Ayətullah Məkarim Şirazinin görüşündə “Fatimə (ə) baharı”nda Novruz təlimlərinin izahı

Ayətullah Məkarim Şirazinin görüşündə “Fatimə (ə) baharı”nda Novruz təlimlərinin izahı


Yaradılış aləminin hər güşəsini dərk edərək təbiət aləmindəki mövcud nəzm-intizamın mahiyyəti barədə (1) mütaliə və təfəkkür (2), məhdud hiss və idrakımıza aləmin dəqiqliyi və yaradılışın sirrini öyrənməyə imkan verir (3). Səbəbi isə aydındır, biz təbiətin qoynunda böyümüşük, onunla üns tapmışıq; hər nə görüb eşitmişiksə, həmin təbii varlıqlar olmuşdur və həmin təbiət də, əslində bizi Allahşünaslığa yönəltmişdir (4).Nə yaxşı olar ki, ətrafımıza yenidən baxaq; həyatın axarına, təbiətə yeni baxışla nəzər salaq. Yad planetli olduğumuzu və yer üzündəki dəyişikliyi ilk dəfə gördüyümüzü fərz edək. Sanki yer üzünə ilk dəfədir gəlirik, oradakı gözəlliklərə ilk dəfə şahid oluruq. Sözsüz ki, bu səfərdə hisslərimiz heyrət və dərin təəccübdən başqa bir şey olmayacaq (5).‌

Yaradılış aləminin hər güşəsini dərk edərək təbiət aləmindəki mövcud nəzm-intizamın mahiyyəti barədə (1) mütaliə və təfəkkür (2), məhdud hiss və idrakımıza aləmin dəqiqliyi və yaradılışın sirrini öyrənməyə imkan verir (3). Səbəbi isə aydındır, biz təbiətin qoynunda böyümüşük, onunla üns tapmışıq; hər nə görüb eşitmişiksə, həmin təbii varlıqlar olmuşdur və həmin təbiət də, əslində bizi Allahşünaslığa yönəltmişdir (4).
Nə yaxşı olar ki, ətrafımıza yenidən baxaq; həyatın axarına, təbiətə yeni baxışla nəzər salaq. Yad planetli olduğumuzu və yer üzündəki dəyişikliyi ilk dəfə gördüyümüzü fərz edək. Sanki yer üzünə ilk dəfədir gəlirik, oradakı gözəlliklərə ilk dəfə şahid oluruq. Sözsüz ki, bu səfərdə hisslərimiz heyrət və dərin təəccübdən başqa bir şey olmayacaq (5).


Şübhəsiz, ağacların, kolların, güllərin gözəllik və təravəti heç kəsdən gizlin deyil. Göz qamaşdıran bu gözəllik insan ruhunu oxşayır, qəlbi rahatlaşdırır və həyatın sıxıntılarında insana təskinlik bağışlayır. Elə bu üzdən xəstələrin ovqatı yaxşı olsun deyə xəstəxanaları gül-çiçəklə bəzəyirlər. İnsanlar yorğunluğu atmaq və yeni güc toplamaq üçün həmişə təbiətin qoynuna, meşələrə, bağlara, tarlalara pənah aparır (6).
Maraqlısı budur ki, cənnət geyimlərindən söz açılarkən təkcə yaşıl rəngdən danışılır. Bəlkə də, təbiət və yaranış aləmində ən gözəl və sevindiri rəng olduğuna görədir. Kollar adətən yaşıldır, dəniz və boyuk sular da bəzən lacivərd, bəzənsə yaşıl gözə dəyir. Bu səbəbdən insan ruhu bu rəngə çox alışıqdır və yaşıl rəng ruhu oxşayır, belə ki, bəzi elm adamları yaşıl rəngi sakitləşdirici və rahatlıq gətirən hesab edirlər (7). Sözügedən gözəlliyin ən ideal formasını fərvərdin ayının ilk günlərində (martın 21-dən etibarən) müşahidə etmək olar: qalın buludlar mavi səmanı örtür, dağ və səhralara leysan tökür, susuz torpaq sulanır, yeni cücərən güllər, kollar özünə xüsusi gözəllik və təravət alır. Mülayim rütubətə qarışmış ruhverici meh güllərin ətrini ətrafa yayır, təbiət aləminə tərifəsığmaz əzəmət və gözəllik bəxş edir (8). Ona görə ki, təbiət Allahın əsəridir (feilidir) (9).


