Təbiət barəsində təfəkkür – Quranın bilgi qazanmaq xüsusunda təklifi

Təbiət barəsində təfəkkür – Quranın bilgi qazanmaq xüsusunda təklifi


Niyə Quran bizi təbiət barədə düşünməyə dəvət edir?‌

Quran bir bilik və tanıma qaynağı kimi hiss və müşahidədən istifadənin vacibliyinə çoxlu təkid edir. İnsanların diqqətini göyə və onun gözəlliklərinə, nəzminə və möhkəmliyinə çəkməsi, qəlblərin dirilməsi və Allahşünaslıq, tövhid yolunu keçməsi üçün onları yer-göy və məxluqatın sistematikliyinə baxmağa dəvət etməsi, yağışın yağmasına, ölmüş torpağın dirilməsini görməyə çağırması, yaradılışın əvvəlinə diqqətini yönəltməsi, insanı qidasına bir də baxıb onun necə yarandığını görməyə və ümumi olaraq, varlığın müxtəlif nəsnələri haqqında düşünməsinə dəvət etməsi bu qəbildəndir.

Allah-taala “Qaf” surəsində (1) insanların diqqətini göyə, onun gözəlliklərinə və nizamlı quruluşuna, xüsusilə onlar arasında tarazsızlığın olmamasına cəlb edir, hansı ki onlar çox gözəldir, möhkəmdir, nizam-intizamlıdır, eyb və nöqsandan arınmışdır.
“Əraf” surəsində (2) qəlblərin dirilişi və tövhid, allahşünaslıq yolunu keçməkdən ötrü bütün insanları Pərvərdigarın yer-göy və məxluqatının nizamlılığını müşahidə etməyə dəvət edir.


“Ğaşiyə” surəsində də (3) göy və yerdən söz açır, insanın – xüsusilə Quranın nazilolma mühitində yaşayan camaatın – diqqətini iki şeyə; bütün qəribəlikləri ilə birgə dəvənin yaradılışına, bir də insanların yaşamını münbitləşdirən yerin səthi olmasına cəlb edir. Bütün bu etaplarda müşahidəni biliyin bir təsirli qaynağı kimi tanıtdırır.
“Rum” surəsində (4) Rəsulullaha (s) xitab edərək, diqqətini yağışın nazil olması və ölmüş yerin dirilməsi mövzusuna cəlb edir və buyurur:


“İlahi rəhmətin izlərinə bax ki, ölmüş yeri necə dirildir”.
“Tariq” surəsində (5) insanın sorağına gedir, xüsusilə onun yaradılışının başlanğıcına barmaq basır və buyurur:
“Hər insan nədən yaradıldığına bir baxsın! O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır”.
Yenə burada hiss və müşahidə bilik vasitəsi kimi qeyd olunub.
“Əbəsə” surəsində (6) insana əmr edir:


“Gözünü aç və qidana, yeməyinə bax! Yağışın yağması sayəsində onun necə yaranmasına (bəslənməsinə), yerin çat-çat yarıldığına və orada yeməli bitki və dənələrin, meyvə və tərəvəzlərin yetişməsinə! Hansı ki onlara düzgün baxsan, orada Pərvərdigarın əzəmətli bilik kitabınıı görərsən”.


Yuxarıdakı altı məqam “nəzər salmağa” çağırdığı halda, digər məqamlar “baxmağa” dəvət edir. Hərçənd bu iki kəlmə bir çox hallarda eyni mənada işlənir, amma bəzi məşhur lüğət qaynaqlarına əsasən, nəzər salmaq bir şeyi görmək üçün gözün dolandırılması, axtarışı, diqqəti mənasındadır. Halbuki, görmək müşahidənin özünə deyilir (7). Əlbəttə, hər iki kəlmə bəzən hissi müşahidə mənasında, bəzən də zehni və fikri müşahidə mənasında işlədilir. Lakin əsas mənası həmin hissi müşahidədir.
Hər halda, “Şüəra” surəsində (8) müşrikləri yerin hər bir guşəsində dəstə-dəstə, cüt-cüt bitən rəngarəng bitkiləri müşahidə etməyə çağırır.


“Səcdə” surəsində (9) onları dəniz sularının bulud zərrələri arasında necə hərəkətinə, onların quru, ot-ələfsiz yerlərə yağmasına və həm insanın, həm də dördayaqlıların qidası olan bitkilərin cücərməsinə tamaşa etməyə dəvət edir.
“Fussilət” surəsində (10) bütün “afaqi” və “ənfusi” ayələrə, yəni Allahın böyük aləmdə və kiçik aləmdəki – insan vücudundakı nişanələrinə işarə edir və buyurur:


“Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik ki, Allahın varlığını anlasınlar və haqq onlara aşkar olsun”.


