İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının son bəyanatı

Allahın lütfü və İmam Məhdinin (əc.) xüsusi nəzəri sayəsində İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransı Ayətullah Məkarim Şirazinin göstərişi ilə təşkil edildi. İki illik fəaliyyətin bəhrəsi, universitet və hövzənin tanınmış alimlərinin birgə səyinin nəticəsi olaraq 55 cildlik kitab ərsəyə gəldi, hansı ki, İslam dünyasına böyük bir xidmət və töhfədir. Həmin kitab sayəsində İslam elmlərinin (Quran elmləri, hədis elmləri, fiqh və üsul, əqli elmlər, ədəbi elmlər, tarix, humanitar elmlər, əxlaq, irfan, astronomiya və tibb və s.) yaranması və yayılmasında Əhli-beyt (ə) və şiə alimlərinin misilsiz rolunu nümayiş etdirə bildi.