Ayətullah əl-uzma Məkarim Şirazinin Şiə Araşdırmaları Elmi Dərnəyinə mesajı (min illik şiə mədrəsəsi, Alman – Berlin)

Ayətullah əl-uzma Məkarim Şirazinin Şiə Araşdırmaları Elmi Dərnəyinə mesajı (min illik şiə mədrəsəsi, Alman – Berlin)


Şübhəsiz, bu məkanda və bu zamanda elmi-mədəni işlərin ali hədəfi istiqamətində belə bir qurultayın təşkili olduqca dəyərlidir, Əhli-beyt (ə) məktəbinin tərəqqisinə müsbət təsir göstərəcəyinə inanırıq.‌  ‌

Bağışlayan və mehriban Allahın adı ilə
Hər şeydən əvvəl, bu əzəmətli qurultayın təşkili münasibətilə siz əziz bacı-qardaşları və səbəbkarları (iştirakçıları) təbrik etməyi özümə borc bilirəm. Şübhəsiz, bu vaxtda və bu yerdə elmi-mədəni işlərin ali hədəfi istiqamətində belə bir qurultayın təşkili olduqca dəyərlidir, Əhli-beyt (ə) məktəbinin tərəqqisinə müsbət təsir göstərəcəyinə inanırıq

O vaxt “Şeyxut-taifə”, Şeyx Tusi düşmənlərin əlindən Bağdaddan Nəcəfə gəldi və Əmirəl-möminin Əlinin (ə) hərəmi kənarında elm hövzəsini təsis etdi. Bundan sonra şiələrin elmi cəhdləri istiqamətində yeni üfüq açıldı. Hər keçən gün şiə maarifinin əzəmət və elmi dərinliyi artmağa başladı.
Bu böyük elm hövzəsi ilə paralel müqəddəs Qum şəhərinin də elm hövzəsi zaman keçdikcə daha da rövnəqlənməyə başladı. Hansı ki, imamların (ə) vaxtından Əhli-beyt (ə) hədis və xəbərlərinin rəvayətçiləri tərəfindən təməli qoyulmuşdu.
Sonra İraq, Livan, Suriyanın mühüm şəhərləri, İranın müxtəlif bölgələri də daxil olmaqla, digər böyük şəhərlərdə bir-birinin ardınca dini hövzələr təsis edildi. Hal-hazırda dünyanın ən böyük elm hövzəsinə şiə sahibdir. İslamın ayrı-ayrı elmlərinin bu hövzələrdə inkişafı və günbəgün vüsət tapması sevindirici haldır
.
Biz inanırıq ki, müasir dünya materializmdən yorulmuş, ilahi və mənəvi məktəblərə üz tutmuşdur. İlahi məktəblərlə müqayisədə yalnız Əhli-beyt (ə) məktəbində elm və əql təlimlərinin başında gəlir, hərçənd bu xüsusda yetərli təbliğat yoxdur. Sizin bu yeni layihəniz Əhli-beyt (ə) məktəbinin təbliğatına daha geniş və daha münbit şərait yaradacağına ümidvarıq.
Əlbəttə, biz özümüz də gələn il, Qum elm hövzəsində “İslam elmlərinin formalaşması və yayılmasında şiənin rolu” adlı konfrans təşkil etmək qərarındayıq
.
Şiə və əhli-sünnə də daxil olmaqla, xüsusi təəssüb və inadı olmayan bütün İslam alimlərini, hətta şərqşünasları dəvət etmiş, İslam elmlərinin hər birini ayrı-ayrı qruplara tapşırmışıq. Ümidvarıq bu işin nəticəsi İslam elmlərinin formalaşması və yayılması yönündə onlarla cild kitab olacaq, şübhəsiz ki, sizin təcrübələrinizi də təqdir edirik
.
Qum elm hövzəsinin geniş təcrübələri gələcək nəsillər üçün münbit zəmin yaradacağına, indiyədək məzlumluq yaşayan Əhli-beyt (ə) məktəbinin hər kəsə tanıtdırılıb, ümumi təfəkkürdə öz yerini tutacağına ümidvarıq.
Nümayəndəmiz höccətül-İslam Xoşxunun sizin konfransda iştirak etməsinə şadam. Bir daha siz əzizlərə və səbəbkarlara (iştirakçılara) təşəkkürümü bildirir və sizi uca Allaha tapşırıram.
Nasir Məkarim Şirazi
Vəssalamu əleykum və rahmətullahi və bərakətuh.
Yayım tarixi: 06.10.2017

captcha