“Qərbin elm sahəsində monopoliyasını sındırmaq lazımdır.”

“Qərbin elm sahəsində monopoliyasını sındırmaq lazımdır.”


Biz qərblilərin elmi inkişafda olan monopoliya səylərini sındırmalıyıq. Bizim gənclər öz yüksək istedadları ilə elmin bu paxıllarını utandırmalıdırlar‌

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Atom Enerjisi Təşkilatının üzvlərindən bir qrupu ilə görüşüb. Görüşdə onların dəyərli əməklərinə görə minnətdarlığını bildirərək deyib:
“İslam dininin əsas sütunlarını elm və bilik təşkil edir. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) qəlbinə nazil olan ilk ayələr də məhz elm və biliyin əhəmiyyətindən söz açır.”
O, əlavə edib: “İslam dini təkcə İslam və Quran elmlərinə deyil, bəşəriyyətin inkişafı istiqamətində təsirli və faydalı olan hər bir elmə əhəmiyyət verir. Hədislərə əsasən elm əldə etmək üçün dünyanın ən ucqar nöqtələrinə səfər etmək - dənizin dərinliklərinə dalmaq da tövsiyə olunub.”
Ali məqamlı ustad deyib: “Elmin müxtəlif sahələrində, şöhrəti dildən-dilə düşən İbn Sina, Zəkəriyyə Razi, Şeyx Bəhayi, Xacə Nəsrəddin Tusi kimi görkəmli alimlər məhz, dini elm ocaqlarının- İslam mədəniyyətinin və onun təlimlərinin yetirməsidir.”
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi əlavə etdi: "Tarix şahiddir ki, qərb aləmi, elmin böyük bölümünü müsəlman  şərqdən öyrənib. Lakin onlar hazırda sahib olduqları elmi yaymaqda təkcə paxıllıq göstərməklə kifayətlənmir, hətta başqalarının elmi kəşflərə əl atması ilə razılaşa bilmirlər. Bütün qüvvələri ilə bizdən almaq və bizi ondan məhrum etmək istədikləri nüvə enerjisi, ona bariz bir nümunədir."
O, sözünə davam edərək dedi: "Lakin biz qərblilərin elmi inkişafda olan monopoliya səylərini sındırmalıyıq. Bizim gənclər öz yüksək istedadları ilə elmin bu paxıllarını utandırmalıdırlar.”
Böyük mərcəyi-təqlid əlavə edib: "Sizin dinc məqsədlə nüvə enerjisi əldə etmək naminə göstərdiyiniz elmi səylər əslində əhəmiyyətli bir ibadətdir. Düşmənlərimiz bilir ki, biz kütləvi qırğın silahları əldə etmək istəmirik. Onlar bizi tibb, sənaye, kənd təsərrüfatı və həyatın bir çox bu kimi sahələrində dinc məqsədlər üçün əldə etmək istədiyimiz nüvə enerjisindən məhrum etmək istəyirlər. Lakin Allahın köməyi ilə həmişəki kimi heç nə edə bilməyəcəklər."

captcha