Nə üçün Qədr gecəsi gizlidir

Nə üçün Qədr gecəsi gizlidir


Nə üçün Qədr gecəsi gizlidir?‌


Bir çoxları inanırlar ki, Qədr gecəsinin ilin gecələrinin və ya mübarək Ramazan ayının gecələrinin arasında gizli olması insanların bütün gecələrə əhəmiyyət verməsi ilə bağlıdır. Necə ki, Allah-taala:
–Razılığını müxtəlif itaət və ibadətlər arasında gizlətmişdir ki, insanlar bütün ibadətləri yerinə yetirsinlər.
–Qəzəbini günahların arasında gizlətmişdir ki, insanlar bütün günahlardan çəkinsinlər.
–Dostlarını insanlar arasında gizlətmişdir ki, bütün insanlara hörmət edilsin.
–Qəbul etməsini duaların arasında gizlətmişdir ki, insanlar bütün duaları yerinə yetirsinlər.
–“İsmi-Əzəm”ini adları arasında gizlətmişdir ki, bütün adlarına hörmət göstərib böyük hesab etsinlər.
–Ölüm vaxtını gizli saxlmaışdır ki, insanlar hər an ona hazır olsunlar.
Bunlar, Qədr gecəsinin gizliliyi üçün bir fəlsəfə və dəlil kimi sayıla bilər.

Nəşr tarixi: « 1394/04/09 »

 

Açar sözlər : ramazan Qədr gecəsi
captcha