بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ
وَ اللَّهِ لَا يَسْكُنُ دَمِي حَتَّى يَبْعَثَ اللَّهُ الْمَهْدِيَّ
Bağışlayan və mehriban Allahın adı ilə
“Allaha and olsun mənim qanım dayanmayacaq, nə qədər ki, Allah-taala həzrət Məhdini (ə) üzə çıxarmayıb”. (“Mənaqib Ali Əbi Talib (ə)”, İbn Şərh Aşub, c. 4, səh. 85.)
Cəmiyyətin “Fədakarlıq davam edir...” adlı aksiyasında çoxsaylı iştirakını nəzərə alaraq Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin informasiya bloqu Qanköçürmə Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində, Hüseyn (ə) əzadarlarını gözəl adətlərdən biri sayılan qanvermə aksiyasına cəlb etmək məqsədilə sözü gedən aksiyaya davam edir.
Qeyd etdiyimiz kimi bu lahiyənin səmərələrindən biri axtarış sistemlərində qarşıya çıxan həzrət Əba Abdullahın (ə) əzadarlığına aid xoşagəlməz təsvirləri dəyişib şiənin həqiqi simasını aləmə tanıtdırmaqdır – Allahın izni ilə.
Bir halda ki, İmam Hüseynin (ə) fədakar qanı ilə bəşəriyyəti xilas etdiyinə və insanların pak fitrətinin diri qalmasından ötrü hidayət çırağı olduğuna inanırıq, biz də öz qanımızı hədiyyə etməklə insan canlarına həyat bağışlaya bilərik. Bu fəaliyyətdə dünyanın hər yerində yaşayan həzrət Seyyiduş-şühəda (ə) aşiqlərini, sevərlərini bu aksiyada iştirak etməyə, qanvermə aksiyasına qoşulmağa dəvət edirik.
Biz möhtac kəslərin qan ehtiyacını təmin etməklə, həzrət Seyyiduş-şühədanın (ə) aşiqləri arasında onun eşqindən cuşə gələn gözəl xatirələr canlandırmaq və alınan şəkilləri saytlarda, dünya mediyalarında paylaşmaqla, bütün aləmə “Fədakarlıq davam edir...” və “həzrət Məhdinin (əc.f) zühurunadək dünya əhalisi İmam Hüseynin (ə) fədakarlıq hərəkatının davamlılığına şahid olacaq” – mesajını vermək qəsdindəyik.
İştirakçılar qanvermə zamanı çəkilən şəkillərinizi aşağıdakı yolla bizə göndərin: