İraqda meydana gələn ixtilaf və qarşıdurmalar ağrıdıcıdır/ İraq rəsmiləri və siyasətçilərinə tövsiyə

İraqda meydana gələn ixtilaf və qarşıdurmalar ağrıdıcıdır/ İraq rəsmiləri və siyasətçilərinə tövsiyə


İraqlılar yekdilliklə birləşib düşməni ölkələrindən qovsunlar! Mərcəiyyət sərhəd tanımır, hər kəsə aiddir və biz həm sizin, həm də İslam dünyasının xeyrini istəyirik.‌

İraqda meydana gələn ixtilaf və qarşıdurmalar ağrıdıcıdır/ İraq rəsmiləri və siyasətçilərinə tövsiyə
İraqlılar yekdilliklə birləşib düşməni ölkələrindən qovsunlar! Mərcəiyyət sərhəd tanımır, hər kəsə aiddir və biz həm sizin, həm də İslam dünyasının xeyrini istəyirik.
Ayətullah Məkarim Şirazi Qum şəhərinin “Məscidul-Əzəm”ində təşkil olunan özünün fiqhin ali mühazirələrində rəcəbin 13-ü möminlərin əmiri həzrət Əli ibn Əbutalibin mövludunun ildönümü münasibətilə təbrik dedikdən sonra İraq rəsmiləri və siyasətçiləri arasında yaranan acı ixtilafı təsvir edərək buyurdu: Bir tərəfdən prezident və baş nazir, bir tərəfdən onların milli məclisi, digər bir tərəfdən cəmiyyətin bir hissəsi aksiya və mitinq təşkil edib məclis və dövləti tətil ediblər – istefaya göndəriblər.
O, İraqın rəsmiləri, siyasətçiləri və xalqına səslənərək buyurdu: İŞİD-in mühüm əraziləri, o cümlədən Mosulu nəzarət altına aldığı və bütün bu cinayət və təxribatları törətdiyi bir vaxtda, həmçinin düşmənin evinizə girdiyi bir şəraitdə gec mübarizə aparsanız, Bağdada kimi gəlmələri mümkündür. Niyə bu qədər qarşıdurma və ixtilaf yaradırsınız?
Ayətullah Məkarim Şirazi xatırlatdı: Belə bir şəraitdə bu cür ixtilafların heç bir faydası yoxdur və hər kəs buna görə məsuliyyət daşıyır. Bütün iraqlılar yekdil olub düşmənləri ölkələrindən qovmalıdır.
O, əlavə etdi: Bu ixtilafın kökü nədir, (Allah eləməmiş) güc, dünya mənfəəti, yoxsa başqa məsələlər? Mümkündür, bəziləri desin: “Bunlar İraqın daxili məsələləridir, kimsə bu işlərə müdaxilə etməməlidir!”. Halbuki, bizə görə mərcəiyyət sərhəd tanımır və hər kəsə aiddir. Biz sizin və İslam dünyasının xeyrini istəyirik.
Ayətullah Məkarim Şirazi əlavə etdi: Ümidvaram, möhtərəm qardaşlar və İraq hökuməti rəsmiləri, baş nazirdən tutmuş nazirlər, məclis üzvləri, aksiya iştirakçıları bir anlıq oturub düşünsünlər; hansı zamanda, şəraitdə və vəziyyətdə olduqlarını nəzərə alsınlar. Əgər İŞİD hakimiyyəti ələ keçirsə, Səddamdan qat-qat pis olacaq.
Səddam sizin əzizləriniz, böyüklərinizlə necə rəftar etdi, əgər bunlar iş başına gəlsə, ondan da pis vəziyyət olacaq. Hər kəsin məsuliyyəti anlayacağına, düşmənin hədəfinə çatmasına mane olacaqlarına ümidvarıq.
Ayətullah Məkarim Şirazi xatırlatdı: Əlbəttə, sərhəddən kənarda bəzi ölkələr və hökumətlər, o cümlədən Ərəbistan, Amerika, sionist rejim ixtilafı alovlandırır ki, bu İslam ölkəsini qarışdırsınlar, siyasi güclərini azaltsınlar, İŞİD də onlara hakim olsun və bu, gün kimi aydındır.
Yayım tarixi: 20/04/2016

 

captcha