İslam dünyası Nigeriya müsəlmanlarının dərdinə şərik olmaq üçün ümumi matəm elan etsin/ İslam konfransı təşkilatı fövqəladə iclas keçirsin

İslam dünyası Nigeriya müsəlmanlarının dərdinə şərik olmaq üçün ümumi matəm elan etsin/ İslam konfransı təşkilatı fövqəladə iclas keçirsin


Paris hadisəsinə ciddi reaksiya göstərən dünya ictimaiyyəti bu cinayətə görə hansı reaksiya nümayiş etdirib və ya etdirməkdədi?‌

İslam dünyası Nigeriya müsəlmanlarının dərdinə şərik olmaq üçün ümumi matəm elan etsin/ İslam konfransı təşkilatı fövqəladə iclas keçirsin
Paris hadisəsinə ciddi reaksiya göstərən dünya ictimaiyyəti bu cinayətə görə hansı reaksiya nümayiş etdirib və ya etdirməkdədi? Sözsüz, harada baş verməsindən asılı olmayaraq, günahsızların qətli yolverilməzdir. Görəsən, avropalıların qanı müsəlmanların qanından daha qiymətlidirmi?!


Ayətullah Məkarim Şirazi Qum şəhərinin “Məscidul-Əzəm”ində keçirilən fiqhin ali mühazirəsinin başlanğıcında acı cinayətə, Nigeriyada şiələrin qətliamına işarə etdi. O, sözügedən hadisəni sərt tənqidi sırasında buyurdu:
Müsəlmanların qətliam hadisəsində Nigeriya ordusu tam qüvvəsi ilə camaata silahlı hücum etdi, hansı ki, onların nə silahı vardı, nə də kiməsə hücum etmişdilər...  


O aydınlıq gətirdi: Onların bir təqsiri vardı; “Ərbəin” günü bir neçə milyon Əhli-beyt (ə) aşiqi şəhidlər sərvəri İmam Hüseynin (ə) matəminə xatir dinc nümayiş keçirmişdi.
Ayətullah Məkarim Şirazi açıqlamasında dedi: Dini ayini yerinə yetirmək məgər, günahsız insanlara atəş açılmasına, yaxud ölkənin şiə lideri əllamə Zəkzakini yaralayaraq, zindana salıb yaxınlarını da şəhid etməyə səbəb olur?! Halbuki, keçən il onun üç övladını eyni vaxtda şəhid etmişdilər.


O, İslam dünyası Nigeriya müsəlmanlarının dərdinə şərik olmaq üçün ümumi matəm elan edilməsi və İslam konfransı təşkilatının fövqəladə iclas keçirməsinə təkid edərək, buyurdu:
İslam konfransı bu vacib mövzuda iclas keçirməli, Nigeriya dövlətindən açıqlama tələb etməli deyilmi?
Ayətullah Məkarim Şirazi bunu da xatırlatdı: Nigeriya şiələrinin lideri tez bir zamanda sərbəst buraxılmalı, bu böyük cinayətin səbəbləri araşdırılmalı, cinayətkarlar mühakimə edilməli və cəzasına çatmalıdır.


O, həmçinin insan haqqları iddiası edən “ikili standart” siyasəti və beynəlxalq təşkilatları tənqid edərək, birbaşa açıqladı:
Paris hadisəsinə ciddi reaksiya göstərən dünya ictimaiyyəti bu cinayətə görə hansı reaksiya nümayiş etdirib və ya etdirməkdədi? Sözsüz, harada baş verməsindən asılı olmayaraq, günahsızların qətli yolverilməzdir. Görəsən, avropalıların qanı müsəlmanların qanından daha qiymətlidirmi?!
O bunu da xatırlatdı: Nigeriya xalqının əsil düşməni ölkələrini sevən, sakit şiələr yox, əlinə müxtəlif silahlar alıb, çoxlu cinayət törədən Boko Haramdır.
Ayətullah Məkarim Şirazi sonda buyurdu: Günahsızların qanı və ahı aşkarda-gizlində cinayətkarları tutacağına əminik!
Yayım tarixi: 16/12/2015

 

captcha