibadət sayılır.
Məkarim Şirazi həzrətləri təkidlə dedi: Əgər elm iman və iltizamla yanaşı olmazsa, o elm və savad insanların həyatını təhdid edən təhlükəyə çevriləcək. Hazırda dünyada mövcud olan bəlalar, bilik adamları tərəfindən icad olunur. Atom, nüvə və bioloji silahları alim, bilikli lakin dinsiz və imansız şəxslərin əməyinin nəticəsidir.
Bu gün Amerikada “Wall Street” hərəkatının şahidiyik. Əhalinin yalnız bir faizini təşkil edən kapitalistlər hər şeyi əllərinə alıb. Bilik adamları isə, əhalinin 99 faiz təşkil edən xalq kütləsinin qanını zəli kimi soran o bir faizə xidmət edir. Bu da onu göstərir ki, elm və savad iman və vicdanla yanaşı olmazsa, insanlar üçün dərd-sərdən, problemdən başqa bir şey olmayacaq.
Ali təhsil mərkəzlərinin dərs vəsaitləri dəyişdirilməlidir
Məkarim Şirazi həzrətləri çıxışının digər bölümündə ali məktəb tələbələrinə bir tövsiyə edib dedi: “Əziz tələbələrin xaricə gedib müasir elmləri mənimsəyərək ölkəyə qayıtmasının eybi yoxdur. Lakin ehtiyatlı olmalıdırlar. O elmləri ali məktəblərdə süzgəcdən keçirmək - saflaşdırmaq lazımdır. Çünki qərb özünün yalnış mədəniyyətini bu elmlərə qarışdırıb.”
Məkarim Şirazi həzrətləri dedi: “Gənclər elə tərbiyə olunmalıdırlar ki, elm təhsil almaq üçün xaricə də getsələr, ideoloji azğınlığa düşmədən, qərbin mədəniyyətini özlərinə örnək etmədən, İslamın təbliğatçısına çevrilsinlər. Buna görə də övladlarımızı hərtərəfli silahlandırmadan xaricə göndərməyimiz çox təhlükəli bir işdir.”
Məkarim Şirazi həzrətləri xatırlatdı: “Bəzən ali məktəblərə Allah və Məsumlar (əleyhimus-salam) barəsində şübhə yaradan kitablar gətirirlər. Xüsusilə də bu, humanizm sahəsinə adi olan vəsaitlərdə daha çox görünür.
Ümid edir ki, savadsızlıqla mübarizə günü olan bu gündə, bu elmlər və dərs vəsaitlərinə yenidən baxılsın. Lazımsız materiallar təmizlənsin, qərbin materialist mədəniyyətinin ölkə daxilində yayılmasının şahidi olmayaq.”