Yəmən təcavüzkarların hücumu qarşısında qələbə çalacaq

Yəmən təcavüzkarların hücumu qarşısında qələbə çalacaq


Yəmən xalqının zülmə məruz qalması və Səud sülaləsinin bu günahsız xalqa zülmü dünyaya məlum olduğu halda, neftdən gələn dollarlar siyasi hakimləri və Beynəlxalq Təşkilatları öz təsiri altına salmışdır.‌

Yəmən xalqının zülmə məruz qalması və Səud sülaləsinin bu günahsız xalqa zülmü dünyaya məlum olduğu halda, neftdən gələn dollarlar siyasi hakimləri və Beynəlxalq Təşkilatları öz təsiri altına salmışdır.
Ayətullah Məkarim Şirazi, Yəmən alimləri birliyinin sədri Seyid Şəmsəddin Şərəfuddin və digər Yəmən təşkilatlarının sədrləri ilə görüşündə, bu görüşdən məmnunluq hissi keçirdiyini bildirərək, alimlər heyətinin İrana səfərinin Yəmən xalqı və yəmənli qardaşlar üçün səmərəli olacağından dolayı ümidvarlığını dilə gətirdi.

Digər tərəfdən, o, Səud sülaləsinin günahsız Yəmən xalqına amansız təcavüzünə işarə etdi və xatırlatdı: Düşmənə qələbə çalmanız üçün biz sizlərə gecə-gündüz dua edirik, əmin olun ki, müqavimətinizin nəticəsi zəfər olacaq. Son vaxtlarda təkfirçi düşmən Suriya və İraqda ardıcıl məğlubiyyətlərə uğradı. Allahın izni ilə, Yəməndə də oxşar nəticələrə şahid olacağıq.
Ayətullah Məkarim Şirazi möminlərin zəfərinin ilahi sünnə olduğunu, Yəmən xalqının Səud təcavüzkarlarının hücumu qarşısında müqavimətinin sonda zəfər qazanacağını xüsusi vurğulayaraq, aydınlıq gətirdi: Yəmən xalqının zülmə məruz qalması və Səud sülaləsinin bu günahsız xalqa zülmü dünyaya məlum olduğu halda, neftdən gələn dollarlar siyasi hakimləri və Beynəlxalq Təşkilatları öz təsiri altına salmışdır.

Görüşdə Ayətullah Məkarim Şirazi “Ekstremist və təkfirçi cərəyanlar təhlükəsi ilə mübarizə” konfransının növbəti təşkilinə az bir zaman qaldığına işarə edərək, Səud sülaləsinin Yəməndəki cinayət və təcavüzkarlıqlarının da konfrans proqramında yer alacağına və Yəmən alimlərinin sözügedən konfransda fəal iştirakına şahid olacağına ümidvarlığını bildirdi.
Görüşün sonunda o, Yəmən alimləri heyətindən onun salam-dualarını Yəmənin sarsılmaz və fədakar xalqına çatdırmasını istədi.
Yayım tarixi: 10/01/2015

captcha