Həzrət Ayətullah tərəfindən tütün məmulatlarının istifadəsinin haramlığı fitvasının fiqhi açıqlaması

Həzrət Ayətullah tərəfindən tütün məmulatlarının istifadəsinin haramlığı fitvasının fiqhi açıqlaması


Fiqhdə bir iş insan sağlamlığı üçün təhlükəlidirsə, deyilir ki, onu etməyin. Mütəxəssislər siqaret və tütün məmulatlarının böyük zərərlərinə sübut etdikləri halda onun haramlığına necə hökm verməmək olar?‌  ‌

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi cənabları Qum şəhərində, “Məscidi-Əzəm”də, fiqhin ali mühazirəsində fiqhi, elmi və tibbi dəlillərə əsaslanaraq siqaret və digər tütün məmulatlarından istifadənin haramlığına bir daha təkid etdi və xalq, media və dövlət strukturlarını onunla mübarizəyə səslədi”.
O, çıxışının davamında tütün məmulatlarının haramlığı fitvasına işarə edərək buyurdu: “Siqaret barədə fitva verib dedik ki, siqaret və tütün məmulatlarından istifadə etmək haramdır. Bu barədə dəlilimiz aydın və şəffafdır”.
Ayətullah Məkarim Şirazi cənabları əlavəsində qeyd etdi: “Bu istiqamətdə təşəbbüs göstərən həkimlər mənimlə görüşdə insanın siqaret və tütün məmulatlarından istifadə nəticəsində 120 növ xəstəliyə yoluxduğunu bildirdilər. Xərçəng, atoreskleroz (damar tutulmaları) , beyin iflici və qəlb infarktı həmin xəstəliklər arasındadır”.
Məkarim Şirazi cənabları belə aydınlıq gətirdi: “Biz, mütəxəssislərin mövzu ilə əlaqədar sözünü qəbul etməliyik, həmçinin bu qədər zərəri olan bir şeyin haramlığına hökm etmək lazımdır”.
Məkarim Şirazi cənabları fiqhi normalara uyğun davrandığını xüsusi vurğulayaraq buyurdu: “Fiqhdə bir iş insan sağlamlığı üçün təhlükəlidirsə, deyilir ki, onu etməyin. Mütəxəssislər siqaret və tütün məmulatlarının böyük zərərlərinə sübut etdikləri halda onun haramlığına necə hökm verməmək olar?
Məkarim Şirazi cənabları belə aydınlıq gətirdi: “Statistik məlumatlara əsasən, siqaret və qəlyan çəkmək nəticəsində həyatını itirənlərin sayı, yol qəzalarında ölənlərin sayından qat-qat çoxdur”.
O əlavə edərək dedi: “Bəziləri soruşurlar ki, mövzu ilə bağlı fitvanızın hansı təsir və faydaları olmuşdur? Bu, siqaretin tərki ilə nəticələndimi? Hazırda, ictimai yerlərdə, qatar, avtobuslarda və ümumi toplantılarda – istisna hallardan əlavə – keçmişdəkindən fərqli olaraq siqaret çəkilməməsi fitvanın faydalarındandır. Xoşbəxtlikdən sözügedən mövzu ilə mübarizə mədəniyyət çərçivəsində olduğu üçün getdikcə o, əxlaqi dəyərlərə zidd kimi qiymətləndirilir.
Məkarim Şirazi cənabları ardınca qeyd etdi: “Son vaxtlar bəziləri mediyada, fitvanın nə təsiri olduğunu, cəmiyyətin niyə siqareti tərk etmədiyini soruşaraq ortalığa şübhə atırlar. Mən onlardan soruşuram: “Şərab və narkotik tərkibli maddələri hər kəs haram bildiyi halda il ərzində miyon litrlərlə şərab, həddən çox sayda narkotik maddə tapılaraq müsadirə olunur. Bir fitva ilə hər şeyi kökündən silmək mümkün deyil. Məgər, bütün səlahiyyətli şəxslər şərab və narkotik tərkibli maddələrin haramlığına hökm verdikləri an onlar tamamilə tərk edildi?”.
Mərcəyi-təqlid təkidlə dedi: “Bu kontekstdə mövcud şəraitin dəyişməsi üçün dövlət, xalq və media birgə işləməlidir. Təəssüflər olsun ki, milyardlarla pulu puça çıxarır, xəstəlikləri çoxaldır, ekologiya və atmosferi çirkləndirir və bu, çox böyük israfdır”.
O əlavə etdi: “Bəziləri soruşurlar ki, siqaret çəkən pişnamazlara namazda iqtida etmək olarmı? Biz cavabında deyirik: “Onlara iqtidanın düzgünlüyünə fitva veririk. Düşünürük ki, bəlkə bizə təqlid etmirlər, bəlkə tutatlı üzrləri vardır. Lakin onlara bunu xatırlatmaq tərifəlayiqdir. Əlbəttə, ola bilsin bəzi şəxslər onun zərərlərindən xəbərsizdir. Onları məlumatlandırmaq lazımdır.
Məkarim Şirazi cənabları aydınlıq gətirdi: “Mövzu ilə əlaqədar geniş xəbər yayımı olacağına, siqaret, qəlyan və narkotik tərkibli maddələrin kökü kəsiləcəyi günün gələcəyinə ümidvarıq. Gənclər və azyaşlılar arasında onlara aludə olanların olduğunu eşitdim. Bu, həyəcan təbilinin çalınması deməkdir. Allah hər kəsə əməlində ləyaqət versin”.

 

captcha