Suriya Ərəb Respublikasının baş müftisi Doktor Əhməd Bədrəddin Həssun bir neçə gün öncə İrana səfərdə olduğu müddətdə müqəddəs Qum şəhərində Ayətullah Məkarim Şirazi ilə səmimi və önəmli görüşü olmuş və Suriyaya döndükdən sonra Ayətullah Məkarim Şirazi cənablarına rəsmi məktub göndərmişdir. Həmin məktubun mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Həzrət Ayətullah Məkarim Şirazi cənablarına!
Salam əleykum və rahmətullahi və bərakətuh
Ətirli və mülayim nəsimlə dolu xoş təəssüratları, aşkar və nəfis iman cilvələrini müqəddəs Qum şəhərində, ali həzrətin mübarək hüzurunda və hər xeyiri əhatə edən universitetinizdə, nurlu məscidinizdə və ümidverici sözlərinizdə yaxından hiss etməyim mənim səadətimə səbəb oldu.
Ayətullah Məkarim Şirazi cənabları
Siz ali həzrətin yüksək himmət və fədakarlığı – hansı ki, onda məhəbbət və bəxşiş nişanələri var və sizin ruhunuzdan saçan nurdur – ağıl və ruhumuzda həkk olacaq.
Siz ali həzrətin ilahi maarifi, şəriət elmləri və iman həqiqətləri etiqad və iman xüsusunda həqiqi elm tələbələrini tutduğunuz yola iqtida etməyə, sədaqətə, dönməzliyə, Qurani-kərimə etiqada və ondan yapışmağa, bu ilahi kitabın yol göstərmələrini izləməyə, əxlaq nümunəsi kimi Məhəmmədi-Mustafanın (s) yolunda addım atmağa, Allah Rəsulunun (s) Əhli-beytinə qarşı vəfadarlıq, məhəbbət və itaətə səbəb olur.
Allah-taala sizə gözəl mükafat əta etsin, İslam ümmətinə xatir siz alicənabın pak ömrünə bərəkət versin ki, bu müqəddəs yolun yolçuları üçün bələdçi və bir hidayət nuru olasınız!
Uca Tanrıdan diləyim budur ki, övladlarınızı qorusun, onları sizin və Allah Rəsulunun (s) gözünün nuru etsin, bizi isə İslam və müsəlmanların iftixarına səbəb olan, onların “vəhdət və birliyinə”, sıralarının möhkəmlənməsinə və qəlblərinin yaxınlaşmasına gətirib çıxaran hər yerdə, əziz və üstün məqamınızın kənarında qərarlaşdırsın!
“Həqiqətən o, duaları eşidən, qəbul edəndir!”
Vəssalamu əleykum və rahmətullahi və bərakətuh!
Dəməşq 11/04/1437 h.q. (21/01/2016)
Qardaşınız, Suriya Ərəb Respublikasının müftilər məclisinin rəisi