Ayətullah Məkarim Şirazinin görüşündə Aşura qiyamının təlim və mesajları
İndiki biz “Ey kaş, səninlə birgə olaydıq!” – deyirik, gərək addımımızı Kərbəla şəhidlərinin addımlarının yerinə qoyaq və Kərbəla şəhidlərinin uğruna şəhid olduqları təlim və mesajlarını həyata keçirək.
İmam Hüseyn (ə) aşurasının təlim və mesajlarını təhlilin vacibliyi o qədər əhəmiyyətlidir ki, hətta iddia edə bilərik ki, əgər aşura mədəniyyətinə arxalanıb hərəkət etsək, ölkədə həllini tapmayan bir problem qalmaz, çünki Aşura köhnəlməyən məfhum və anlayışlarla sıx bağlıdır (1).
Aşura mesajları azadlıq, zülümlə mübarizə kimi anlayışlarla sıx bağlıdır və hər keçən gün miqyası daha da artır; Aşura təlimləri İmam Hüseynin (ə) ziyarətnamə və xütbələri şəklində Məkkə, Aşura gecəsi və yol boyunda, İmam Səccad (ə) və həzrət Zeynəbin (s) xütbələri şəklində Kufə və Şamda, İmam Hüseyn (ə) səhabələrinin rəcəz oxuması şəklində döyüş meydanında və s. çox gözə dəyir (2).
Buna əsasən də, Ayətullah Məkarim Şirazinin yüksək ideya və düşüncələrindən bəhrələnərək, “İmam Hüseyn (ə) qiyamının başlıca təlimləri” məzmunlu bu yazı siz oxuculara təqdim edilir.
Əsl dini qeyrət
Heç şühbəsiz, dini qeyrət və islami dəyərləri müdafiə Aşura qiyamının misilsiz təlimlərindəndir. Nümunə üçün, həzrət Əbəlfəzl (ə) sağ qolu kəsildikdən sonra belə buyurdu: “Bir qolumun kəsilməyinə baxmayaraq, yenə də dini müdafiə edəcəyəm!”. Bu cümlə, Kərbəla şəhidlərinin dinin qorunması və müdafiəsi üçün şəhadət şərbətini içməyə hazır olduqlarını göstərir və belə də oldu (3).
Yaxşılığa dəvət və pislikdən çəkindirmək prinsipi
Sözsüz ki, İmam Hüseynin (ə) Aşura qiyamındakı başlıca təlimlərindən biri də, unudulmuş iki vacibin; yaxşılığa dəvət və pislikdən çəkindirmək prinsipinin dirçəldilməsidir (4). Amma təəssüflər olsun ki, məsələnin bu qədər əhəmiyyətli olması ilə yanaşı, bir qrup israr edir ki, cəmiyyətdə bir sıra İslama zidd işlərin icrasına yaşıl işıq yansın deyə, yaxşılığa dəvət və pislikdən çəkindirmək prinsipinə diqqət azalmalıdır (5).
Odur ki, sözügedən mövzuda İmam Hüseynin (ə) kəlamları bizə belə bir mesaj verir ki, əzadarlıq sayəsində yaxşılıqları artırmaq və pislikləri azaltmaq lazımdır. Birmənalı olaraq, hər keçən il əzadarlıqların əzəməti və miqyası artmalıdır (6). Yox, əgər yaxşılıqlar unudulub, pisliklər rəvac tapsa, şübhəsiz, həzrət Seyyidüş-şühədanın (ə) bu yadigar təliminə sahib çıxmayacağıq (7).
Həmçinin, qeyd etmək lazımdır ki, əgər yaxşılığa dəvət və pislikdən çəkindirmək prinsipi cəmiyyət müstəvisində yayılsa, bir çox problemlər öz həllini tapar. Ancaq, düşmənin səyi bu ilahi vacib əməli zorakalıqla yanaşı göstərməkdir. Halbuki, yaxşılığa dəvət və pislikdən çəkindirmək heç bir halda zorakılıq mənasında deyil, əksinə yumşaq dillə, şəfqətlə görülən işdir (8).
Həqiqi məbud uğrunda bəndəlik və candan keçmə prinsipi
İmam Hüseyn (ə) və tərəfdarlarının Aşuranın zöhründə qıldığı camaat namazı bizə bir mesaj verir: ən çətin şəraitdə belə namazı tərk etməməliyik (9).
