İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxaq konfransı bu gün səhər öz işinə başladı.
8:30 Qurani-Kərimin təlavəti ilə konfransın başlanması.
Konfrans Qurani-Kərimin təlavəti ilə öz işinə başladı.
8:40. İran İslam respublikasının dövlət himni
8:45. Konfransın proqramların anonsu
8:50. Ayətulla əl-uzma Məkarim Şirazi konfrans zalına daxil oldu.
9:00. Konfransın katibi tərəfindən iştirakçılar salamlandı və konfransın proqramları haqqında qısa məlumat.
Ayətullah Məkarim Şirazinin çıxışından (9:15)
Ayətullah Məkarim Şirazi: Şiənin dəyərli əlyazmalarının kitabxanalarda həbs edilməsinə diqqət çəkərək buyurdu: Əfsuslar olsun ki, digər ölkələrdəki və bəzən də bizim ölkədəki mühüm kitabxanaların müdirləri kitablardan nüsxə çıxarılmasına və tədqiqatçıların istifadəsinə verilməsinə şərait yaratmırlar.
İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının xəbər agentliyinə istinadən, Ayətullah Məkarim Şirazi bugün səhər İmam Kazim (ə) mədrəsəsinin “Rəsuli-Əzəm (s)” salonunda təşkil olunmuş “İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu” beynəlxalq konfransının ilkin toplantısında dedi: Bu konfransın təşkilindən məqsəd, hamının əl-ələ verərək İslam elmlərinin yaranması və yayılmasında məsum imamların (ə) və şiə alimlərinin əvəzsiz rolunu aşkara çıxarmaq və şiə məzhəbi alimlərinin İslam elmlərinə xalisanə xidmətlərinə aydınlıq gətirməkdir. Biz bir yerə toplaşaraq mühüm bir tarixi məsələni üzə çıxarmaq istəyirik, o da budur ki, İslam elmlərinin rəvacında şiə imamları və alimləri mühüm xidmətlər göstəriblər.
O bildirdi: Əlbəttə ki, İslam elmlərinin yaranması və yayılmasında digər müsəlman və ayrı-ayrı məzhəb alimlərinin əvəzsiz rolunu danmaq istəmirik və bu konfransın digər alimlərin səylərinə mənfi yükü yoxdur, əksinə digər məzhəb alimlərinin də təlaşlarını təqdir edirik. Konfransa iki prinsip hakimdir: 1) Bütün məzhəblərə ehtiram; 2) Elmiliyi qorumaq və siyasi bəhslərə yer verməmək.
Ayətullah Məkarim Şirazi İslam elmlərinin əhəmiyyəti mövzusuna toxunaraq əlavə etdi: “İslam, dünyanın əvvəli və axırını elmin aparıcılığında görür, çünki – Qurana istinadən – bütün mələklərin səcdə etdiyi həzrət Adəmin o mələklərdən üstünlüyünə başlıca səbəb elmi imtiyazı idi.
Daha sonra əlavə etdi: Mərhum Təbərsi “Məcməul-bəyan” kitabında yazır: “Səhabə və tabeinlərin dediyinə istinadən “elmul-əsma”dan məqsəd, Adəmin bəşər həyatına dair maddi və mənəvi elmləri bilməsi idi”.
Ayətullah Məkarim Şirazi “Adəmin elmi mövcud elmlərə şamil idi, yoxsa gələcək elmlərə də?” – sualına işarə edərək xatırlatdı: Bu ilkin istedadlar Adəm nəslinə ötürüldü və min illə boyu tədricən aradan getdi. Quranın bildirdiyi kimi Adəmin iftixarı və mələklərdən üstünlüyü elminə qayıdırdı. Adəmin övladlarının da fəxri elmdir.
O, dünyanın sonu və həzrət Məhdinin (əc) zühuru məsələsinə də toxunaraq dedi: “İmam Məhdinin (ə) iftixarı möhtəşəm ilahi elm və biliklədir. İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə gəlib ki, “Elm və biliyin məcmusu 27 qisimdən ibarətdir və həzrət Məhdinin (əc) gəlişindən öncə yalnız 2 qismi insanların ixtiyarında olacaq. Ancaq İmam Məhdinin (əc) gəlişindən sonra digər 25 qisim də üzə çıxacaq və bəşər elmləri kamilləşəcək.
Ayətullah Məkarim Şirazi İslam xurafatla dolu cahiliyyət mühitindən qalxsa da, insanın əsas və üstünlüyünü elm və bilikdə görməsini və İslam alimlərinin də elmdə ilk sıralarda yer almasını müsəlmanların böyük iftixarı sayaraq buyurdu: Bu konfransın təşkilində əsas məqsəd İslam elmlərindən bir çoxunun ərsəyə gəlişində, rəvacında müstəsna rol oynayan, amma müxtəlif səbəblərdən məzlum və gizli qalan şiə alimlərinin xidmətlərini üzə çıxarmaqdır.
O, çıxışının davamında dedi: Hər cəmiyyətdə mövcud olan istibdad hökumətlər və ekstremist qruplaşmalar – hansı ki, onlar əhli-sünnə qardaşlarımızdan ayrıdırlar – şiə alimlərinin tanınmasına, üzə çıxmasına imkan vermirlər.