Novruz bayramının mahiyyətinə bir baxış
Reallıq budur ki, bütün dünya xalqlarının özünəməxsus şadlıq günləri vardır, hansı ki, onu bayram adlandırırlar. Bu günlər Novruz bayramı kimidir, bu mənada ki, təbiət aləmində diqqətəlayiq bir dəyişiklik baş verir; güllər açır, ağaclar çiçəklənir, təbiətdəki həyat yenilənir (10).
Lakin İslam dinində bayramlar mühüm ilahi əmrlərə itaət məqsədi daşıyır. Nümunə olaraq, Fitr bayramını Haqqın fərmanına itaət bayramı adlandırmaq olar (11) və ya İslam bayramlarından olan, Allaha itaət mehvəri üzərində qərarlaşan Qurban bayramını da həqiqi bayram adlandırmaq olar (13), baxmayaraq ki, insanın günah etmədiyi, səhərdən gecənin sonunadək Pərvərdigarına itaətsizlikdən çəkindiyi gün bayram sayılır. Deməli, biz ilin bütün günlərini bayrama çevirə bilərik (14).


Əlbəttə, İslamda digər bayramlar, o cümlədən Qədir-Xum bayramı – vilayət bayramı və Əmirəl-möminin Əlinin (ə) xilafətə təyin edildiyi, Peyğəmbərin (s) canişini seçildiyi gün – da vardır, hansı ki, “Ən böyük ilahi bayram” adlandırılmışdır (15).
Bütün bu izahlardan sonra qeyd etmək lazımdır ki, Novruz bayramı yaranış aləmində təbii bir bayramdır; qış fəsli sona çatır, Allahın fərmanı ilə təbiətin canlanması – bahar fəsli başlayır. Ağacların budaqlarında çiçəklər, yarpaqlar, güllər görünür. Bütün aləmdə həyat, oyanış və hərəkətlilik başlayır. Yaradılış aləminin bu varlıqlarına qoşulmaq ilahi sünnələrlə ayaqlaşmaq deməkdir (16).


Diqqət çəkən məqam Novruzda insanlar arasında adət-ənənə halı alan mərasimlərdir. Onlardan yalnız müəyyən bir qismi, yəni İslamın da (ümumi olaraq) ona təkid etdiyi hissəsi mülahizə edilə bilər, misal üçün: təmizlik, ev yır-yığışı, qohumlara, yaxınlara, möhtaclara, abırlı insanlara yardım edib onları geyim və həyatın zəruri ehtiyacları ilə təmin etmək son illər olduqca faydalı bir adətə çevrilmişdir (17).
Qohumları ziyarət etmək, qohumluq bağlarını möhkəmlətmək, dostlarla görüş, ədavətləri qovmaq, qəm-qüssəni qəlblərdən uzaqlaşdırmaq, yeni ildə müxtəlif, eyni zamanda səmərəli fəaliyyətlərə hazırlıq və s. işlər Novruz mərasimlərinin müsbət tərəflərindəndir (18). Bu baxımdan şübhəsiz ki, İslamın bəyəndiyi və İmam Məhdinin (əc.) razılıq verdiyi bir bayram keçirə bilərik (19).


Bayram, yəni “eyd” kəlməsinin leksik mənası
Bayram, yəni “eyd” kəlməsi ərəb lüğətində “qayıdış” mənasındadır. Bu səbəbdən bir xalqın və ya bir dəstənin çətinlikləri öz həllini tapdığı günlərə, həqiqətdə həmin xalqın ilkin əzəmət, iftixar və zəfəri özündə bir daha tapmasına “bayram” deyilir (20).
İslam mədəniyyətində də, çirkinliklərin insan fitrətinə zidd olduğunu nəzərə alsaq, bu çirkinliklər aradan qalxdığı və insanın onlara zəfər çaldığı günə “bayram” – “eyd” deyilir.
Quranın bir ayəsində də, “Maidə”nin, yəni süfrənin nazil olması zəfərə, paklığa və Allaha imana qayıdış gününün göstəricisi olduğundan dolayı həzrət İsa (ə) o günü “bayram” adlandırdı (21).
Həzrət Əlidən (ə) nəql edilən bir hədisdə buyurulur: “Allaha günah edilməyən hər bir gün bayramdır”. Bu hədis bayramın həmin məzmununa işarə edir və ona uyğundur, çünki günahın tərk edildiyi gün zəfər, paklıq, ilk fitrətə qayıdış günüdür (22).


