Ayətullah Məkarim Şirazinin görüşündə terrorizm bəlasından – krizisindən çıxış yolları

Ayətullah Məkarim Şirazinin görüşündə terrorizm bəlasından – krizisindən çıxış yolları


Müharibə alovu İslam ölkələri ilə məhdudlaşmayacaq. Qloballaşan müasir dünyamızın bir yeri əmin-amanlıq, digər yerləri isə təhlükəli ola bilməz. Parisdə baş verən terror hadisəsi və cinayətlərinin ardınca bütün avropa dəhşət içərisindədir, əlbəttə onun qığılcımı digər bölgələrə və Avropadan kənara də sıçrayacaq.‌

Ayətullah Məkarim Şirazinin görüşündə terrorizm bəlasından – krizisindən çıxış yolları
Müharibə alovu İslam ölkələri ilə məhdudlaşmayacaq. Qloballaşan müasir dünyamızın bir yeri əmin-amanlıq, digər yerləri isə təhlükəli ola bilməz. Parisdə baş verən terror hadisəsi və cinayətlərinin ardınca bütün avropa dəhşət içərisindədir, əlbəttə onun qığılcımı digər bölgələrə və Avropadan kənara də sıçrayacaq.

Terrorizm anlayışı bizim müasir dövrümüzdə böyük bir münaqişə obyekti sayılır (1). Bügünkü terroristlər heç bir sübut olmadan bəşər ictimaiyyətini təhdid edirlər, hətta sadə insanlara, dinc əhaliyə belə hücum etdiklərinin şahidi oluruq (2).
Müddəa qaldırılmalıdır ki, terrorizmin dünya təhlükəsizliyinə qarşı beynəlxalq hədələrindən əlavə, terrorizm böhranı öz xarakterində müsəlmanlar üçün problemlər, xoşagəlməzliklər yaratmışdır (3). Odur ki, İslam düşmənləri bir maneə kimi İslamı öz yollarından qaldırmaq üçün bəhanə güdürlər (4). Buna görə də günümüzdə ən önəmli və ən yaxşı sujet xətti terrorizm mövzusunu qabartmaqdır. Əfsuslar olsun ki, vəhhabilər və təəssübkeş, İslama laqeyd ekstremist terrorist qruplar onlara bəhanə verməkdədir (5).
Bu izahla Ayətullah əl-üzma Məkarim Şirazinin yüksək ideya və düşüncələrindən istifadə edərək, hər şeydən öncə ekstremist qrupların ifrat və qəddarlıqlarına qarşı mübarizə keyfiyyətinin izahında təsirli olacaq “terrorizm böhranından çıxış yollarını təhlilin vacibliyi”i möhtərəm istifadəçilərə təqdim olunur.

Terrorizmlə mübarizədə Qərb riyakarlığını ifşa etməyin zərurəti
Müasir dünyada terrorizmlə mübarizə kimi sözlər, adətən, əsrimizin zalım və qəddar hökmdarlarının dilindən çıxan “haqq” bir kəlmədir ki, ondan “batil” məqsəd güdülür. Həqiqətlərin təhrifində, şeytani fikir və bəhanələrə bəraət qazandırılmasında daha bacarıqlı olan hər hansı biriləri qeyri-qanuni məqsədlərinə çatmaqda daha müvəffəqdirlər. Burada artıq hər bir tayfa və millətin ilahi alimləri və imanlı elm adamlarının məsuliyyəti ağırlaşır. Onlar xalqa lazımi informasiyalar verməli və ümumi mədəniyyətin səviyyəsini yüksəltməlidirlər ki, zalım hakimlər, cinayətkar dəstələr batil məqsədlə haqq söz deyə bilməsinlər və bununla da avtoritar hökumətlərinin təməllərini möhkəmlətməsinlər (6).

