Ayətullah Məkarim Şirazinin xalqa Novruz tövsiyələri

Ayətullah Məkarim Şirazinin xalqa Novruz tövsiyələri


Öz sərvətini başqalarına göstərmək, formal mərasimlər təşkil etmək, dəbdəbəli məclislər qurmaq və ekologiyanı çirkləndirmək kimi işlər İslam nöqteyi-nəzərindən qadağandır və belə işlərdən çəkinmək lazımdır.‌

Öz sərvətini başqalarına göstərmək, formal mərasimlər təşkil etmək, dəbdəbəli məclislər qurmaq və ekologiyanı çirkləndirmək kimi işlər İslam nöqteyi-nəzərindən qadağandır və belə işlərdən çəkinmək lazımdır.
Ayətullah Məkari Şirazi Qum şəhərinin “Məscidul-Əzəm”ində keçirilən hicri-şəmsi 1394-cü ilin fiqh mühazirələrinin son toplantısında İran xalqının yeni ilini qabaqcadan təbrik etdikdən sonra bayram mərasimlərinin nəfsə qulluqla qarışdırılmamasına işarə edərək buyurdu: Keçmişdəkilərdən qalan adət-ənənələrin bir çoxu gözəl olsa da, digər bir qismi xurafat və yanlışdır, hansı ki, kənara qoyulmalı, tərk edilməlidir.


O təkidlə buyurdu:  Keçmişdəkilərdən bizə çatanların heç də hamısı yaxşı deyil, Qurani-kərim və dini hədislər kor-koranə əməl etməyi məzəmmət etmişdir.
Ayətullah Məkarim Şirazi davamında xalqa müraciətlə Novruz tövsiyələri verdi və xüsusi qeyd etdi: Novruz günlərində, eləcə də digər zamanlarda təmizlik və ev-eşiyi yığışdırmaq təqdirəlayiq işdir. Qohumları yoxlamaq da, bu qəbildəndir, çünki ədavəti aradan qaldırır, düşmənçilikləri azaldır.


Sağlam gəzinti də ön növbəsində insana fərəh və güc bəxş edir.
O, buna da təkid etdi: Öz sərvətini başqalarına göstərmək, formal mərasimlər təşkil etmək, dəbdəbəli məclislər qurmaq və ekologiyanı çirkləndirmək kimi işlər İslam nöqteyi-nəzərindən qadağandır və belə işlərdən çəkinmək lazımdır.
Ayətullah Məkarim Şirazi “çərşənbə axşamı” mərasimini xurafat bilərək, buyurdu: Hərçənd, xəbərdarlıqlar sayəsində qurban və tələfatlar azalmışdır, lakin statistika göstərir ki, “çərşənbə axşamı” xurafatı hər il can almaqdadır.
O aydınlıq gətirdi: Ümidvarıq, qarşıdan gələn il İslam dünyası və möhtərəm İran İslam xalqı üçün xeyirli, bərəkətli olsun və düşmənlərin İslam ölkələrində alışdırdıqları alovlar sönsün.


Habelə, Ayətullah Məkarim Şirazi ölkə problemlərinin, xüsusilə məişət və iqtisadi çətinliklərin həlli və İslam dünyasına üz verən müsibətlərin sona yetməsi üçün dua etdi.
O, növbəti ildə, yəni Novruz tətilinin ikinci həftəsində start verəcək özünün dərs proqramına da işarə edərək buyurdu:  Gördüyümüz kimi tətillərin çoxluğu həm elm mərkəzini, həm də ölkəni geri atır. İnkişaf etmiş ölkələrin tətil günləri bəlkə də bizim tətillərin üçdə biri qədər deyil. Tətilləri çoxaltmaqdansa, yaxşı olar ki, ayrı-ayrı fərdlər illik məzuniyyətlərdən yararlansın və müəyyən bir zaman kəsiyində bütün ölkə işdən qalmasın.
Yayım tarixi: 16/03/2016

captcha