Ayətullah Məkarim Şirazinin müqs İslam Peyğəmbərinin (s) təhqir olunması ilə bağlı bəyanatıəddə

Ayətullah Məkarim Şirazinin müqs İslam Peyğəmbərinin (s) təhqir olunması ilə bağlı bəyanatıəddə


Qərb siyasətçilərinin siyasi ağıla sahib olmadıqları bir reallıqdır. Yoxsa, kiçik bir dəstənin cinayətinə görə, belə asanlıqla İslam dünyası ilə qarşı-qarşıya gəlməz və məntiqi fikir yürütmək əvəzinə macəra axtarışında olmazdılar.‌

Bu gün bütün İslam dünyası qərblilərin böyük İslam Peyğəmbərinə (s) hörmətsizliyinə görə qəzəblidir və Fransada bir jurnalın təhqiri, bir qrup qərb dövlət xadimlərinin də onları himayəçiliyi nəticəsində yaranan nifrət dalğası hər yanı bürümüşdür.
İnsident belə baş vermişdir: Qərbin yetişdirdiyi ekstremistlərdən bir qrupu Fransaya gedərək elə bir cinayətə imza atmışlar ki, biz hamılıqla bunu ciddi şəkildə pisləyirik. Terror hansı geyimdə və hansı dəstədə olursa olsun, pislənilir. Lakin qərb politoloqları mənbə və kökü qurutmaq, tezliklə məhv olmaları üçün kiçik ekstremist dəstəsinə yardım edilməsinin qarşısını almaqdansa durumu dəyişdirib macəraya əl atdılar. Məsələnin mahiyyəti İslamla "qarşıdurma" ilə dəyişdirildi və hörmətli İslam Peyğəmbərini (s) təhqir etdilər. Hər keçən gün inadlarını daha da artırıb təhqiredici qəzetləri daha çox sayda çap etməyə başladılar və buna da “söz azadlığının müdafiəsi” adını qoydular. Halbuki, insanlığın ən kiçik nişanələrindən birinin başqalarını incitməmək olduğunu bilirik. İslam Peyğəmbərini (s) təhqir etməyin, müsəlmanların qəlbinə sancılan xəncər olduğunu da bilirik. Dünya müsəlmanlarının qəlbinə xəncər batırmaq, söz azadlığı anlamına gəlirmi?!
İnsanlıqdan kiçik bir payı olan kəs belə bir işi özünə rəva görərmi?
Hətta böyük Roma Papası şücaətlə insanları bu işdən çəkindirdiyi zaman onun sözünə əhəmiyyət verməyib təhqirlərini davam etdirəcəklərini deyirlər.
Qərb siyasətçilərinin siyasi ağıla sahib olmadıqları bir reallıqdır. Yoxsa, kiçik bir dəstənin cinayətinə görə, belə asanlıqla İslam dünyası ilə qarşı-qarşıya gəlməz və məntiqi fikir yürütmək əvəzinə macəra axtarışında olmazdılar.
İndiki dövlət xadimləri macərapərəstliklə birinci və ikinci dünya müharibəsini başladan, ölkələrini viran edən və on milyonlarla ölü, yaralı və əlil yerdə qoyan  şəxslərin övladlarıdırlar.
Bir az düşünməyimiz yerinə düşərdi. "Söz azadlığı" mənasını düzgün anlasınlar və macərapərəstlikdən əl çəksinlər. Dünya müsəlmanlarından üzr istəsinlər. Dünyanı qeyri-sabitliyə və təhlükəyə sürükləməsinlər.
Vəssəlamu əla mənittəbəəl-huda!

captcha