Ayətullah Məkarim Şirazi “Səhifeyi-Səccadiyyə” duasının şərhi ilə bağlı toplantının başlanğıcında bunları dilə gətirdi:
Son günlər BMT-nin baş katibinin başına gələn böyük rüsvayçılıq öz növbəsində misilsiz və nadir hadisə idi. Bu təşkilatı dünya məzlumlarının pənahı bilənlər, BMT-nin ən yüksək rütbəlisinin asanlıqla neft dollarlarının oyuncağına çevrildiyini gördülər.
Onlar Ərəbistanın adını uşaq qatili adlı qara siyahıya bir neçə günlük saldıqdan sonra ani vəziyyət dəyişməsilə onu qara siyahıdan sildilər. Baş katib bildirdi ki, bundan başqa çarəsi yoxdur, çünki Ərəbistan yardım məqsədilə ödədiyi neft dollarlarını kəsəcəyi ilə hədələyir.
Bu hadisə dünya təşkilatları və bəşər hüququnun müdafiəsi adlı bəyannamələri problemlərin həllində aparıcı bilən sadəlövhlərin düşüncələrinə zəlzələ saldı.
Bundan da biabırçısı bir qədər öncə amerikalıların “Ərəbistanın 11 sentyabr hadisələrində əli olduğunu göstərən 28 səhifəlik sənəd var və tezliklə yayımlanacaq” – deməsidir.
Bunun ardınca Ərəbistan aşkara təhdid etdi ki, əgər belə olarsa, Amerika banklarından əmanətlərini çıxaracaq.
Bir anda vəziyyət yüz səksən dərəcə dəyişdi. Amerika siyasətçiləri kəşf etdilər ki, Ərəbistanın bu işdə əsla əli olmayıb. Əbədi olaraq, hər növ ittihamdan uzaqdırlar!
Bu hadisə də nə vaxtsa Amerika ilə dostlaşıb ona etibar etməyi vacib bilənlərin düşüncəsini alt-üst etdi.
Görəsən, Ərəbistan yoxsullarının haqqı olan qanunsuz neft pulları bahasına şeytanı mələyə çevirən belə bir dünya rifah və asayiş yeridir?
Burada artıq neft dollarlarının qulu – BMT-nin baş katibindən tutmuş Amerika dövlət xadimlərinə kimi – qarşısında yeganə yol güclü olmağımızdır. Güclü olmalıyıq ki, bu “zər qulları” bizə “zor” deməsinlər.
Bu halda, Allah bizə yar olacağına əmin olun.
Yayım tarixi: 15.06.2016