Ali məqamlı mərcəi-təqlidin Amerikada Qurani-kərimə qarşı hörmətsizlik olunmasına dair bəyanatı

Ali məqamlı mərcəi-təqlidin Amerikada Qurani-kərimə qarşı hörmətsizlik olunmasına dair bəyanatı


‌ ‌ Quranın düşmənləri bilsinlər ki, öz bu çirkin əməlləri ilə Qurani-kərimin əzəmətindən nəyisə azalda bilməzlər, əksinə bu əməllə öz vəhşiliklərini sübut etmiş olurlar. ‌

Bismillahir-rəhmanir-rəhim

Qurani-kərimi yandırmaq qərarını bütün kilsə rəhbərləri və dünya ziyalıları tərəfindən məhkum olunması şüursuz keşişin öz işindən əl çəkməsinə səbəb olsa da bir qrup dələduz Amerikanın bəzi küçələrində çox çirkin əmələ əl atmışlar. Çox güman ki, onlar sionizm mənbələrindən göstəriş alırlar.

Biz Qurani-kərimə qarşı baş verən bu dəhşətli hörmətsizliyi son dərəcə məhkum edirik. Təəccüblüdür ki, özlərinə mədəniyyət adı qoyduqları belə bir əsrdə bu kimi vəhşiliklər törədilir və bir milyard yarımlıq böyük bir cəmiyyətin müqəddəs kitabına hörmətsizlik edilir. Əgər Avropada həzrət peyğəmbərə (səlləllahu əleyhi və alih) qarşı hörmətsizliklərə başlanmasaydı, Amerikada belə əməllər törədilməzdi. Dünya təşkilatları dünyanın hər yerinə düşmənçilik toxumu səpən belə vəhşiliklərin qarşısını almaq üçün tədbir tökməli və dünyanın təhlükəsizliyinin bu asanlıqla nadan və cinayətkar qruplar tərəfindən pozulmasına və oyuncağa çevrilməsinə icazə verməməlidirlər.

Quranın düşmənləri bilməlidirlər ki, öz çirkin əməlləri ilə Qurani-kərimin əzəmətindən nəyisə azalda bilməzlər, əksinə bu əməllə öz vəhşiliklərini sübut etmiş olurlar.

 Vəllahu mutimmu nurihi və ləv kərihəl-kafirun.

13.09.2010.

 

Ayətullah əl-uzma Məkarım Şirazinin (m.a) dəftərxanasının məlumat bürosunun yaydığı məlumata görə:

Bu münasibətlə həzrət ustadın çərşənbə axşamı (14.09.2010) başlanması planlaşdırılan fiqh-xaric dərsi, bu təhqiramiz addıma etiraz olaraq tətil olundu.
Açar sözlər :
captcha