Həmçinin, bildiyimiz kimi İslam düşmənləri və onların başında gələn Amerika və İsrail bu terrorist cinayətləri təşviq etməklə, müsəlmanlar arasında din və təriqət daxili müharibələr başlatmaq məqsədi güdür (7). Maraqlıdır ki, terrorizmin həqiqi himayədarları ardıcıl yalan danışmaqla məşğuldurlar. Amerikanın prezidenti dəfələrlə İranı terrorizmin ən təhlükəli hamisi kimi tanıtdırmışdır. Doğrusu, bütün bu yalanları dilə gətirmək necə də çirkindir, ona görə ki, biz özümüz terrorizmin qurbanıyıq və terrorizmlə mübarizədə ilk sırada yer alardanlarıq (8).
Əlbəttə, Qərb güclərinin bu cür yalanları onları öz dostları yanında da, etibardan salmışdır (9). Ona görə ki, İŞİD kimi ekstremist terrorçu qrupların formalaşmasının başlıca sübutlarından biri bəzi Qərb dövlətlərinin himayəsidir (10). Məlumatlı şəxslərin dediyinə görə, İŞİD qruplaşması və terroristlər böyük bir cəmiyyət deyillər, lakin bu terrorçu qruplara hərtərəfli dəstək verilir. Əgər bu dəstəklər olmasaydı, onların kökünü kəsmək elə də çətin olmazdı (11).

Məsələni bəyan edərkən, xatırlatmaq lazımdır ki, dövrümüzün qəribəliklərindən biri də bu cinayətkar terrorçu qrupların onları ərsəyə gətirənlərin özləri tərəfindən tənqid edilməsidir. Onlar, əslində özlərini tənqid edirlər (12). Çünki bir tərəfdən Amerika öz qüvvələrini göndərir ki, onlara təlim keçsin, digər tərəfdən Ərəbistan və bəzi digər ölkələr terroristlərə pul və silah yardımı edirlər. İsrail isə onlara hərtərəfli dəstək verir. Türkiyə, terrorçuların qəsb etdikləri nefti alır, əvəzində isə pul verir. Əgər bu himayələr olmasa, şübhəsiz onların davamlılığı, qalıcılığı da olmaz (13).
Bu səbəbdən bir məqama da diqqət etmək lazımdır ki, avropalılar etibarlı şəxslər deyillər, məntiqləri yoxdur, işlərində hesab-kitab gözə dəymir, başqalarını nəzərə almadan ürəkləri istəyəni həyata keçirirlər (14).
İndi, belə bir həlledici və müasir münaqişənin aradan qaldırılması istiqamətində sosial əlaqə vasitələrindən yararlanmaq və onları gücləndirmək lazımdır. Hal-hazırda İran, terrorçulara qarşı dünyada ən mühüm mübarizəçi olduğu halda, imperialist güclər mediya təbliğatları ilə İranı terrorizm himayədarı kimi göstərməyə çalışırlar (15).
Odur ki, əgər müsəlmanlar güclü mediya qura bilsə, dünyanın ümumi təfəkkürünə nüfuz etməklə, terrorizm mövzusunda bir çox düşmən təbliğatlarını ifşa edib, onları təsirdən sala bilər (16).

