Macarıstan Milli Məclisinin spikeri ilə keçən ilki görüşümdən onun iki cümləsini xatırlayıram. İlk cümləsi belə idi: “Terrorizm Avropa üçün həlledilməz problemə çevrilib”. Biz isə deyirik ki, həlledilməz problem yoxdur və burada üç çıxış yolu vardır: “Terrorizmin düşüncə köklərini qurutmaq”, “Siyasi müzakirə”, “Cinayətkarla mübarizə”. Bunlar həyata keçirilməlidir, çünki bu üç mərhələ bir-birinə dəstək olarsa, terrorizm problemi, sözsüz ki, həll olar.