Şübhəli pulların duanın qəbul olmamasında təsiri

Şübhəli pulların duanın qəbul olmamasında təsiri


Bankların sələm yeməsi də bəlli məsələdir. Halal pullar sələmdən qazanılan pullara qarışır, bir halda ki, bütün işlər və yaşayış planları onların vasitəsilə həyata keçirilir.‌

Yaşadığımız dövrün problemlərindən biri bütün qidaların şübhəli olmasıdır. Əsas səbəbi də bütün pulların banka girməsidir. Bankların sələm yeməsi də bəlli məsələdir. Halal pullar sələmdən qazanılan pullara qarışır, bir halda ki, bütün işlər və yaşayış planları onların vasitəsilə həyata keçirilir.
Ayətullah Məkarim Şirazi bu gün Qum şəhərinin “Məscidul-Əzəm”ində təşkil olunan fiqhin ali mühazirələrində duanın qəbul olmamasının səbəblərinə toxunaraq buyurdu: Yaşadığımız dövrün problemlərindən biri də bütün qidaların şübhəli olmasıdır. Əsas səbəbi də bütün pulların banka girməsidir. Bankların sələm yeməsi də bəlli məsələdir. Halal pullar sələmdən qazanılan pullara qarışır, bir halda ki, bütün işlər və yaşayış planları onların vasitəsilə həyata keçirilir.
O, çıxışının başqa yerində ölkənin bir çox ərazilərini cənginə alan quraqlıqdan söz açaraq buyurdu: Bəziləri müxtəlif yollarla bizə çatdırır ki, yağış yağmasından ötrü niyə “istiğasə” namazı qılmırıq? Öz payıma deyim ki, istiğasə namazının bir sıra qayda-qanunları, şərtləri vardır və onları yerinə yetirmək mənə çətindir.
Ayətullah Məkarim Şirazi davamında buyurdu: Əgər “istiğasə” namazı qıla bilmiriksə, ən azından xalis niyyətlə dua və tövbə edək. “Səhifeyi-Səccadiyyə” kitabından və bir sıra hədislərdən anlaşılan budur ki, duanın qəbulunda salavatın təsiri misilsizdir. Həmçinin bir hədisdə deyilir ki, hər kim yeddi dəfə “Ya Ərhəmər-Rahimin” desə, Allah-taala duasını qəbul edər.
Ayətullah Məkarim Şirazi Allahın rəhməti olan yağışın yağmasından ötrü tələbələrlə birgə bu cür dua etdi:
“İlahi, on dörd müqəddəs nuruna and veririk ki, bərəkət dolu yağışını bu susuz torpaqlara dəfələrlə yağdır.
İlahi, yağışa möhtac bütün İslam ölkələrinə tezliklə ardıcıl və zərərsiz yağışlar yağdır.

İlahi bu susuz torpaqları sirab et!
İlahi, bizi dərgahından əliboş qaytarma! Allahım, Səni Məhəmməd və Ali Məhəmmədə (salam və salavatın hamısının üzərinə olsun) etdiyimiz duaları qəbul elə!

İlahi, müxtəlif bəlaları, xüsusilə zəlzələ təhlükəsini bütün dünya müsəlmanlarından və xalqımızdan uzaqlaşdır. Allahım, əlimizi dərgahından boş geri qaytarma!
İlahi, Sən Rəhimsən, Sən Kərimsən, Sən həmd və sənaya layiqsən! Allahım, Məhəmməd və Ali Məhəmmədə (s) xatir tezliklə bərəkətli yağışlarını nazil et!
İlahi, quraqlığı aradan qaldır! Pərvərdigara, biz lütfünə layiq olmasaq da, sənin mərhəmətin tələb edir ki, ləyaqəti olmayana da lütf edəsən! Səni Məhəmməd və pak Əhli-beytinin (salam və salavatın hamısının üzərinə olsun) haqqına and veririk!
Yayım tarixi: 29.12.2017

captcha