Rüsvayçı “yaxşı terrorizm, pis terrorizm” strategiyası ilə mübarizənin zərurəti
Məlumdur ki, cinayətkar Amerika terrorizm anlayışını kontrol və bu böyük münaqişəni ikiqütblü etməkdən ötrü dünyanın hər yerində hakimiyyət sürərək qəsbkarlıqla məşğuldur. O, Təhlükəsizlik Şurası və BMT-nin heç bir qərar və qətnaməsinə məhəl qoymur və açıq-aşkar deyir: “Mənafeyimizə zəmanət verən hər bir işi yerinə yetirəcəyik, hətta BMT buna qarşı olsa belə! Dünyada hansı qrupların terrorçu sayıldıqlarını və hansı qrupların terrorizm siyahısına daxil olmadıqlarını yalnız bizim mənafeyimiz müəyyən edir. Eləcə də, mənafelərimiz hansı ölkələrin şər və fəsad yuvası olub-olmadığını müəyyənləşdirir!” (17).
Nümunə üçün, Livan Hizbullahı öz vətənlərini müdafiə etdiklərinə görə terrorist adlandırılmalıdırlar. Amma Suriyada uşaq, böyük, qadın-kişini qanına qəltan edən, məscidləri, elm mərkəzlərini və yaşayış evlərini xaraba qoyan və xaraba qoymağa davam edən terrrorçu qruplar, terrorist deyillər; onlara yardım etmək, daha çox silah ixtiyarlarına vermək lazımdır! (18).
Beləcə, Amerika kiçik qrupları, münafiq terroristləri himayə edir və onlara Amerika vətəndaşlığı verir. Ancaq bilmək lazımdır ki, bunlar öz şəxsi və maddi mənafelərini güdürlər. Terrorizmlə mübarizə aparmaq, bəşər haqlarını müdafiə etmək heç vaxt maraqlarında olmamışdır. Hətta Suriya, İraq, Əfqanıstandakı və s. məşhur terrorçu liderlərə Amerika vətəndaşlığı vermələri istisna deyil (19).
Lakin Qərb və siyonizmin dağıdıcı mediya fəaliyyətlərinə rəğmən, birmənalı olaraq pərdələr kənara çəkiləcək və tarix mühakimə yürüdəcəkdir. Şübhəsiz, Amerika və müttəfiqləri, o cümlədən terroristləri himayə edən Ərəbistan, Türkiyə və Qatar liderləri digər hamiləri ilə birgə tarixin qınaq obyektinə çevriləcəklər (20).

Müqavimət – Terrorizmin məhvində başlıca amil
Şübhəsiz, Amerika və qərblilərin terrorizmi himayə etməsinin hədəfi, Suriya hökumətini çökdürmək, ölkəni parçalamaq və müqavimət mehvərini zəiflətməkdir. İmperialist güclər dolayı şəkildə müqavimət mehvərinə qarşı çıxmağa, müsəlmanları bir-birinin canına salmağa və İsraillə düşmənçiliklərini ayrı istiqamətə yönəltməyə səy göstərirlər (21).
Lakin Qərb güclərinin ədavətli strategiyası ilə mübarizə aparmaqda ən mühüm həlledici yol İran, Suriya, İraq və Hizbullahın keçdiyi müqavimət yoludur (22).

Ekstremizmin rəddi – Terrorizmi rəddin xarakteri kimi
Bu mühüm məsələnin izahında demək lazımdır: Əfsuslar olsun ki, çirkin və məzəmmətli ekstremizm fenomeni, vəhhabi və sələfi “islamı”nın xoşagəlməz məhsuludur ki, əksər dünya əhalisinin zehnində zorakılıqla birləşmiş və İslam düşmənlərinin əlinə pis bir bəhanə vermişdir. O yerə qədər ki, bir çox ölkələrdə müsəlmanları “qatil cəmiyyət” kimi tanıtdırırdılar. Əlbəttə, Amerikanın, xüsusilə siyonizmin əks təbliğatları bu işə kömək edir, halbuki, İslam sülh, ədalət və məhəbbət mesajı verib və verməkdədir (23). Beləliklə, ekstremist qruplar din və millətinin növündən asılı olmayaraq, bugünkü bəşəriyyətin ən böyük bəlasıdır. Biz illərlədir ki, bu təhlükə barədə fəryad edirik (24).

