Ayətullah Məkariş Şirazinin rəsmi ofisi tərəfindən yayımlandı:
Ayətullah Məkarim Şirazinin Azərbaycan respublikasında baş vermiş narahatedici hadisələrlə bağlı çıxışı
Biz öz dini vəzifəmizə uyğun olaraq, İslam ölkəsi olan Azərbaycanın dövlət xadimlərinə xatırladırıq ki, xalqın dini hiss və emosiyalarına hörmətlə yanaşsınlar və onların dini hüquqlarını pozmasınlar.
Bağışlayan və mehriban Allahın adı ilə
Son günlər müsəlman və qonşu ölkənin, yəni Azərbaycan respublikasının bir qrup vətəndaşı və polisi arasında yaranan insidentlə bağlı xoşagəlməz xəbərlər aldıq. Xəbərdə bir neçə Əhli-beyt ardıcılının öldürüldüyü, bir neçəsinin yaralandığı və bir qrupun da həbs olunduğu qeyd edilir.
Mən həmişə görüşlərdə, həmçinin öz mesajlarımda Azərbaycanın dini və dövlət orqanlarına təkidlə bildirmişəm ki, İslam ölkələrinin, xüsusilə qonşuların sabitliyi, təhlükəsizliyi və rifahı bizim arzumuzdur və öz növbəmizdə bu istiqamətdə heç bir səyimizi əsirgəmirik.
Odur ki, biz öz dini vəzifəmiz əsasında, bəzən İslam ölkəsi olan Azərbaycanın dövlət xadimlərinə xatırladırıq ki, xalqın dini hiss və emosiyalarına hörmətlə yanaşsınlar və onların dini hüquqlarını tapdalamasınlar, çünki (hicab, namaz, məhərrəmlikdə əzadarlıq və s. kimi) dini ayin və fəaliyyətlərə sanksiya tətbiqi kütləvi xalq etirazına və bəzən qeyri-sabitliyə, yaxud da qarşıdurmaya gətirib çıxarar.
Digər tərəfdən Azərbaycan respublikasının dindar və vətənpərvər xalqından istəyimiz budur ki, öz məntiqi və dini tələblərini mümkün qədər qanuni və sivil yollarla həll etsinlər və düşmən əlinə bəhanə verməsinlər.
Hazırda region ölkələri təkfirçi qruplaşmaların və dünya sionizminin təhlükəsi ilə üz-üzədir, bütün güclər bu təhdidlərə sinə gərməyə səfərbər edilməlidir. Son vaxtlar ABŞ-ın prezidentliyə namizədinin müsəlmanlara qarşı hansı təhlükəli açıqlamalar verdiyini və istisnasız bütün müsəlmanları Amerika üçün təhlükə saydığını duymadıqmı? O, “Orta əsrlər” şüarları verməkdədir.
Artıq oyanmağımızın, real təhdidləri tanımağımızın, müttəfiq olmağımızın və gücümüzü buna sərf etməyimizin vaxtı gəlib çatmayıbmı?
Bir daha Azərbaycan respublikasının möhtərəm xalqına nailiyyət, dünya və axirət səadəti diləyirəm.
Vəssallamu əleykum və rəhmətullahi və bərəkatuh!
Yayım tarixi: 13/12/2015