Halqa irfanını yaxşı tanıyaq (IV FƏSİL)

Halqa irfanını yaxşı tanıyaq (IV FƏSİL)


Bu firqənin təlimlərində yer alanlar elmi yükü olmayan ifadələrdir; heç bir əqli və nəqli istinadları olmaması və təxəyyülün məhsulu olması ilə yanaşı, Qurani-kərimin ayələrilə də aşkar ziddiyyətdədir.‌


Halqa irfanını yaxşı tanıyaq (IV FƏSİL)
Bu firqənin təlimlərində yer alanlar elmi yükü olmayan ifadələrdir; heç bir əqli və nəqli istinadları olmaması və təxəyyülün məhsulu olması ilə yanaşı, Qurani-kərimin ayələrilə də aşkar ziddiyyətdədir.

Məadşünaslıqda (eskatalogiyada) aşkar xətalar
1.    Reinkarnasiya etiqadına meyillilik
Elmi baxımdan “reinkarnasiya”nın mənası budur ki, insan dünyasının dəyişdikdən sonra onun ruhu növbəti dəfə başqa bir döllə dünyaya gəlir və bu prosesin dəfələrlə təkrarlanması mümkündür.
Belə etiqad bir tərəfdən məadın inkarı ilə nəticələnə bilər, çünki insanın yeni həyatda keçmiş əməllərinin nəticəsini görməsi mümkündür.
Digər tərəfdən Qurani-kərimin mətninə ziddir. Quran, “Bəqərə” surəsinin 28-ci ayəsində buyurur:


“كَيْفَ تَكْفُرُونَ بِاللهِ وَكُنتُمْ أَمْوَتآ فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ”

“Allaha necə kafir olursunuz?! Halbuki, siz ölülər (ruhsuz bədənlər) idiniz və O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcəkdir. Sonra isə Ona tərəf qaytarılacaqsınız.”


Bu ayədə insan üçün açıq-aşkar, iki ölüm və iki həyat qeyd edilmişdir: bundan öncə torpaq idik, sonra yaradıldıq, növbəti dəfə torpağa qayıdacağıq, qiyamətdə yenidən diriləcəyik.
“Ğafir” surəsinin 11-ci ayəsində də, yalnız insanın iki ölümü və iki həyatı vardır: dünyaya gəlməmişdən öncə ölü halında idi. Sonra dirildi və növbəti dəfə öləcək. Nəhayət, qiyamətdə bir daha diriləcək. “رَبَّنَا أَمَتَّنَا اثْنَتَيْنِ وَأَحْيَيْتَنَا اثْنَتَيْنِ” (...Pərvərdigara! Bizi iki dəfə öldürdün və iki dəfə diriltdin...).

Beləliklə, bu dünyada təkrar həyata inanmaq Qurani-kərimin təlimləri ilə ziddiyyət təşkil edir. Bu elə bir haldadır ki, Halqa irfanının banisi “İnsan və mərifət” kitabında keçmiş həyatların varlığını qəbul edərək, deyir:
“Həqiqətdə, bu zamanlı, məkanlı dünyada doğulan kəs, keçmiş dünya həyatından topladığı özünəməxsus kamalı özü ilə daşıyır”. (İnsan və mərifət, səh. 267)
Bu ifadəni digər yerdə təkrar edir və deyir:
“İnsan daha öncə başqa bir dünyada yaşayırdı və o yerdə müəyyən kamala malik idi. Həmin kamalı özü ilə hazırkı dünyaya gətirib”.
Bu, eynilə reinkarnasiya etiqadı ustadlarının inandığı şeydir.

2.    Cismani məadın inkarı
Qurani-kərim bir çox ayədə birbaşa buyurur: İnsan ruhundan əlavə, cismi də qiyamətdə qayıdacaq, hansı ki ona cismani məad deyilir. Buna aşkar nümunə, “Yasin” surəsinin son ayələridir ki, buyurur:


“وَضَرَبَ لَنَا مَثَلا وَنَسِىَ خَلْقَهُ قَالَ مَنْ يُحْىِ الْعِظَامَ وَهِىَ رَمِيمٌ*قُلْ يُحْيِيهَا الَّذِى أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ”


“Öz yaradılışını unutduğu halda, bizim üçün misal çəkdi və dedi: Bu sümüklər çürüdüyü halda, kim onları dirildəcək?! De: İlk dəfə onu yaradan və ona həyat verən kəs və O, hər məxluqu biləndir.”

