Bəhreynin böhranlı vəziyyəti barədə Ayətullah Məkarim Şirazinin bəyənatı
Ağıl və dərrakə sarıdan kasad olan Bəhreyn hakim dairəsi özlərini təhlükəli bataqlığa salıblar və hər keçən gün daha da batırlar.
Bağışlayan və mehriban Allahın adı ilə
Bəhreyn rejimi Səudiyyə Ərəbistanının – hansı ki Suriya, İraq və Yəməndə sınıq gəmi kimi nakam qalıblar, hal-hazırda da batmaq təhlükəsi ilə üz-üzədirlər – dəstəyi ilə çox təhlükəli işlərə əl atırlar, o cümlədən onlarla məscid və hüseyniyyəni viran qoymuş, şiə böyüklərini və sıravi şəxslərindən ibarət bir çox qrupu həbs etmiş, camaat namazını qadağan etmiş və digər xoşagəlməz işlərə əl atmışlar. Sonra da Bəhreynin böyük alimi Şeyx İsa Qasimin vətəndaşlıqdan çıxarılmasına əl atıblar. Bəlkə də bu iş Bəhreyn rejiminin hakimiyyətinə son qoydu.
Bir ölkə vətəndaşını vətəndaşlıqdan çıxarmaq qeyri-humanist və şeytani bir işdir. Bir şəxsin ki, özü və ata-babaları o ölkədə yaşayıb, orada haqları var, həmin haqqı kimsə onlardan ala bilməz. Əgər kimisə vətəndaşlıqdan çıxarmaq zərurəti varsa, ilk növbədə Ali-Xəlifədən başlamaq lazımdır, çünki onların əcdadı Səudiyyə Ərəbistanı və Nəcdəndir. Halbuki, Şeyx İsa Qasim və əcdadları bəhreynlidir.
İndiyə kimi şiələr dinc yolla piketlər keçirərək deyirlər ki, əgər haqlarımız bizə qaytarılsa, əhli-sünnə qardaşlarla – onlar düşmənçilik etmədiyi müddət boyunca – sülh şəraitində yaşaya bilərlər. Ağıl və dərrakə sarıdan kasad olan Bəhreyn krallığı – hakim dairəsi özlərini təhlükəli bataqlığa salıblar və hər keçən gün daha da batırlar.
Onlar başa düşməlidirlər ki, şiə mərcə təqlidləri – müctehidləri belə işlər qarşısında əsla dözüm göstərməyəcəklər.
“ان ربك لبالمرصاد”
“Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.” (“Fəcr” surəsi, ayə 14)
Nasir Məkarim
Yayım tarixi: 22.06.2016