Qərbin terrorizmlə mübarizə aparmağa ləyaqəti yoxdur / Devid Kamerunun təhqiramiz və nalayiq ifadələrinə reaksiya

Qərbin terrorizmlə mübarizə aparmağa ləyaqəti yoxdur / Devid Kamerunun təhqiramiz və nalayiq ifadələrinə reaksiya


“O, ölkəmizin prezidenti ilə görüşdü, lakin iki saat keçməmiş Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasında nalayiq sözlər dedi. İngilislərin mədəni və dərrakəli olduğunu söyləyirlər. Ancaq İngiltərə Baş Naziri bundan müstəsnadır. Bu hadisə onun mədəniyyətsiz və ağılsız olduğunu sübut etdi”.‌  ‌

Qum şəhəri “Məscidi-əzəm”də keçirilən ali fiqh mühazirəsində Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi İŞİD-in gündəmdə olması mövzusuna aydınlıq gətirərək dedi: “Bunlar İslam dininin heç bir qanununa tabe olmayan cinayətkar, terrorist və qatil bir cəmiyyətdir”.
Ayətullah Məkarim Şirazi İŞİD-in etiqad baxımından ekstremist vəhhabi törəmələri olduğunu bəyan edərək dedi: “Belə məsələlər heç bir zaman nə şiə, nə də əhli-sünnə etiqadında formalaşmamışdır. Əksinə radikal vəhhabilərin pessimist təfəkkürünün səmərəsidir”.
Ayətullah Məkarim Şirazi cənabları əlavə edərək dedi: “Əlbəttə, mötədil vəhhabilər İŞİD-i dəstəkləmirlər, hətta bəzi vəhhabiməslək müftilər onları təkfir etmişlər”.
O, həmçinin vurğuladı: “İŞİD əyani surətdə Səudiyyə Ərəbistanı və Qatardan maliyyələşir. Hərbi dəstəyi isə İsrail, Amerika və Qərb dövlətləri verir. Türkiyə də təəssüflər olsun, döyüşü qızışdırır, digər tərəfdən onların imkanlarını genişləndirir”.
O, hadisələrin nə qədər şəffaf və kimsə tərəfindən gizlədilməsi mümkün olmayan bir iş olduğuna işarə edərək buyurdu: “Onlar bu gün qəflətdən ayılıblar, qoyunlarında ilan bəslədiklərini dərk ediblər. Artıq öz qurtuluşlarının fikrindədirlər. Lakin seçdikləri yol düz yol deyil”.
Həzrət Ayətullah Məkarim Şirazi bir neçə məntəqəyə havadan zərbələr endirməklə – əlbəttə, bombardmanlar bəzən günahsız insanların ölümünə də səbəb olur – terrorizmin məhv olmayacağına təkid edərək dedi: “Hava zərbələri endirməklə İŞİD və terrorizmi məhv etməyə çalışırlar. Bu, həlledici addım və çıxış yolu deyil. Həlledici yol, İran, Suriya, İraq və Hizbullahın getdiyi yoldur”.
O, aydınlıq gətirdi: “Bu həlledici yol olmasaydı, artıq İŞİD İraq və Bağdadı ələ keçirmişdi. İndi onların maddi vəsaitlərinin qarşısı alınmalıdır. Təəssüflər olsun ki, hələ də bəzi Ərəb dövlətləri onlara pul yardımı edirlər və bəzi digər dövlətlərdən silah alırlar”.
Məkarim Şirazi cənabları əlavə edərək buyurdu: “Yardım və dəstəklər kəsildiyi təqdirdə onlar məhv olacaqlar. Bundan əlavə onların etidaq prinsipləri ilə də mübarizə aparmaq lazımdır”.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi İslam alimlərinin işə başlayıb onların etiqad köklərini vurmalarını xüsusi vurğulayaraq dedi: “Onların fəaliyyət və rəftarlarının İslam və Qurana aidiyyatı olmadığını qulaqlara pıçıldamaq yox, qışqırmaq lazımdır”.
O, gələn ay “Təkfirçi cərəyanların təhlükəsi ilə əlaqədar Qum şəhərində keçirələcək qurultaya işarə edərək buyurdu: “Qurultay, İslam dünyası alimlərinin iştirakı ilə təkfirçi cərəyanlarla qarşıdurmada İslam alimlərinin maarifləndirilməsi və yekdilliyi mövzusunda keçiriləcəkdir”.
Həzrət Ayətullah Məkarim Şirazi Qərbin bir iş görə bilmədiyinə diqqət çəkərək, İngiltərənin Baş Naziri Devid Kamerunun BMT-nin Baş Asambleyasındakı çıxışına reaksiya göstərdi və qeyd etdi: “O, bizim prezidentimizlə görüşdü, lakin iki saat keçməmiş Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasında nalayiq sözlər deyir.
O, əlavə edərək dedi: “İngilislərin mədəni və dərrakəli olduğunu söyləyirlər. Ancaq İngiltərə Baş Naziri bundan müstəsnadır. Bu hadisə onun mədəniyyətsiz və ağılsız olduğunu sübut etdi”.
Məkarim Şirazi cənabları qeyd etdi: “Ölkəmizin tarixində onların qoyub getdiyi qara ləkələr haqqında məlumatımız var. Onlar ləkələrini azaltmaq əvəzinə ona palçıq əlavə edirlər. Bu ağıllılıq və intellektuallıqdır? Belə bir tədbir əsasında İŞİD-lə mübarizə etmək istəyirsinizsə, yəqin bilin, heç bir nəticəsi olmayacdır”.
Şirazi cənabları əlavə etdi: “İŞİD-lə mübarizəni onu bacarana həvalə edin, sizlər bunu bacarmazsınız. Siz onlara yardım etməsəniz kifayətdir”.

 

captcha