Ayətullah Məkarim Şirazi tərəfindən zəlzələ baş vermiş məntəqələrə ilkin yardımlar göndərilib

Ayətullah Məkarim Şirazi tərəfindən zəlzələ baş vermiş məntəqələrə ilkin yardımlar göndərilib


Ayətullah Məkarim Şirazi tərəfindən ədyal, çadır, içməli su da daxil olmaqla ilkin yardımlar bugün Qumda toplanaraq zəlzələ baş vermiş bölgələrə göndərildi.‌

Ayətullah Məkarim Şirazi tərəfindən zəlzələ baş vermiş məntəqələrə ilkin yardımlar göndərilib
Ayətullah Məkarim Şirazi tərəfindən ədyal, çadır, içməli su da daxil olmaqla ilkin yardımlar bugün Qumda toplanaraq zəlzələ baş vermiş bölgələrə göndərildi.

Zəlzələdə xəsarət alanlara, zərər görənlərə hərtərəfli yardım göstərilməsi zərurəti ümumi bir vəzifədir. Məkarim Şirazi cənabları da bu vəzifəyə əməl edərək zəlzələdən zərər çəkənlərə yardım göndərib.
Ayətullah Məkarim Şirazi tərəfindən ədyal, çadır, içməli su da daxil olmaqla ilkin yardımlar bugün Qumda toplanaraq zəlzələ baş vermiş bölgələrə göndərildi.

İndiyədək toplanan yardımlar 300 çadır, 1000 ədyal, 5 maşın içməli sudan ibarətdir.
Yeri gəlmişkən Ayətullah Məkarim Şirazinin Kermanşahdakı ofisi hadisə baş verdiyi andan indiyədək zəlzələ görmüş insanların yanında olmuş, problemlərinin həlli və ehtiyaclarının təmini istiqamətində işlər görmüşlər.
Bundan öncə Ayətullah Məkarim Şirazi zərərçəkənlərə başsağlığı və onların dərdinə şərik olmaqla bağlı mesaj verməklə yanaşı, İmam (ə) payının (xüms) üçdə birini zəlzələdən zərər çəkənlərə yardım məqsədilə verilməsindən ötrü fitva vermişdi.

Bütün əziz bacı və qardaşların bu yolda varını əsirgəməyəcəyinə ümidvarıq. Çünki hazırkı şərait yaxşı deyil və daha artıq yardıma ehtiyac var.
Yaxın gələcəkdə dağılan evlərin bərpası ilə bağlı əsaslı qərar veriləcəyinə ümid edirik.
16.11.2017

captcha