Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən təşkil edilir:

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən təşkil edilir:


İslamın dəyərli xanımı həzrət Fatimə Zəhranın (s) şəhadəti münasibətilə matəm məclisi cümə axşamı, mart ayının 10-dan 13-ə qədər Əmirəl-möminin Əli (ə) mədrəsəsində təşkil olunacaq.‌

İslamın dəyərli xanımı həzrət Fatimə Zəhranın (s) şəhadəti münasibətilə matəm məclisi cümə axşamı, mart ayının 10-dan 13-ə qədər Əmirəl-möminin Əli (ə) mədrəsəsində təşkil olunacaq.


“قال رسول الله صلی الله علیه و آله و سلم: فاطمة بضعة منّی من سرّها فقد سرّنی و من سأها فقد سأنی، فاطمه اعزّ البریّة علیّ”


“Peyğəmbər (s) buyurur: Fatimə mənim canımın yarısıdır. Hər kim onu sevindirsə, məni sevindirmişdir və hər kim onu kədərləndirsə, məni kədərləndirmişdir. Fatimə mənə hər kəsdən daha əzizdir.”

 

Peyğəmbərin (s) dünyadan köçməsi ilə o həzrətin dövründə torpaq altda gizli qalan Bədrin, Hüneynin ədavətləri üzə çıxdı. Münafiq dəstələr həm İslamdan, həm də Peyğəmbər (s) ailəsindən intiqam almaq üçün əl-ayağa düşdülər. Hədəfin mərkəzində Fatimə (s) dururdu və düşmənin zəhərli oxları ona tərəf atılırdı. Atanın acı, kədərli ayrılığı, həyat yoldaşı Əlinin (ə) ürək sızladan məzlumluğu, düşmənlərin İslam əleyhinə təxribatları, müsəlmanların gələcəyi ilə bağlı nigaranlıq və Quran mirasının qorunması əl-ələ verərək pak qəlbini və ruhunu bərk sıxırdı...


صلی الله علیک یا فاطمه الزهرا

“Fatimiyyə günləri”nin yetişməsi münasibətilə, İslamın dəyərli xanımı həzrət Fatimə Zəhranın (s) şəhadəti ilə əlaqədar mart ayının 10-dan 13-ə qədər – cümə axşamından bazar gününə qədər əza məclisi keçiriləcək.


Qeyd etmək lazımdır ki, şəhadət günü Ayətullah Məkarim Şirazinin söhbətlərindən faydalanacağıq.
Bütün Əhli-beyt (ə) sevərləri, xüsusilə də alimləri və görkəmli şəxsləri bu matəm məclisində iştiraka dəvət edirik.

Məkan: Şühəda prospektinin başlanğıcı – Əmirəl-möminin (ə) mədrəsəsi
Zaman: Səhər saat 10 (10-13 mart, 2016)
Ayətullah Məkarim Şirazinin rəsmi ofisi

captcha