İndi belə bir vəsflə İŞİD-i ifratçı vəhhabiliyin qeyri-qanuni övladı bilməli, nəzəri və elmi baxımdan ekstremistlərin və İŞİD kimi qruplaşmaların düşüncələri ilə mübarizə aparmalıyıq (25). Yeri gəlmişkən: Quranı ən çox nəşr edən səudiyyəlilərdən soruşmaq lazımdır ki, vicdanınızla deyin, Qurana nə qədər əməl edirsiniz? Müsəlmanların qanını səbəbsiz axıdan terroristləri himayə etmək düzgündürmü? (26) Suriya, İraq, Yəmən və digər İslam dövlətlərində xalqın canına düşən və heç bir səbəb olmadan müsəlmanların qanını tökən İslam və bəşəriyyətə laqeyd terrorçulara, qəddar insanlara dəstək vermək doğrudurmu? (27) Bunlar İslam qanunlarının heç birinə tabe olmayan cinayətkar, terrorçu və qatil cəmiyyətdirlər. Şübhəsiz, terrorizm bəlası şiə və əhli-sünnə etiqadından qaynaqlanmamışdır, əksinə ekstremist terrorçuluq, ifratçı vəhhabiliyin nəhs düşüncəsinin məhsuludur (28).
Bu tərtiblə, terrorizmdən törənən bütün faciələrin kökünü vəhhabilikdə axtarmalıyıq. Səudiyyə rejiminin ibtidai dərslik kitablarını gətirmişdilər, biz də gördük. Orada birbaşa qeyd edilir ki, qəbirləri ziyarət edənlər müşrikdirlər; can, mal və qanları halaldır. Bu məsələ, şiə və sünnilərə aiddir. Yəni qanları halaldır, çünki əhli-sünnə də qəbirlərin ziyarətinə gedir (29). Odur ki, Səudiyyə rejiminə müraciətlə demək lazımdır: Sizin dərslik kitablarınız təkfirçi təlimlərlə dolu olduğu halda, bizi mühakimə edirsiniz?! Gedin, qərəzli təhsili ilə təkfirçiliyi və terroru yayan qərəzli məktəblərinizi bağlayın (30).
Beləliklə, müsəlmanları qətlə yetirən İŞİD və ən-Nusra terrorçuları xəbis vəhhabilik ağacının meyvələridirlər (31).

Terrorizmə qarşı İslam alimlərinin misilsiz rolu
Şübhə yoxdur ki, İŞİD-in varlığı Amerika və Qərbin xeyrinədir. Təbii ki, onlar xeyirlərinə olan şeyi məhv etmək iqtidarında deyillər (32). Amma, əgər İslam alimlərinin yardımı ilə ekstremist terror qruplaşmalarının nəzəri əsaslarına hücum olarsa, onlar şəxsi heyəti yığmaqda və digər planlarında problemlərlə üzləşəcəklər (33). Odur ki, İslam alimləri əl-ələ verib ekstremist terror qruplaşmalarının süst etiqadlarının köklərini, yəni vəhhabilik təlimlərini tənqid etməlidirlər. Fəryad etmək lazımdır ki, onların fəaliyyətlərinin İslam və Quranla ortaq nöqtəsi yoxdur (34).
Doğrusu, İslam dünyasının alimləri nə vaxta qədər susmaq fikrindədirlər? İslamın “zorakılıq dini” kimi tanınmasını, İslam və müsəlmanların abrının getməsini və İslamın zəngin maarif və mədəniyyətinin, İslam məhəbbəti və emosiyasının sual altında qalmasını gözləyirlər? İslamın böyük alimlərindən ibarət bir konfransın təşkilinin və bu mövzuya çarə axtarmağın vaxtı gəlib çatmayıbmı? (35)

Əgər bəziləri təkfirçi terrorçuların hədəfinin yalnız şiələrin qətli olduğunu güman edirsə, İraq və Suriya və s. yerlərdə terrorçu qruplaşmaların cinayətlərinin həqiqətləri sabit etdi ki, onlar üçün şiə və sünninin heç bir fərqi yoxdur, əksinə o gündən qorxaq ki, dünyada İslam və terrorizmi sinonim sayarlar (36).
Aydındır ki, əgər dini mərcəiyyətin xatırlatması, xalisanə yardımları və İran İslam Respublikasının terrorizm və İŞİD-lə mübarizədə fədakarlığı olmasaydı, İraq və Suriyanın hazırkı durumunun necə olacağı məlum olmazdı. Lakin mərcəiyyətin fətvası və İran İslam Respublikasının meydana gəlməsi ilə vəziyyət dəyişdi (37). Digər tərəfdə əhli-sünnə alim və elm adamları öz hesablarını terroristlərdən ayırdılar, baxmayaraq ki, vəhhabi alimləri zidd və paradoks təzahürlərlə öz abırlarını apardılar. Yaxşı olar ki, ləyaqətlə ekstremist və İŞİD təmayüllü təfəkkürdən aşkarda bəraət ifadə etsinlər (38). Əlbəttə, tarix terroristləri, eləcə də Suriyanın məzlum xalqını xəstəxana, məktəb, universitet və sair yerlərdə qətlə yetirənləri və bu həqiqətlərə göz yuman Qərzavi kimi alimləri mühakimə edəcək (39).