Bundan əlavə, Qurani-kərimin onlarla ayəsi həmin mənanı çatdırdığı, məadın ruh və cisimlə birgə olduğunu bildirdiyi halda, “İnsan və mərifət” kitabının müəllifi (səh. 292) açıq-aşkar cismani məadı inkar edir. O deyir:
“Gözləməməliyik ki, qiyamətdə və ondan sonrakı mərhələlərdə fiziki cisim və ona bənzər şeylər olsun”. Bunun ardınca, aşkar bir paradoksla səhifə 293-də deyir:
“Digər tərəfdən münaqişə sonrası və paralel dünyalarla qarşılaşdıqda, fərdlər zamana hakimlik sayəsində özlərini müxtəlif mövqelərdə, o cümlədən fiziki cismində olduğu, zamanlı və məkanlı dünyalarda tapacaqlar. Ona görə də, bu nəzərə istinad edərək, məadda fiziki cismaniliyin mövcudluğunu söyləmək mümkündür!”

3.    Cəhənnəm, aşkar təhriflə üz-üzə
Quranın bir çox ayələrindən cəhənnəmin ilahi qəzəb yeri olduğu istifadə edildiyi halda, o, həmin “İnsan və mərifət” (səh. 294) kitabında deyir:
“Cəhənnəm, düşmənçilik və ədavət yeri deyil, onun əsasını “eşq və məhəbbət” təşkil edir.
Həmçinin 296-cı səhifədə deyir:
“Cəhənnəm atəşi, tənhalıq hissilə qarışan həsrət atəşidir. Bu tənhalıq hissi vahid nəfsin vəhdətindən uzaq düşməyə görədir və cəhənnəmdən çıxanadək davam edir.

4.    Yaradıcılıq və cənnətdəkilər ilahiləşdirmək!
Qurani-kərim “أُعِدَّتْ لِلْمُتَّقِينَ” (cənnət təqvalılar üçün hazırlanıb) ifadəsilə, cənnəti Allahın məxluqu kimi tanıtdırdığı halda, o, digər bir yalnış ifadə ilə deyir: İnsanlar özləri cənnətdirlər və insan orada Allahın işini görəcək!
Həmin kitabın 304-cü səhifəsində deyir: Müqəddəs ilahi sifətlərdən olan “Ruhullah”a nəfsin əlinin çatması, geniş yaradılış imkanını artırır... Həmin səbəbdən bu mərhələdə hər kəs öz cənnətini quracaqdır... Biz hazırkı həyatımızda zehnin yaradıcılıq gücündən yararlanırıq, zehnin bu yaratma təcrübəsi – hər nə istəyiriksə, təsəvvür edirik – cənnətdə daha geniş olacaqdır. İstədiyimiz hər şeyi zehindən kənarda yarada və öz yaratdığımız yerdə yaşaya biləcəyik. Başqa sözlə desək, ilahi sifətlər xəzinəsinə sahib olmaq və həmin mərhələdə yaratmaq imkanı, o dünyalar əsasında yaradacağımız və Allahın xəlifəsi sayılacağımız spesifikliklərdəndir.
Bu firqənin təlimlərində yer alanlar elmi yükü olmayan ifadələrdir; heç bir əqli və nəqli istinadları olmaması və təxəyyülün məhsulu olması ilə yanaşı, Qurani-kərimin ayələrilə də aşkar ziddiyyətdədir.
Allah-taaladan hər kəsi doğru yola yönəltməsini diləyirəm!

“Yeni irfanları araşdırma mərkəzinin bir araşdırması”
Nəşr tarixi: 5/10/2015

SON

 

captcha