İslam dünyasının Myanmar cinayətlərinə etinasız qalması ilə bağlı  Ayətullah Məkarim Şirazinin kəskin tənqidi

İslam dünyasının Myanmar cinayətlərinə etinasız qalması ilə bağlı Ayətullah Məkarim Şirazinin kəskin tənqidi


Görəsən, İslam ölkələri fəryad etməli deyilmi, altmış İslam ölkəsinin iştirak etdiyi İslam konfransı üzvləri fövqəladə toplantı təşkil edib bu məzlumlar barəsində bir tədbir görməməlidirmi?‌

Qum şəhəri, Məscidul-Əzəmdə təşkil olunan fiqhin ali mühazirələrinin başlanğıcında Ayətullah Məkarim Şirazi, Myanmarda müsəlmanların vəhşicəsinə qətliamını pisləyərək buyurdu: Əvvəllər Birma adlanan Myanmar ölkəsi, Asiyanın cənub-şərqində yerləşir və orada bir neçə milyon müsəlman yaşayır. Buddistlər müsəlmanları qətliam etmək qərarına gəliblər.
Hər gün onların cinayətlərinin faciəvi vəziyyətdə yeni nümunələrinə şahid oluruq. Eşitdiyimə görə Taliban belə onları məhkum edib.
Ayətullah Məkarim Şirazi dünya və İslam aləminin bu vəhşi cinayətlərə etinasız qalmasını kəskin qınayaraq bildirdi: Görəsən, İslam ölkələri fəryad etməli deyilmi, altmış İslam ölkəsinin iştirak etdiyi İslam konfransı üzvləri fövqəladə toplantı təşkil edib bu məzlumlar barəsində bir tədbir görməməlidirmi?
O, davamında buyurdu: İsrailin burnu qanadığında sakit durmayan Təhlükəsizlik Şurası niyə bu xüsusda susmağı seçir? Sanki İslam qeyrəti tapdalanmır. Təhlükəsizlik Şurasından heç nə gözləniləsi deyil, biz müsəlmanlar öz vəzifəmizə əməl etməliyik.
Ayətullah Məkarim Şirazi belə bir təklif irəli sürdü ki, Myanmar probleminin həllindən ötrü İslam ölkələrinin Xarici İşlər Nazirlikləri briqada yaratsınlar. Onlar 60 İslam ölkəsi nazirlərinin bu məsələ ətrafında müzakirə etdiyini görsələr, bunu nəzərə alarlar və qarşı tərəfin zəif olmadığını görüb müəyyən qərarlar qəbul edə bilərlər. İranın ilk addım atmasında heç bir maneə yoxdur!
O, ünvanlı olaraq bildirdi: Bu halda Təhlükəsizlik Şurası öz ləyaqətini qorumaq üçün müəyyən addımlar ata bilər. Belə durumlarda ciddi davranmaq, fəryad çəkmək, vəhşi və qəddar cinayətkarlar qarşısında duruş sərgiləmək lazımdır. Myanmar müsəlmanlarının əksəriyyəti əhli-sünnədir. Buna rəğmən, biz şiələri necə müdafiə ediriksə, onları da həmin tərzdə müdafiə edirik. Bu da bizim mövcud məsələlərdə ayrı-seçkilik etmədiyimizin göstəricisidir.
Ayətullah Məkarim Şirazi çıxışının başqa hissəsində “Qədir” hadisəsinin məzlumiyyətdən xaric edilməsinin vacibliyini xüsusi vurğulayaraq buyurdu: Sevinc, bayram, get-gəl özü-özlüyündə yaxşıdır və olmalıdır da, amma bütün şiə gəncləri “Qədir” məzmununa daxil etmək gərəkir ki, Qədir hədisinin sənədi mütəvatirdir, məzmunu da Quranın zahiri kimi vazehdir.
O, əlavə etdi: Başqalarını müqəddəslərini təhqir etmədən və ixtilaf amilinə çevrilmədən öz məzhəbimizi müdafiə etməliyik. Bu əsasla, “Qədir-Xum” bayramını daha layiqli keçirməliyik. “Qədir-Xum” bayramı günündə həzrət Məsumə (ə) ziyarətgahından Cəmkəran məscidinə kimi gözəl yürüş keçirilməsi gözlənilir. Mən də söz vermişəm ki, gücüm çatdığı qədər orada iştirak edim.
Yayım tarixi: 09.07.2017

captcha