Novruz bayramının müsbət təlimlərindən bəhrələnmək zərurəti
Məlumdur ki, “Bayramın gülünü dərib, tikanlarından qorunmaq lazımdır.” Odur ki, Novruz bayramının – evin daxili və xarici təmizliyi, gigiyenik qaydalara riayət kimi müsbət tərəfləri Novruzun gözəl təsirlərindəndir, lakin təmizlik və zahiri sağlamlığa diqqətlə yanaşı əxlaqi çatışmazlıqları, “ev”in daxildən təmizliyini də nəzərə almaq lazımdır və İslam bu məsələni dəstəkləyir (23).
Beləliklə, İslam təbiət gözəlliklərindən, gözəl və münasib geyimlərdən istifadəyə, həmçinin növbənöv ətirlərdən və digər müsbət şeylərdən yararlanmağa icazə vermiş, hətta onlara tövsiyə və təkid etmişdir. Bu mövzu barədə mötəbər kitablarda din rəhbərlərindən bir çox hədis nəql edilmişdir (24).


Nümunə olaraq, İmam Həsən Müctəbanın (ə) həyatında aydın şəkildə nəzərə çarpır. Belə ki, o həzrət (ə) hər dəfə namaza gedəndə ən gözəl paltarını geyinərdi. İmamdan (ə) “Niyə ən gözəl paltarını geyinmisən?” – deyə soruşanda, belə buyurardı:
“انّ اللّه جميل يحب الجمال، فاتجمل لربّى و هو يقول خذوا زينتكم عند كلّ مسجد”
“Allah gözəldir və gözəllikləri sevir, buna görə də Rəbbimlə razü-niyaz üçün ən gözəl paltarımı geyinirəm. O göstəriş verib ki, məscidə getdiyiniz zaman zinətlərinizi götürün (geyinin)!” (25).

Ata-babalarımız kimi Novruz bayramı ərəfəsində evin içini və bayırını yır-yığışı etmək, qohumları yoxlamaq və şadlıqların dini çərçivədə olmasına səy göstərmək aqilanə təqlidlərdir və bu adətlər, yaxşı adətlərdir (26). Buna əsasən, sözügedən yaxşı və məntiqli adətlərdə biz də babalarımızı təmsil edirik. Lakin keçmişdəkilərin adət-ənənələrini sırf ata-babalarımıza aiddir deyə onları həyata keçirmək, təkrarlamaq zərurətini ortaya qoymur, əksinə yalnız din və ağlın təsdiq etdiyi adət-ənənələr doğrudur (27).


Mənəviyyata təşəbbüs – Novruz günlərində başlıca vacib
İslam görüşünə əsasən, cəmiyyətdə mənəviyyatın mövcudluğu inkişafın mühüm faktorlarındandır. Maddi baxımdan tərəqqi edən, lakin mənəviyyat sarıdan yoxsul olan cəmiyyət inkişaf etməmiş və geridə qalmış bir toplumdur (28).
Cəmiyyətin mənəvi elementləri, yəni Allaha bəndəçiliyi inkişaf etdirmək, tərəqqi və kamala doğru hərəkət bu mühüm faktorların nümunələrindən sayılır (29).
İl təhvilinə camaatın xüsusi diqqəti, dini mərkəzlərə, məscidlərə üz tutması, duaya əl qaldırması kimi əməllər Novruz bayramının müsbət tərəflərindən bəhrələnmək zərurəti konteksinə daxildir. Bütün bunlar İslam dininin təsdiq və tövsiyə etdiyi əməllərdir (30).
Novruz bayramı – Əxlaqi səciyyələri yüksəltməkdə həlledici fürsət
Qeyd etmək lazımdır ki, şiə və əhli-sünnənin mötəbər kitablarında yazılan bir hədisə əsasən, Peyğəmbər (s) buyurur:


“انما بعثت لاتمم مكارم الاخلاق”


“Mən, əxlaqi səciyyələri tamamlamaq üçün seçilmişəm (Allah tərəfindən peyğəmbərliyə təyin edilmişəm)” (31).


