Ali-məqam mərcəyi-təqlid Ayətullah Məkarim Şirazinin Müqavimət cəbhəsinin bir qrup komandiri və mücahidcəsinə şəhid olmasının ardınca mesaj

Ali-məqam mərcəyi-təqlid Ayətullah Məkarim Şirazinin Müqavimət cəbhəsinin bir qrup komandiri və mücahidcəsinə şəhid olmasının ardınca mesaj


HƏMAS-ın siyasi ofisinin rəhbəri Zati-aliləri cənab İsmayıl Həniyə və Livan və İraqdakı Müqavimət Cəbhəsinin bir sıra digər komandirləri və mücahidlərinin qorxaqcasına öldürülməsi və şəhadət xəbəri təəssüfedici bir xəbər oldu‌

بسم الله الرحمن الرحیم
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ * الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

Allahın adı ilə
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!

HƏMAS-ın siyasi ofisinin rəhbəri Zati-aliləri cənab İsmayıl Həniyə və Livan və İraqdakı Müqavimət Cəbhəsinin bir sıra digər komandirləri və mücahidlərinin qorxaqcasına öldürülməsi və şəhadət xəbəri təəssüfedici bir xəbər oldu.

Bölgənin müsəlman xalqının müqaviməti və onların təcavüzkar və işğalçılara qarşı mücahidlik hərəkatı sionist düşməni o qədər çarəsiz vəziyyətə salıb ki, onun saxta reputasiyasını məhv edib, bütün bəşəri prinsipləri, beynəlxalq və humanitar qanunları pozaraq, bir tərəfdən bombardmanlarla və aciz insanları, məzlum qadın və uşaqları qətlə yetirməklə öz acizliyini gizlətməyə çalışır, digər tərəfdən isə müqavimət liderlərinə sui-qəsd edərək müqavimət cəbhəsini zəiflətməyə çalışır.
Amma Uca Allahın buyurduğu kimi: Möminlər Allahın tövhidliyinə çataraq qələbənin şirinliyini dadacaqlar, ya da şəhadət səadətinə qovuşacaqlar ki, hər ikisi xeyir və bərəkətlə doludur. Amma zalımları gözləyən şey, inşallah, İslam ümmətinin əli ilə onların başına gələcək məğlubiyyət və ilahi əzabdır.

Təbii ki, İranın qüdrətli hərbi və təhlükəsizlik qüvvələri İran İslam cümhüriyyətinin qonağının nahaq yerə tökülən qanının müdafiəsi üçün qisasçı düşməni sərt şəkildə cəzalandırması lazımdır.
Uca Allahdan bu şəhidlərin rəhmətini, sağ qalanlarına uzun ömür, xüsusilə də məzlum Fələstin xalqına səbr və mükafat, İslam ümmətinə şərəf diləyirəm. Allah hamısını rəhmət eləsin.
Qum - Nasir Məkarim Şirazi
10/5/1403

captcha