Təkfirçiliyin kökünü kəsmək İslam dünyası mütəxəssislərinin ciddi əzminə bağlıdır.

Təkfirçiliyin kökünü kəsmək İslam dünyası mütəxəssislərinin ciddi əzminə bağlıdır.


Bəzi qərb ölkələri mənəfəətlərini terrorist qrupları himayədə görürdüklərini dilə gətirirlər.‌

Təkfirçiliyin kökünü kəsmək İslam dünyası mütəxəssislərinin ciddi əzminə bağlıdır.


Bəzi qərb ölkələri mənəfəətlərini terrorist qrupları himayədə görürdüklərini dilə gətirirlər.
Qərb mediyasının İran və İran inqilabı barədə yayımladıqları verilişlər siz qərblilərin müşahidə etdiklərindən fərqlidir. İranı anti-İslam və anti-İran mediyalarla tanımaq, dəyərləndirmək olmaz.

Ayətullah Məkarim Şirazi bir qrup fransız tədqiqatçısı ilə görüşündə İslamın sevgi və dostluq dini olduğunu bəyan etməklə yanaşı, bunları bildirdi: Allah-taala Qurani-kərimdə müsəlman və qeyri-müsəlmanların münasibətlərinə aydınlıq gətirib.
O davamında buyurdu: Məhəmməd ibn Əbdülvəhhab 200 il bundan qabaq yeni bir məktəb yaratdı, hansı ki, kökü zorakılıq idi və bəzi qeyri-islami ölkələr sözügüdən məktəbdən yararlanmaqla, müsəlmanlar arasında qarşıdurma yaradacaqlarını düşündükləri üçün həmin məktəbi dəstəklədilər.

Ayətullah Məkarim Şirazi vəhhabilərin İslam təlimlərinə biganə olduqlarını, şəffaf İslam dininin də bu qrupu inkar etdiyini dilə gətirərək, sözünə aydınlıq gətirdi: Bu gün təkfirçilərin dünyanı təhlükəyə atdıqlarına şahid oluruq, bəzi qeyri-islami dövlətlər bu qruplardan istifadə etməklə, yalnız İslam ölkələrində asayişi pozacaqlarını güman etdilər. Ancaq, gördülər bu belə deyil, təhlükə Avropa və Amerikaya da sıçrayıb və gələcəkdə də təhlükənin artacağı gözlənilir.
O, bəzi Avropa və Amerika vətəndaşlarının İŞİD-ə qoşulmasına da işarə edərək buyurdu: Görəsən, Avropa rəsmiləri bilirmi ki, bu şəxslər öz ölkələrinə qayıtdıqdan sonra nələr baş verəcək?
Məkarim Şirazi cənabları İranın müqəddəs Qum şəhərində təşkil olunan “Təkfirçi cərəyanların təhlükəsi” adlı konfransa da işarə edərək bildirdi: Avropalı alim və elm adamlarının avropalı gənclərin maarifçiliyində aparıcı rol oynadığına inanırıq. Dünyada ciddi iradə formalaşmadıqca, bu təkfirçi problemi öz həllini tapmayacaq.

Ayətullah Məkarim Şirazi heç bir təkfirçini müsəlman saymadıqlarını bildirərək belə dedi: Çox təəssüf edirik ki, müsəlman olmayanların rəftarı avropada ani-İslam dalğasını gücləndirmişdir. Bəzi qərbli siyasətçilərin bu qruplaşmanı öz mənfəət vasitəsi bilməsi və ölkələrinin manafeyini unudub onları dəstəkləməsi təəssüf doğurur.
O, söhbətinin digər yerində qərb mediyalarında yayımlanan İran və İran inqilabı obrazının həqiqətdən kənar olduğuna toxunaraq buyurdu: Bir bizim İranımız var, hansı ki, orada baş verənləri şəffaf şəkildə müşahidə edirsiniz, bir də mediyada yayımlanan İran. Siz İrana qarşı əks dalğanın neytrallaşdırılmasında önəmli rol oynaya bilərsiniz.
Yayım tarixi: 07.04.2016

captcha