Həzrət Ayətullah Məkarim Şirazinin məktubuna Vatikanın rəsmi cavabı

Həzrət Ayətullah Məkarim Şirazinin məktubuna Vatikanın rəsmi cavabı


Papa Fransis sizin məktub və tutduğunuz mövqeyə görə sizə təşəkkür edir. Ona görə ki, dini liderlərin zorakılığa, xüsusilə din adına baş verən zorakılığa aşkar mövqe sərgiləməsi bir “lüzum və zərurət”dir.‌

Ayətullah Məkarim Şirazi cənablarının dünya katoliklərinin lideri Papa Fransisə yazılı müraciət formasında göndərdiyi məktubun ardınca, onun rəsmi ofisinə Vatikandan rəsmi cavab gəldi. Məktubun mətni belədir:
“Alicənabın 2014-ci il, 18 avqust tarixində Papa Fransisə çatan məktubunda, "İslam dövləti" adı altında bir qrupun xristianlara, yezidilərə, digər etnik qrup və məzhəblərə qarşı törətdiyi cinayətlər qəti şəkildə pislənib. Papa Fransis sizin məktub və tutduğunuz mövqeyə görə sizə təşəkkür edir. Ona görə ki, dini liderlərin zorakılığa, xüsusilə din adına baş verən zorakılığa aşkar mövqe sərgiləməsi bir “zərurət”dir. İnanclı insanlar belə bir durumda din rəhbərlərindən çıxış yolu göstərmələrini umurlar. Mən də sizin fikirlə razıyam. Qoy bu, dinlərin ədalət, sülh və qardaşlığı dəstəkləməsinə dair etibarlı şahid olsun. Mən və tabeliyimdə olan Katolik kilsəsi, sizi əmin edirik ki, bəşəri normalar, insani hisslər və ondan qaynaqlanan hüquqlar daim yaşayacaq.
Fürsətdən istifadə edib sizə ən xoş duyğularımı bildirir, əmin-amanlıq və sağlamlıq arzulayıram”.
Vatikanın dinlərarası dialoq üzrə şurasının sədri: Kardinal Jan Lui Toran

captcha