Bu məna dolu hədisə görə, Peyğəmbərin (s) peyğəmbərliyə seçilməsinin hədəfi İslam toplumunda əxlaqi səciyyələri təkmilləşdirməkdir. Doğrusu, İslam əxlaqı bu qədər əhəmiyyətlidirsə, onu həyatımıza və cəmiyyətə tətbiq etmək üçün daha da çox çalışmaq lazımdır (32).
Digər tərəfdən, insan və əxlaqa dair mövzular yaradılış və təbiət aləmi ilə birbaşa əlaqədardır (33). Şükür etmək məsələsi (Nemət verənə şükür), Allah müqabilində acizlik göstərmək, onun fərmanına razı olmaq, təslimçilik, təvazökarlıq, fədakarlıq, məhəbbət və xoşxasiyyətlik, dərdə şəriklik və bu qəbildən olan müsbət keyfiyyətlər, qəlbi hər növ çirkinlikdən təmizləmək, özünü sıxıntıya saldıqda özü ilə rəftar bacarığı, israfçılıq, bədxərclik etməmək, ilahi nemətləri dağıtmamaq və bu kimi işlər cəmiyyətdə əxlaqi təlimləri gücləndirən amillərdəndir (34).
Bu üzdən birbaşa qeyd etmək lazımdır ki, insanların maddi həyatında hər bir əxlaqi məsələnin faydalı və qurucu təsirləri var. Abad, azad və güclü bir cəmiyyətin qurulmasında hər bir düzgün etiqad və imanın müsbət rolu vardır (35).


Sevgiyə təşəbbüs – Novruz bayramında ən önəmli vacib
Unutmamalıyıq ki, Əli (ə) şiələri həm iman, həm də saleh əməl mövzusunda, mənsub olduqları cəmiyyətə bir çıraq kimi nur saçmalı, başqaları da onların iman nuru sayəsində hidayət olmalıdır. Bu iş cəmiyyətində qəlbində onlara məhəbbətin yaranmasına gətirib çıxarar və nəticədə dahi və böyük imamların (ə) zinətinə çevrilərlər (36).
Deməli, qəlbləri sevindirmək, məzlumların əlindən tutmaq, möhtaclara kömək etmək Novruz bayramının digər vaciblərindəndir. Heç şübhəsiz, mömini sevindirmək böyük bir ibadətdir, hansı ki, məhəbbətin çiçəklənməsi, qohumları yoxlamaq və kin-küdurətin aradan getməsi Novruzun digər müsbət təsirlərindən sayılır (37).


Günahdan qorunmaq – Novruz günlərində başlıca prinsip
Bu mühüm məsələni izah edərkən ilk növbədə belə bir sual yaranır ki, doğrudan, hansı cəmiyyət günah, xəyanət, ikitirəlik, quldurluq, zülm və tənbəlliyə düçar olduqdan sonra abad və xeyir-bərəkətli ola bilər?! (38). Doğrusu, həmkarlıq və qarşılıqlı yardımlaşma ruhunu itirib yerini savaş, qarşıdurma və qantökməyə verən bir cəmiyyətin yamyaşıl torpaqları, fərəhləndirici iqtisadiyyatı ola bilərmi?! (39). Habelə, insanları növbənöv nəfsi istəklərə bulaşdığı halda, hansı cəmiyyət düşmən qarşısında güclü müqavimət göstərə bilər?! (40).
Beləliklə, günaha mürtəkib olmaq bir cəmiyyətin adətinə çevrilməməlidir (41), əksinə günahdan qorunmaq diqqət mərkəzində olmalıdır, çünki sonunda cəmiyyətin dirçəlişinə səbəb olur (42). Bu izahlardan sonra bayram adı altında növbənöv günahlara bulaşmadan çəkinmək lazımdır. Sevincə səbəb ola biləcək bayramı bir sıra məsələlərlə xoşagəlməz hala salmaq lazım deyil (43).