Vəhhabi alimləri təkfir mövcud olmaması mövzusunda konfrans təşkil edirlər ki, İŞİD-lə hesablarının ayrı olduğunu desinlər, lakin Səudiyyə hakimlərinin rolu ilə gerçəkləşən Yəmən qətliamında şərik olaraq, Yəmən müsəlmanlarını öldürməyin icazəli olduğunu elan edirlər. Hətta Ərəbistanın böyük müftisi yəmənlilərin kafir olmasına dair hökm verir (40).
Doğrusu, siz din alimi adını özünüzə götürdüyünüz halda, necə kökləri nəzərə almadan, zahiri mühakimə etməklə kifayətlənirsiniz?! Əmin olun ki, bu məsələlər sizi də öz çənginə alacaqdır (41).

İslam ümmətinin birliyi – Terrorizmin məhvində həyat əhəmiyyətli element
İslam ümmətinin vəhdət təşkil etməsinin lüzumunu izah edərkən, terrorizmlə mübarizə xüsusunda demək lazımdır ki, İslam terrorizmə qarşıdır, terror tərkibli fəaliyyətlər harada olmasından asılı olmayaraq qınanır və bu nəhs fenomen dini və islami təlimlərə ziddir (42). Birmənalı olaraq, bu məsələlər İslam dininə yaddır. İslam heç vaxt bu təkfirçilərlə müvafiq olmamışdır, onlar İslamdan deyillər (43).
Deməli, İslam hər kəsə qarşı terroru qınayır. Müqəddəs Qum şəhərində, Misir və Suriya dövlətlərində müxtəlif konfransların təşkili İŞİD-in İslamdan olmadığını göstərir (44). Bu üzdən İslam ümməti oyanmalı, əl-ələ verərək müttəfiq olmalıdır. Əgər vəhdət yaratsaq, təkfirçi və terrorçuların kökünü kəsmək müsəlmanlar üçün elə də çətin deyil. Əfsuslar olsun ki, bəzi İslam ölkələri onları hərtərəfli himayə edirlər (45).

Qərbin zorakılıq və terroru himayəsini kəsməsi, terrorizmin məhvinin amili
Təəssüflər olsun ki, bəzi İslam və Qərb dövlətləri, onların liderləri, həmçinin Qərb, Amerika və İsrailin bəşər hüququ iddiaçı və müdafiəçiləri terrorçu qruplaşmalara kömək edirlər. Günümüzdə İraq, Suriya, Yəmən və s. yerlərdə dəhşətli səhnələrin vücuda gəlməsinə şahid oluruq (46).
Bu minvalla, İŞİD praktiki müstəvidə Səudiyyə Ərəbistanı və Qatar tərəfindən maddi olaraq gücləndirildi, İsrail, Amerika və Qərb tərəfindən terrorçu qruplaşmalar silahlandırıldı, Türkiyə də – əfsuslar olsun – müharibəni alovlandırandır; İŞİD və digər terrorçu qruplaşmaların lazımi ehtiyaclarını təmin etdi (47).
Odur ki, terrorizmlə mübarizə iddiası edən yalançılara öyüd vermək lazımdır. Koalisiya təşkil etməyiniz gərəkmir. İŞİD-lə mübarizəni öz əhlinə buraxın. Sizlər bacarmazsınız, yetər ki, onlara yardım etməyin (48). Cinayətkar terrorist qruplara yardım edilməsə, bir ay belə davam gətirə bilməzlər, terrorun kökü quruyar (49).
Ümidvarıq, qərblilər və terroru himayə edən, silahlandıran və silahlandırmaqda olan ölkələr ağıllarını başlarına yığsınlar və himayədən əl götürsünlər. Bunlar himayə edilməzsə, tez bir zamanda məhv olarlar. Lakin təyyarələrlə silah və qida bağlamaları atıldıqda, onların nüfuzu çoxalır (50).

