Cənnətə ilk daxil olan şəxs kimdir?

Cənnətə ilk daxil olan şəxs kimdir?


Cənnətə − o geniş ilahi mərhəmət ocağına daxil olmaq hər bir insanın xoşbəxtliyinə dəlalət edir.‌


 Cənnətə − o geniş ilahi mərhəmət ocağına daxil olmaq hər bir insanın xoşbəxtliyinə dəlalət edir. Bir şəxsin ora hamıdan öncə daxil olması onun fəzilətdə də hamıdan yüksəkdə olması deməkdir. Əhli-sünnədən nəql olunan məşhur hədislərdə bu iftixar həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) dilindən Fatimə (aleyha salam) üçün qeydə alınmışdır:
Zəhəbi “Mizanul-etidal” kitabında nəql edir ki, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:


اَوَّلُ شَخْص یَدْخُلُ الْجَنَّهُ فاطِمَهُ (علیها السلام)


"Cənnətə daxil olan ilk şəxs Fatimədir."

Digər hədisdə Həzrətdən (s) belə nəql olunur:


اَوَّلُ شَخْص یَدْخُلُ الْجَنَّهَ فاطِمَهُ بِنْتُ مُحَمَّد وَ مَثَلُها فِی هذِهِ الاُمَّهِ مَثَلُ مَرْیَمَ فِی بَنِی اِسْرائِیلَ


"Cənnətə daxil olan ilk şəxs Məhəmmədin qızı Fatimədir. O, bu ümmətin arasında eynilə Bəni-İsrailin arasındakı Məryəm kimidir." (2) (3)

1.“Mizanul-etidal”, cild 2, səh. 131.
2.“Kənzul-ummal”, cild 6, səh. 219.
3.N.M.Şirazi, “Zəhra (s) bərtərin banuye cahan” kitabından parçalar, səh.95.

Nəşr tarixi: « 1394/01/30 »

captcha