Bu minvalla, camaat namazı ilk vaxtında qəlb hazırlığı ilə qılınsa, cəmiyyətin bir çox ictimai-mədəni problemləri öz həllini tapar (10).
Bu üzdən qeyd etmək lazımdır ki, bu tarixi və bənzəri olmayan namaz namazın ruhunu dirçəltdi və məfhumunu haqq yolu yolçuları üçün aşkar elədi, bəndəliyin həqiqi mənası və məbud yolundakı paklığı nişan verdi. Dünyapərəstlər və zinət qullarının xəyali məbudlarının və şeytani bütlərin üzərindən qırmızı xətt çəkdi. Bu gün şəhərlərin uca minbərlərindən təkbir və azan səslərinin gəlməsi həmin namaz və azanın bərəkəti sayəsindədir.
Bu illərdə Aşura gününün zöhründə hər yerdə əzadarlıq edən qrupların olması, dayanıb namaz qılması necə də gözəldir! (11).
Həzrət Əli Əsğərin (ə) şəhid olması – Əba Əbdillah Hüseynin (ə) məzlumluq mesajı
Aşura qiyamındakı bütün dəyərli təlimlərin izah edilməsi bu məqamı ortaya qoyur ki, Aşuranın mesajlarının hamısı eşidiləsi mesajlardır, amma südəmər körpənin şəhadəti onların hamısından daha eşidiləsi və daha ibrətlidir (12).
Birinci mesaj bundan ibarətdir ki, haqqın düşmənləri ilə mübarizə aparmaqda heç kəs istisna deyil. Südəmər döyüşçülər cavanlar və yaşlılarla çiyin-çiyinə verərək meydana gəlir və öz növbəsində şəhidlər cərgəsində yer tuturlar.
Aydın məsələdir ki, hər bir döyüşçünün silahı vardır. Biri, ox, niz və qılınca, digəri nazık boğaz və neçə damla pak qana malikdir və bu, məzlumluğun ən aşkar dəlilidir. Həmin qan həm asimana, həm də yerə səpildi və hər ikisi onunla yenidən əzəmət qazandı (13).
Digər mesaj zalım düşmənlərin daşqəlblilik və cinayəti kuliminasiya nöqtəsinə çatdırması və hətta Zəhranın (ə) körpə südəmər nəvəsinə atasının qucağında rəhm etməməsindən ibarətdir (14).
Sonuncu mesaj budur ki, Allah yolunda bütün ağrı-açılar, çətinlik və müsibətlərə dözmək asandır, ona görə ki, aləm onun hüzurundadır və hər şey dərgahında baş verir (15).
Müxtəlif cəhətlərdən İmam Hüseyn (ə) məzlumiyyətinin təsviri
Belə bir təsvirdən sonra qeyd etmək lazımdır ki, İmam Hüseynin (ə) məzlumiyyəti bir cəhətli deyildi; İmam Hüseyni (ə) dəvət edib sonra vəfasızlıq etmək, qonağı öldürmək, onu, tərəfdarlarını, ailəsini susuz qoymaq, 72 nəfərin qarşısına otuz min nəfərlik təchiz olunmuş bir ordu çıxartmaq, südəmər körpəni qətlə yetirmək, qadın və uşaqlara hücum etmək, xeymələri odlamaq, şəhidlərin bədənləri üzərində at çapdırmaq, başlarını kəsib nizələrə taxmaq, cəsədlərinin dəfninə mane olmaq, Peyğəmbər (s) ailəsinin qadın və uşaqlarını əsir götürmək, onları müxtəlif şəhərlərdə əli-qolu bağlı gəzdirmək və bir sıra digər zülmə məruz qalmalar. Bütün bunların hamısı Kərbəla hadisəsini bənzər hadisələrdən fərqləndirən cəhətlərdir (16).
Müqavimət prinsipi
İmam Hüseynin (ə) son sözləri üzərində hər keçən gün düşünub-daşınmaq zərurəti bu əzəmətli fədakarlıq rəhbərinin sonuncu sözləri onun aram bir nəfsdən yararlandığını və ölümün bir neçə addımlığında olmasına baxmayaraq, ona əhimiyyət vermədiyini, sevdikləri və yaxınlarının şəhadətinin – bəzi hisslər, duyğulu anlar istisna olmaqla – üstün düşüncə və ruhiyyəsində dəyişiklik etmədiyini, əksinə səbrini artırdığını və daima məhbubu ilə görüşmək şövqünün atəşini qəlbində daha da alovlandırdığını yaxşı şəkildə bəyan edir (17).