Bəşər ictimaiyyətinin terrorizmlə qlobal mübarizəsinin lüzumu
Terrorizm dünyada dəbə düşdüyü və mediyalar onları dəstəklədiyi zaman digərləri də bunu öyrənirlər. Hər yerdə narahat və ifratçı insanlar vardır ki, öyrənir və belə işlərə əl atır. Həqiqətən bütün dünya terrorizmə qarşı çıxsa, heç kəs belə işlərə əl atmaz (51).
Dünya öz torpaqlarına əmniyyəti qaytarmaqdan ötrü, terrorizmlə mübarizə aparması qaçılmazdır (52).
Nümunə olaraq, Fransa dövlət xadimləri bilsinlər ki, onların keçmişləri, İslam ölkələrində törətdikləri cinayət və istismarçılıqlar hələ də unudulmayıb və İslam ölkələrində onların çox mənfəətləri vardır. Onlar daima “Əmniyyətdən ötrü naharatlıq” və “Terrorizmlə mübarizə”dən dəm vururlar. Amma təhlükə və terrorizm üçün hər gün yeni amil ardıncadırlar (53). Lakin bilməlidirlər ki, bu qruplaşmaları tərbiyə edən kəslər indi özləri terrorizm bəlasına, böhranına düçar olublar (54).

Son söz
Sonda qeyd etmək lazımdır ki, biz müsəlmanıq və inanırıq ki, terrorist himayədarları İslam ümmətinə, günahsız camaata və İslam müqavimətinə xəyanətin qarşılığını görürlər və özləri bu pusquya düşəcəklər (55). Qətiyyətlə, bu qəlbiqara cinayətkarlar tezliklə, öz əməllərinin cəzasını alacaqlar (56).
Odur ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Qatardan tutmuş Amerika və İsrailədək ekstremist terrorizmin himayədarlarına deyirik: “Himayə etdiyiniz kəslərin bu çirkin və insanlığa sığmayan cinayətlərinə görə sizə ar olsun! Onların bu əməlləri heç bir insanlıq meyarlarına sığmır” (57). Bir gün onların Ərəbistanın və digər himayədarlarının sorağına gələcəklərinə əmin olun. Bu gün Səud ailəsinə, Qatar və Türkiyəyə ehtiyac duyduqlarından dolayı, susurlar (58).
Müharibə alovu İslam ölkələri ilə məhdudlaşmayacaq. Qloballaşan müasir dünyamızın bir yeri əmin-amanlıq, digər yerləri isə təhlükəli ola bilməz. Parisdə baş verən terror hadisəsi və cinayətlərinin ardınca bütün avropa dəhşət içərisindədir, əlbəttə onun qığılcımı digər bölgələrə və Avropadan kənara də sıçrayacaq. (61).
Odur ki, zorakılıq və terror himayədarları bilməlidir ki, yetişdirdikləri bu ilan özlərini sancacaq və bu bəla ekstremist terrorist qruplaşmalarını himayə edən hər kəsi tutacaq (62).