Ayətullah Məkarim Şirazi əlavə etdi: Əhli-beyt (ə) düşmənlərinin fəaliyyətlərindən biri Əhli-beyt (ə) və şiə alimlərinin kitabxanalarını yandırmaq olmuşdur. Bu üzdən alimlərimiz kitabları yerə basdırmaqla onları qorumağa çalışıblar, amma bu iş özü də bir çox kitabların məhvinə səbəb olmuşdur.
O, müxtəlif dövrlərdə İslam elmləri xüsusundakı kitablara edilən zülmlərdən bəzisinə toxundu və Şeyx Tusinin məzhəblərin yaxınlaşması ilə bağlı ali düşüncəsini də dilə gətirdi: Təəssübkeş səlcuqlar hakimiyyətə gəldiyi zaman ifratçı dəstələr fürsəti qənimət bilib Şeyxin evinə od vurdular və kitabxanasını külə döndərdilər.
Ayətullah Məkarim Şirazi viran qalmış İsfahanın Cami məscidinin, Mərvin Cami məscidinin kitabxanasının və s. şiənin kitab xəzinələrindən olduğunu bəyan edərək dedi: “Tarix boyu ayrı-ayrı dövrlərdə ifratçı dəstələrin, qəsbkar hökumətlərin İslam elmləri və şiələrə dair kitab xəzinələrini necə məhv etdiyinə şahid olmuşuq.
O, Şəhid Əvvəlin bir çox fiqhi kitablarının olduğuna da işarə etdi və davamında dedi: Şəhid Saninin elmi məqamı haqqında bunu demək kifayətdir ki, şiəliyin və fiqhin mühüm mətnlərindən biri olan “Lumə” kitabının şərhini 6 ay, 6 gündə yazıb.
Ayətullah Məkarim Şirazi şiə alimlərin elmi kitablarına senzura qoymaq, kitabxanalar, mədrəsələr, universitetlər və elmi hövzələrdə yer almasına əngəl yaratmaq məsələlərinə də işarə etdi: Bu məsələni nasibi təəssübkeşlərin digər qəribəliyi saymaq olar.
O, şiə kitabxanalarının müxtəlif elmlər üzrə əhli-sünnə alimlərinin kitabları ilə dolu olduğuna da işarə etdi: Biz əhli-sünnənin elmi kitablarından istifadə etməyə çəkinmirik, amma digər ölkələrdə ekstemistlərin kitabxanalarında ya şiə kitablarına rast gəlinmir, ya da mövcud olduğu təqdirdə əlçatmaz saxlanılır.
Ayətullah Məkarim Şirazi bunu da xatırlatdı: Əlbəttə əhli-sünnə qardaşlarımızın mötədil olanlarını bu məsələdən istisna edirik və onlarla aramızda elmi bağlar var.
O, bu xüsusda həqiqətləri üzə çıxarmağa səy göstərdiklərinə işarə edərək buyurdu: Mərhum Seyid Həsən Sədr, Ağa Bozorg Tehrani və Seyid Möhsin Əmin Amilinin bu yöndə böyük addımlar atıblar, amma şiəliyin elmi inkişafını göstərmək üçün onların kitabları təkbaşına yetərli deyil.
Ayətullah Məkarim Şirazi şiə, əhli-sünnə və digər məzhəblərin güclü tədqiqatçılarından ibarət təxminən 400 nəfərin dəvət olunub iki il boyunca İslamın birinci dərəcəli, ikinci dərəcələri və əlaqədar elmlərinin hər biri istiqamətində araşdırma aparmasını xüsusi vurğulayaraq dedi: Bu araşdırmalar sırasında şiə alimlərinin müxtəlif kitab və ehtiyat bazalarından tədqiqat və xidmətləri çıxarış edilmiş və sonsuz səylər nəticəsində 50 cildlik kitab ərsəyə gətirilmişdir. Hansı ki, İslam tarixində yadigar qalacaq.
O davamında buyurdu: Bu kitablar pak imamların ardıcıllarına qapılar açır, bəlkə də onlardan bəziləri bizim öz üzümüzə də bağlı qalmışdır.
Ayətullah Məkarim Şirazi bu kitabların başqa dillərdə çap edilməsinə təkid edərək dedi: Bu kitabların xülasəsi bir neçə cilddə nəşr edilməlidir; əlbəttə bu konfransda söylənilən dəyərli mətləblər də onlara əlavə ediləcək.
O xüsusilə bildirdi: Elm hövzələri bu məsələyə əhəmiyyət verməli, İslam elmləri tarixi və şiə tarixinin parladığı məqamlar tələbələrə çatdırılmalıdır.
Ayətullah Məkarim Şirazi şiə konfransının proqramları sırasında şiəliyin əlyazma kitablarının nəşri də olduğuna işarə etdi və buyurdu: Əlyazmaları üzə çıxarmaq və onlardan çıxarılan nüsxələri araşdırmaçılara təqdim etmək lazımdır. Təəssüflər olsun ki, digər ölkələrdəki və bəzən də bizim ölkədəki mühüm kitabxanaların müdirləri kitablardan nüsxə çıxarılmağına və tədqiqatçıların istifadəsinə verilməsinə icazə vermirlər. Bir sözlə bu dəyərli kitablar kitabxana adlı zindanlarda həbs edilib.