Ayətullah əl-üzma Məkarim Şirazinin dünya katoliklərinin lideri, Roma Papası Fransisə məktubu

Ayətullah əl-üzma Məkarim Şirazinin dünya katoliklərinin lideri, Roma Papası Fransisə məktubu


Bir qayda olaraq, İslam dini dünyanın bütün sülhsevər insanları ilə mehribanlıq, məhəbbət və dinc yaşam prinsipi üzərində qurulub, eyni zamanda zorakılığa, terrora qarşıdır. İslam alimləri zorakılığı dünyanın harasında olursa olsun Qurani-kərimin göstərişlərinə zidd sayırlar. İstər bu İslam ölkələrində olsun, istərsə də Avropa və Amerika ölkələrində. İstisnasız hamısını kəskin pisləyirik.‌  ‌


Bağışlayan və mehriban Allahın adı ilə
Dünya katoliklərinin lideri Papa Fransis cənablarına
Salam və ehtiramla!

Polşa səfəri boyu müsahibənizdə zorakılıq və terrorun İslama, hətta bütün ilahi dinlərə aid edilməsini yolverilməz saydığınızdan dolayı çox şadam. İslam dini qarşısında sizin məntiqli mövqe sərgiləməniz, onu İŞİD kimi təkfirçi qruplaşmaların anti-humanist addımlarından uzaq bilməniz (hansı ki, son günlərdə yenidən elan edildi) təqdirəlayiqdir.
Əlbəttə, dini rəhbərlərin zorakılığa, xüsusilə dünyanın hər nöqtəsində din adına edilən zülümlərə qarşı şəffaf və güclü mövqe sərgiləmələri lazım və zəruridir.

Bəndə Fransa kilsələrinin birində terrorçuların və təkfirçi ünsürlərin ağlasığmaz addımlarını, keşişin vəhşicəsinə qətlini kəskin pisləyir və daha öncə sizə ünvanladığım məktubdakı kimi birbaşa bildirirəm: Dünya miqyasında bütün İslam alimləri, eləcə də əksər müsəlmanların nəzərincə, təkfirçi təriqətlər İslam dinindən xaric, bugünkü bəşərin canına ən böyük bəladırlar. İllərdir ki, biz bu təhlükədən fəryadla xəbərdar edirik.
Bir qayda olaraq, İslam dini dünyanın bütün sülhsevər insanları ilə mehribanlıq, məhəbbət və dinc yaşam prinsipi üzərində qurulub, eyni zamanda zorakılığa, terrora qarşıdır. İslam alimləri zorakılığı dünyanın harasında olursa olsun Qurani-kərimin göstərişlərinə zidd sayırlar. İstər bu İslam ölkələrində olsun, istərsə də Avropa və Amerika ölkələrində. İstisnasız hamısını kəskin pisləyirik.

Biz son iki ildə müqəddəs Qum şəhərində təkfirçi cərəyanların təhlükə və azğınlığı mövzusunda iki dəfə beynəlxaq konfrans təşkil etdik. Dünyanın səksən ölkəsindən görkəmli İslam alimlərini dəvət etdik. Konfrans boyu hamı yekdilliklə hər növ terrorçuluğu, zorakılığı, insan qətlini yolverilməz və İslam göstərişlərinə zidd saydı. Həmçinin cahil, qəddar, qantökən azlığı xəbərdar etdilər ki, tutduqları yolun sonu cəhənnəmdir!
Əlbəttə, öz mənafelərinə xatir təkfirçi və terrorist qruplaşmalara yardım edən bəzi dominant dövlətlərin dəstəyi olmasaydı, indiyədək kökləri kəsilmişdi.

Siz cənabların ifadə etdiyi kimi bu zorakılıqlar heç bir din və məzhəbə aid deyil, əksinə bəzi hegemon güclərin maddi maraqlarından, qanunsuz varlanma istəklərindən qaynaqlanır.
Həmd olsun Allaha ki, hal-hazırda dünya ictimaiyyətinin baxışı çox inkişaf edib, dünyada belə işlərin sonlanacağına ümidvarıq.
Sonda Allah-taalan sizə vəzifənizdə, yəni dünyada qardaşlığın yayılması, sülh və mənəviyyatın bərpası işinizdə müvəffəqiyyət arzu edirəm!
Qum şəhəri – Dini mərceyi-təqlid
Nasir Məkarim Şirazi
Yayım tarixi: 20.08.2016

captcha