Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi bu gün səhər saat 8:45 dəqiqədə İmam Səccad (ə) mədrəsəsində İslam Şurası Məclisinin onuncu seçkiləri və Rəhbərlik Xübrəqan Məclisinin beşinci seçkilərinin startı ilə öz seçki bülletenini 505 nömrəli səyyar qutuya saldı.
Mərcəyi-təqlid İslam quruluşunda seçki məsələsinin əhəmiyyətinə toxunaraq dedi: Allah-taalaya şükürlər edirəm ki, bu müvəffəqiyyəti bizə bəxş etdi, bu seçkilərdə də iştirak etdim. Çünki bu iştirak İlahi nemətlərdən olan bir nemətdir.
O, əlavə etdi: Bu gün səhər Həzrət Məsumənin (s) ziyarətgahında olarkən üç məsələ haqqında xüsusi dua etmişəm:
Birincisi budur ki, Allah-taala seçkilərdə iştirak edənlərə həyatlarında uğur versin və problemlərini həll etsin.
İkincisi duam bu idi ki, seçkilər İran xalqı və İran xalqının dostlarının sevincinə, düşmənlərin isə kədər və ümidsizliyinə səbəb olsun.
Üçüncüsü, Allah-taaladan ölkənin məsul işçilərinə işlərində və problemlərin həllində müvəffəqiyyət istədim.