O, bu həssas anlarda yalnız oğlu İmam Səccadı (ə) Kərbəlada əkdiyi və yaxınlarının qanı ilə suvardığı köklü fidanı yetişdirmək kimi böyük məsuliyyəti qəbul etməyə hazırlayırdı. Ona sonuncu vəsiyyətlərini edir, bacıları və qızlarına ona itaət etməyi tapşırırdı (18).
İmam (ə) şiələri və tərəfdarlarını bu böhranlı anlarda belə unutmur və öz məzlumiyyəti ilə bağlı mesajı bircə övladı vasitəsi ilə onlara çatdırır ki, yola davam etmələri üçün hansı metoddan istifadə edəcəklərini bilsinlər (19).
İzzətli olmaq və sazişə getməmək prinsipi
Qeyd etmək lazımdır ki, Kərbəla əsirlərinin rəftarlarının öyrənilməsi üzrə dərin araşdırılması Aşuranın ən mühüm dərs və mesajları kimi diqqət mərkəzindədir. Nümunə üçün: Həzrət Zeynəb (s) Şam şəhərində, Yezidin müqabilində durduğu zaman “Mənə yaraşmaz ki, səninlə söhbət edim, mən səni dəyərsiz və aciz sanıram!” – deyir. Əsir olmağına rəğmən belə şücaətli söz demək, bizə bir dərsdir ki, heç bir şəraitdə düşmənə təslim olmamalı, öz prinsiplərimizdən əl çəkməməli və zillətə boyun əyməməliyik (20).
Son söz
İndiki biz “Ey kaş, səninlə birgə olaydıq!” – deyirik, gərək addımımızı Kərbəla şəhidlərinin addımlarının yerinə qoyaq və Kərbəla şəhidlərinin uğruna şəhid olduqları təlim və mesajlarını həyata keçirək. (21).
Həmçinin, İmam Hüseyn (ə) məktəbinin ardıcılları, aşiqləri o vaxt eşq və həqiqi ardıcıllıq iddiası edə bilərlər ki, öz zamanındakı mövcud fəsadlar barədə düşünüb, onlarla bacardıqları qədər mübarizə aparsmış olsunlar. Sözsüz ki, o çoxsaylı əzadar kütləsi fəsadın aradan qaldırılması və cəmiyyətin islahı yolunda məntiqli, dəqiq və tədbirli davrandıqları zaman müvəffəq olacaqlar. (22).
Nəticə etibarı ilə, məhərrəm ayında keçirilən əzadarlıq mərasimlərində Aşura mesajlarına da diqqət etməliyik. Əzadarlıq nə qədər gözəl və gərəkli olsa da, onun kənarında bu böyük tarixi hadisəni gerçəkləşdirən mesajlara da diqqət etməliyik (23).
Araşdırma, hazırlanma və tərtibat: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1- Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Hüseyn (ə) aşurasında iştirak edən əzadarlar arasında, “İmam Xomeyni” şəbistanı, həzrət Fatimə Məsumənin (s) hərəmi, 05/11/2014
2- Yenə orada
3- Yenə orada
4- “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 38
5- Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Hüseyn (ə) aşurasında iştirak edən əzadarlar arasında, “İmam Xomeyni” şəbistanı, həzrət Fatimə Məsumənin (s) hərəmi, 05/11/2014
6- “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 44
7- Yenə orada
8- Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Hüseyn (ə) aşurasında iştirak edən əzadarlar arasında, “İmam Xomeyni” şəbistanı, həzrət Fatimə Məsumənin (s) hərəmi, 05/11/2014
9- Yenə orada
10- Yenə orada
11- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 473
12- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 500
13- Yenə orada
14- Yenə orada
15- Yenə orada
16- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 33
17- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 505
18- Yenə orada
19- Yenə orada
20- Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Hüseyn (ə) aşurasında iştirak edən əzadarlar arasında, “İmam Xomeyni” şəbistanı, həzrət Fatimə Məsumənin (s) hərəmi, 05/11/2014
21- Yenə orada
22- “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 33
23- Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Hüseyn (ə) aşurasında iştirak edən əzadarlar arasında, “İmam Xomeyni” şəbistanı, həzrət Fatimə Məsumənin (s) hərəmi, 05/11/2014