Şan-şöhrətdən çəkinmək
Sözsüz ki, cəmiyyətin problemləri mənasız şan-şöhrətdən və var-dövlətini gözə soxmaqdan qaynaqlanır (44). Günümüzdə bir çox bahalı maşın və evlər mövcud olsa da (45), müqabilində illərdir kəbin kəsdirib, lakin cehiz ala bilməyən qızlarımız var. Halbuki, evililiklər Əli (ə) və Fatimənin (ə) evliliyi kimi olsaydı, cəmiyyətdə belə problemlər ortaya çıxmazdı (46).
Bu minvalla, Novruz bayramı günlərinin şan-şöhrət, dəbdəbəli mərasimlər və yarışmaya çevrilməməsi mövzusunda müsəlman xalqımız ehtiyatlı olmalıdır, çünki belə həyataın yaşam şərtləri də ağırdır (47).
Bu üzdən müqəddəs İslam dini israfçılıq, bədxərclik və şan-şöhrətə qarşıdır. İnsan bu kimi işlərdən əl çəkməli və bilməlidir ki, həyat hər nə qədər sadə olsa, səfa və səmimiyyəti daha da çox olar (48).


Sağlam istirahət mövzusuna İslamın təkidi
Hədislərdə tədqiqat apararkən İslamın halal ləzzətlərə qarşı olmadığı, əksinə onlara təkid etdiyi aydınca anlaşılır, çünki sağlam istirahət və halal əyləncə ruha dinclik verir, bədəni sağlamlaşdırır. İnsan bunların sayəsində həyatın mühüm çalarlarına daha yaxşı nail ola bilir (49).
Nəzərə almaq lazımdır ki, insan metal maşın deyil ki, istənilən qədər ondan istifadə edilsin, əksinə onun cismi kimi yorulan ruhu vardır (50), bədənin istirahət və yuxuya ehtiyacı olduğu kimi, ruhunun da sağlam istirahət və məşğuliyyətə ehtiyacı var (51).


Təcrübələrə əsasən, insan işlərinə bir formada davam etsə, ruhiyyəsindəki çatışmazlıqdan dolayı iş fəaliyyəti tədricən yavaşıyacaq, nəticədə öz keyfiyyətini itirəcək. Amma bir neçə saat əyləncə və istirahətdən etsə, iş ruhiyyəsi o qədər yüksələr ki, işinin keyfiyyət və kəmiyyətində ciddi fərqlər müşahidə olunar. Buna görə də, istirahətə ayrılan saat işin sürətinə təkan verir (52). Ancaq, mühüm olan halal və haram ləzzət arasındakı cizgi müəyyən edilməlidir ki, bu təlimlər əhli-kef və əyyaşların bəhanəsinə çevrilməsin (53).
Deməli, yeni güc almaq Novruz bayramının digər zərurətlərindəndir. İslam dini bu cür fəaliyyətlərin icrasına, istirahət və sağlam əyləncəyə tövsiyələr etmişdir, bu üzdən həmin müsbət fəaliyyətlər diqqətdən kənarda qalmamalıdır (54). Qərbdən təsirlənən bir qrup ziyalıların təfəkkürünə qarşı olaraq, İslam sağlam məşğuliyyəti pisləmir və kimsə sağlam əyləncə və istirahətin haramlığı barədə söz deməmişdir. İstirahət və sağlam əyləncə insanın yaşayışını təmin etməsi və ibadəti üçün bir stimuldur (55).


Son söz
Sonda qeyd etmək lazımdır ki, bu il bayram günləri həzrət Fatimə Zəhranın (s) adı ilə bağlıdır. Qohumları ziyarət, dostları yoxlamaq, möhtaclara kömək və bu kimi işlərin kənarında (56) yaxşı olar ki, aləmlərin xanımı Fatimə Zəhranın (s) həyat tarixi və önəmli səciyyələri öyrənilsin, eləcə də İslam nöqteyi-nəzərindən mühüm olan hicab və iffətlə əlaqəli məsələlərə xüsusi diqqət olunsun (57).
Ümidvarıq, həzrət Fatimə Zəhranın (s) səadətli mövludunun bərəkəti və o xanımın lütfü sayəsində hamımız İslam və Əhli-beyt (ə) məktəbinə layiqli xidmətçilər olaq, islami quruluş və ölkənin əzəmətini qoruyaq (58).
Həmçinin, yaxşı olar ki, müsəlman xalqı hər şeydən öncə İslam və İmam Məhdinin (əc.) diqqət mərkəzində olan bu məqamlara əhəmiyyət versin (59). Əgər biz bu mövzuları diqqət mərkəzində saxlasaq, deməli, İmam Mehdinin (əc) razılığını qazanmışıq, əks təqdirdə vəziyyət fərqli olacaq (60).