“Mülk” surəsində (11) başımızın üzərində uçan, bəzən qanadlarını açıb süzən, bəzən də qarınlarına yığan quşların müşahidəsindən söz açır. Qanadların açılıb-yığılması səmada sürətli uçmalarını təmin edir və cazibə qanununun ziddinə olaraq, onları yerlə göy arasında saxlayır. Bəzən sürətlə hərəkət etdikləri halda qanadlarını açırlar. Sanki, gözəgörünməz bir güc onlara təkan verir və bəzən də qanadlarını yığıb sürətlə irəli şığıyırlar. Hər birinin özünəməxsus quruluş və forması var, hər birinin yaşayışı və həyat planları üçün özünəməxsus vasitələri var.


“Zariyat” surəsində (12) bir daha yerin yaradılışına, sonra insan varlığının meydana gəlməsinə, – hansı ki kiçik olmasına rəğmən əzəmətli bir dünyadır – diqqət çəkir və “افلا تبصرون” (Görmürsünüzmü?!) cümləsi ilə gözüaçıq olub bu həqiqətləri görməyənləri məzəmmət edir.


Diqqət etmək lazımdır ki, “bəsirət” sözü “bəsər” kökündən alınıb və mənası göz, yaxud gözün görməsidir. “Nəzər salmaq” və “görmək” mənalarında işlənməsinə rəğmən, onlardan fərqlidir. Belə ki, daha çox görmə üzvünə və qüvvəsinə təkid etsə də, yuxarıdakı iki söz kimi bəzən daxili müşahidə və təfəkkür mənasında işlədilir.
Sonda “Nəhl” surəsində (13) tanıman

 

İstifadə edilmiş ədəbiyyat:
1-“Qaf” surəsi, 6-cı ayə: “Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi, Orada heç bir yarıq da yoxdur”.
2-“Əraf” surəsi, 185-ci ayə: “Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə... diqqət yetirmirlərmi,”.
3-“Ğaşiyə” surəsi, 17-dən 20-dək olan ayələr: “Məgər onlar dəvənin necə yaradıldığını görmürlər, Və göyün necə yüksəldiyini, Və dağların necə sancıldığını, Və yerin necə döşədildiyini,”.
4-“Rum” surəsi, 50-ci ayə: “Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir”.
5-“Tariq” surəsi, 5 və 6-cı ayələr: “Qoy insan nədən yaradıldığına bir baxsın! O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır”.
6-“Əbəsə” surəsi, 24-dən 28-dək olan ayələr: “Qoy insan yediyinə diqqət yetirsin. Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb orada taxıl yetişdiririk. (Habelə) üzüm və yonca”.
7-Rağibin “Mufrədat” və “Lisanul-ərəb” kitablarına “nəzərə” felinə (maddəsi, kökü) müraciət edilsin (“əl-Mufrədat fi ğəribil-Quran”, Rağib İsfəhani Hüseyn ibn Məhəmməd, “Darul-ulum”, Dəməşq, 1412 h.q. ilk nəşr), səh. 812; “Lisanul-ərəb”, İbn Mənzur Məhəmməd ibn Mukərrəm, “Daru Sadir”, Beyrut, 1414 h.q. üçüncü nəşr), c. 5, səh. 215.
8-“Şuəra” surəsi, 7-ci ayə: “Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi,”
9-“Səcdə” surəsi, 27-ci ayə: “Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri nemətlər yetişdirdiyimizi görmürlər, Hələ də bunu görmürlər,”.
10-“Fussilət” surəsi, 53-cü ayə: “(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik”.
11-“Mülk” surəsi, 19-cu ayə: “Məgər onların üzərində dəstə-dəstə uçan, (hərdən də qanadlarını) yığan quşları görmürlərmi, Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür”.
12-“Zariyat” surəsi, 20 və 21-ci ayələr: “Möminlər üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz,”
13-“Nəhl” surəsi, 78-ci ayə: “Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz”.
14-“Qaf” surəsi, 9 və 11-ci ayələr.
15-“Ayətullah Nasir Məkarim Şirazinin “Quranın mesajı” kitabından iqtibas edilib (“Darul-kutubil-İslamiyyə”, Tehran, doqquzuncu nəşr, 2007), c. 1, səh. 130.
Nəşr tarixi: « 1396/03/25 »

captcha