Süriyanın baş müftisi Şeyx Həssunun Ayətullah Məkarim Şirazi ilə görüşü

Süriyanın baş müftisi Şeyx Həssunun Ayətullah Məkarim Şirazi ilə görüşü


Ayətullah Məkarim Şirazi təkfirçiliyin İslam dünyası üçün təhlükəsinə işarə edərək, bu təhlükənin tam kənarlaşdırılmasında yeganə çıxış yolunun intellektual və mədəni mübarizə aparmaq olduğunu xüsusi vurğuladı. Bu istiqamətdə KİV-lərin aparıcı rol oynaması labüddür.‌

Süriyanın baş müftisi Şeyx Həssunun Ayətullah Məkarim Şirazi ilə görüşü
Ayətullah Məkarim Şirazi təkfirçiliyin İslam dünyası üçün təhlükəsinə işarə edərək, bu təhlükənin tam kənarlaşdırılmasında yeganə çıxış yolunun intellektual və mədəni mübarizə aparmaq olduğunu xüsusi vurğuladı. Bu istiqamətdə KİV-lərin aparıcı rol oynaması labüddür.
Ayətullah Məkarim Şirazi, Suriyanın baş müftisi Şeyx Həssun və nümayəndə heyəti ilə görüşündə, bu görüşdən məmnunluğunu dilə gətirərək, təkfirçi qruplaşmaları və onların himayədarlarının məhvi ilə Suriya xalqını gözəl və parlaq gələcək gözlədiyinə ümidvar olduğunu bildirdi.

O, təkfirçiliyin İslam dünyası üçün təhlükəsinə işarə edərək, bu təhlükənin tam kənarlaşdırılmasında yeganə çıxış yolunun intellektual və mədəni mübarizə aparmaq olduğunu xüsusi vurğuladı. Bu istiqamətdə KİV-lərin aparıcı rol oynaması labüddür. O, həmin xüsusda, təkfirçi etiqadlarının tənqidi istiqamətində televiziya kanalının yaradılmasını vacib bildi və birgə həmkarlığa söz verdi.
Görüşdə Ayətullah Məkarim Şirazi Suriyanın müharibə və böhran zonalarının, o cümlədən düşmən mühasirəsində olan, şiələrin məskunlaşdığı dörd bölgənin vəziyyətindən soruşdu ki, Şeyx Həssun cavabında mübariz Suriya ordusunun köməyi ilə qarşıdakı həftələrdə sözügedən bölgələrin tamamilə azad olunacağına ümidvar olduğunu bildirdi. O, həmin bölgələrin əhalisinin yüksək ruhiyyəsini alqışlayaraq, dedi: Bu şəhərlərin əhalisi üç ildən artıqdır ki, düşmən mühasirəsində olsa da, təslim olmaq, yaxud bu bölgələri tərk etmək fikrində deyillər.
Digər tərəfdən Suriyanın baş müftisi bu görüşdə, ötən il Ayətullah Məkarim Şirazinin rəhbərliyi ilə “Təkfirçi cərəyanların təhlükəsi” adlı konfransın təşkilini təqdirəlayiq saydı və dedi: Bu gün Quma gəlməyimə səbəb, sizin İslam dünyasına töhfə və xidmətləriniz, xüsusilə təkfirçi cərəyanlarla mübarizənizdir.
O, Ayətullah Məkarim Şirazidən Suriya dövləti və xalqı üçün həmişə dua etməsini dilədi. Görüşün sonunda suriyalı qonaqlara Məkarim Şirazi cənabları tərəfindən hədiyyələr təqdim olundu.
Yayım tarixi: 30/12/2015

Şiə təriqətinə qarşı atılan son zidd addımlarla bağlı Ayətullah Məkarim Şirazinin “əl-Əzhər” Şeyxi və bu elm mərkəzinin möhtərəm dini alimlərinə açıq məktubu

 

captcha