Araşdırma, hazırlanma və tərtibat: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi.
www.makarem.ir
1-    “Aləmin Yaradıcısı”, səh. 56
2-    “Aləmin Yaradıcısı”, səh. 55
3-    “Aləmin Yaradıcısı”, səh. 56
4-    “Quranın mesajı”, c. 4, səh. 10
5-    “Allahı necə tanıyaq?”, səh. 176
6-    “Quranın mesajı”, c. 2, səh. 324
7-    “Quranın mesajı”, c. 6, səh. 198
8-    “Aləmin Yaradıcısı”, səh. 249
9-    “Aləmin Yaradıcısı”, səh. 226
10-    “Əmirəl-möminin Əlinin (ə) mesajı”, c. 15, səh. 432
11-    “Əmirəl-möminin Əlinin (ə) mesajı”, c. 15, səh. 433
12-    Yenə orada
13-    Yenə orada
14-    Yenə orada
15-    Yenə orada
16-    “Əmirəl-möminin Əlinin (ə) mesajı”, c. 15, səh. 435
17-    “Yeni Məfatihin külliyyatı”, səh. 907
18-    Yenə orada
19-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 16/03/2011
20-    “Nümunə” təfsiri, c. 5, səh. 131
21-    Yenə orada
22-    “Nümunə” təfsiri, c. 5, səh. 131
23-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 14/03/2012
24-    “Nəhcül-bəlağədə İslam əxlaqı” (“Müttəqin” xütbəsi), c. 1, səh. 306
25-    “Vəsailuş-şiə”, c. 3, “Əhkamul-məlabis” babı
26-    “Tövhid qəhrəmanı”, həzrət İbrahimə (ə) aid ayələrin şərh və təfsiri, səh. 83
27-    “Dostların hekayəsi”; Ayətullah Məkarim Şirazinin təfsir bəhslərinin məcmusu, səh. 279
28-    “Müqayisəli fiqh ensiklopediyası”, c. 2, səh. 221
29-    Yenə orada
30-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 16/03/2011
31-    “Mizanul-hikmət”, c. 3, “x” hərfi, 1111-ci fəsil, hədis: 5059; “Kənzul-ummal”, hədis: 5217
32-    “Quranın mənadolu andları”, səh. 360
33-    “Quranda əxlaq”, c. 1, səh. 104
34-    “Quranda əxlaq”, c. 1, səh. 104
35-    “Nümunə” təfsiri, c. 9, səh. 132
36-    “Quranda vilayət ayələri”, səh. 380
37-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 14/03/2012
38-    “Nümunə” təfsiri, c. 9, səh. 132
39-    Yenə orada
40-    Yenə orada
41-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 20/11/2012
42-    Yenə orada
43-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 16/03/2011
44-    Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsirinin silsiləvi bəhsləri, “Əhli-beyt (ə) kəriməsi”i həzrət Məsumənin (ə) ziyarətgahı, “İmam Xomeyni” şəbistanı (salonu), 14/07/2013
45-    Yenə orada
46-    Yenə orada
47-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 16/03/2011
48-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 14/03/2012
49-    “Əmirəl-möminin Əlinin (ə) mesajı”, c. 15, səh. 204
50-    “Hidayət nurları”, Əxlaqi bəhslər toplusu, səh. 452
51-    “Hidayət nurları”, Əxlaqi bəhslər toplusu, səh. 453
52-    Yenə orada
53-    “Əmirəl-möminin Əlinin (ə) mesajı”, c. 15, səh. 204
54-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 14/03/2012
55-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 18/03/2015
56-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 21/03/2015
57-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 20/03/2015
58-    Ayətullah Məkarim Şirazinin “Ummul-Həna” festivalındakı bəyanatı, 18/04/2015
59-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkə üzrə İslam döyüşçüləri heyətlərinin məsul şəxləri ilə görüşündə, “İmam Əmirəl-möminin (ə)” mədrəsəsi, Qum, 30/04/2013
60-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 16/03/2011

 

 

captcha