Araşdırma; hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
www.makarem.ir

1-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Terrorizmlə mübarizə” beynəlxalq araşdırmalar ofisinin heyət üzvləri ilə görüşündə, http://makarem.ir
2-    Yenə orada
3-    Yenə orada
4-    Yenə orada
5-    Yenə orada
6-    “İmam Əmirəl-mömininin (ə) mesajı”, c. 2, səh. 440
7-    Peyğəmbərin (s) böyük səhabəsi Hücr ibn Ədinin məzarının ekstremist terrorçular tərəfindən dağıdılmasının ardınca Ayətullah Məkarim Şirazinin mesajı, 04/05/2013
8-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 07/02/2005
9-    Yenə orada
10-    Ayətullah Məkarim Şirazinin Roma Papasına məktubu, 25/08/2014
11-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 15/11/2015
12-    Yenə orada
13-    Yenə orada
14-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Qurani-kərimin təfsiri” toplantısı, həzrət Məsumənin (s) hərəmi, 24/07/2013
15-    Ayətullah Məkarim Şirazinin çıxışı, Xarici İşlər Nazirinin müavini ilə görüşündən, 27/08/2015
16-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Terrorizmlə mübarizə” beynəlxalq araşdırmalar ofisinin heyət üzvləri ilə görüşündə, http://makarem.ir
17-    “Yüksək məqamlı bəndələr”, səh. 81
18-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Qurani-kərimin təfsiri” toplantısı, həzrət Məsumənin (s) hərəmi, 28/07/2013
19-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkənin baş prokuroru və “Şeyx Bəhauddin Bəhayi” kongresinin baş katibi ilə görüşündən, http://makarem.ir
20-    Ayətullah Məkarim Şirazinin çıxışı, Suriyanın İrandakı səfiri ilə görüşündən, 16/04/2013
21-    Yenə orada
22-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 01/10/2014
23-    “Vəhhabilik iki yol ayrıcında”, səh. 30
24-    Ayətullah Məkarim Şirazinin Roma Papasına məktubu, 25/08/2014
25-    Ayətullah Məkarim Şirazinin çıxışı, general-mayor Rəhim Səfəvi və bir qrup İslam İnqilabı qvardiyasının ali komandirləri ilə görüşündən, 03/05/2015
26-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Əmirəl-möminin (ə)” mədrəsəsi, http://makarem.ir
27-    Yenə orada
28-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 01/10/2014
29-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 2014
30-    Yenə orada
31-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, http://makarem.ir
32-    Ayətullah Məkarim Şirazinin çıxışı, general-mayor Rəhim Səfəvi və bir qrup İslam İnqilabı qvardiyasının ali komandirləri ilə görüşündən, 03/05/2015
33-    Yenə orada
34-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 01/10/2014
35-    Bir qrup Səudiyyə alimlərinin müqəddəs məkanların dağıdılması xüsusunda fətvalarına qarşı Ayətullah Məkarim Şirazinin bəyanatı, 22/07/2007
36-    Yenə orada
37-    Ayətullah Məkarim Şirazinin çıxışı, general-mayor Rəhim Səfəvi və bir qrup İslam İnqilabı qvardiyasının ali komandirləri ilə görüşündən, 03/05/2015
38-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, http://makarem.ir
39-    Ayətullah Məkarim Şirazinin çıxışı, Suriyanın İrandakı səfiri ilə görüşündən, 16/04/2013
40-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, http://makarem.ir
41-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 24/05/2015
42-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 16/11/2015
43-     Yenə orada
44-    Yenə orada
45-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 16/11/2015
46-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Qurani-kərimin təfsiri” toplantısı, “İmam Xomeyni” şəbistanı, həzrət Məsumənin (s) hərəmi, http://makarem.ir
47-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 01/10/2014
48-    Yenə orada
49-    Ayətullah Məkarim Şirazinin müqəddəslərə hörmətsizliklə bağlı çıxışı, “Sobhe-sadiq” həftəlik jurnalının 684-cü sayı
50-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 16/11/2015
51-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 17/04/2013
52-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Terrorizmlə mübarizə” beynəlxalq araşdırmalar ofisinin heyət üzvləri ilə görüşündə, http://makarem.ir
53-    Ayətullah Məkarim Şirazinin Fransadakı hicab məsələsi ilə bağlı çıxışı, http://makarem.ir
54-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam İnqilabı keşikçiləri qvardiyasının bir qrup rütbəli zabitləri ilə görüşündən, 13/11/2014
55-    Ayətullah Məkarim Şirazinin çıxışı, Suriyanın İrandakı səfiri ilə görüşündən, 16/04/2013
56-    Peyğəmbərin (s) böyük səhabəsi Hücr ibn Ədinin məzarının ekstremist terrorçular tərəfindən dağıdılmasının ardınca Ayətullah Məkarim Şirazinin mesajı, 04/05/2013
57-    Yenə orada
58-    Ayətullah Məkarim Şirazinin çıxışı, Suriyanın İrandakı səfiri ilə görüşündən, 16/04/2013
59-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Qurani-kərimin təfsiri” toplantısı, “İmam Xomeyni” şəbistanı, həzrət Məsumənin (s) hərəmi, http://makarem.ir
60-    Yenə orada
61-    Yenə orada
62-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 2015

Nəşr tarixi: 24/11/2015
________________________________________

 

captcha