Şərif Hərəmlərlə bağlı məsələlər bir gün tamamilə həll olmalıdır.

Şərif Hərəmlərlə bağlı məsələlər bir gün tamamilə həll olmalıdır.


Səudiyyəlilərin həcc əməlindəki təxribatı heç kəsə gizli deyil.‌

Şərif Hərəmlərlə bağlı məsələlər bir gün tamamilə həll olmalıdır.
Səudiyyəlilərin həcc əməlindəki təxribatı heç kəsə gizli deyil. Bizim səyimiz, digər azad müsəlmanlar kimi həcc mərasimini tam asayiş, lazımi izzət və ehtiramla yerinə yetirmək üçündür. Göstərici şahidlərə əsasən, Səudiyyə Ərəbistanının səyi – bizlə olan ixtilafından dolayı – hacılarımızın izzət və ehtiramını azaltmaqdan yanadır. Bir halda ki, onların böyük səhvlərindən biri həccə dair məsələləri siyasi məsələlərə qatmalarıdır. Dövlətimizin yalnız izzətli və dinc həccə razı olacağı aydın məsələdir.
Təcrübələr göstərdi ki, onlar təkbaşına bu əzəmətli vacibi lazımınca idarə edə bilmədilər, ötən il Məscidul-Həramda, sonra da Minada baş verən acı hadisələr buna ən bariz sübutdur.
Mənim sözügedən məsələ ilə bağlı bir layihəm var, onu tamamladıqdan sonra Misrin “əl-Əhzər” alimlərinə və İslam dünyasının görkəmli şəxsiyyətlərinə göndərəcəm. Ardınca onları dəvət edəcəm ki, bir konfransda layihənin təkmilləşdirilməsi və onun icra mexanizmi barədə müzakirə aparsınlar. Həmçinin, layihənin qəbulu üçün Səudiyyə Ərəbistanına təzyiq göstərsinlər.
Heç şübhəsiz, bu layihə onların da xeyrinə olacaq və ölkədaxili hakimiyyətləri ilə heç bir ziddiyyəti yoxdur. Quran tam şəffaflıqla buyurur: “Yaxın və uzaqlığından asılı olmayaraq, hər bir müsəlman Məscidul-Həramda bərabərdirlər” (سَوَاءً الْعَاكِفُ فِيهِ وَالْبَادِ).
Bu layihənin bir gün həyata keçəcəyinə əminik və o günün yaxın olduğuna ümidvarıq. Ona görə ki, səudiyyəlilərin iki müqəddəs hərəmə qarşı nümayiş etdirdikləri mövcud durumları və özlərini oranın əsl sahibi bilmələri heç kəs üçün məqbul deyil. İslam dünyasının mütəfəkkirlərini də məlum layihənin təkmilləşidirilməsində iştirak etməyə çağırırıq, əgər bu xüsusda nəzərləri varsa bizə göndərsinlər.
Hidayətə tabe olanlara salam olsun!
Nasir Məkarim
27.04.2016

captcha