Ali məqamlı ustadın “Bəqi” qəbiristanlığında Əhli-beyt imamlarının (əleyhimus-salam) məqbərələrinin dağıdılmasının ildönümü münasibəti ilə müraciəti

Ali məqamlı ustadın “Bəqi” qəbiristanlığında Əhli-beyt imamlarının (əleyhimus-salam) məqbərələrinin dağıdılmasının ildönümü münasibəti ilə müraciəti


Onlar təkcə “Bəqi”də dəfn olunan imamların (əleyhimus-salam) qəbirlərini deyil, üstəlik Məkkə və Mədinə şəhərlərində hər biri islamın əzəmətini əks etdirən, dünya müsəlmanlarının canlı tarixi olan bütün tarixi mirasını məntiqsiz fikirlər və puç etiqadlar əsasında dağıtmışlar.‌

   Bismillahir-Rəhmanir-Rəhim
   Səksən səkkiz il öncə Şəvval ayının səkkizində nadan və yelbeyin vəhhabilərin mənfur əlləri zülmkar və qanlı pərdələr arxasından zahir oldu, “Bəqi” qəbiristanlığında uyuşan hidayət imamlarının (əleyhis-salam) olduqca nəfis, mənəvi və müqəddəs məqbərələrini yerlə yeksan etdi, yüz minlərlə dünya şiələrinin və Əhli-beyti (əleyhimus-salam) sevən əhli-sünnətin qəlblərinə sağalmaz yara vurdu.
   Onlar təkcə “Bəqi”də dəfn olunan imamların (əleyhimus-salam) qəbirlərini deyil, üstəlik Məkkə və Mədinə şəhərlərində hər biri islamın əzəmətini əks etdirən və dünya müsəlmanlarının canlı tarixi olan mirasını məntiqsiz fikirlər və puç etiqadlar əsasında dağıtmışlar. 
Halbuki, bütün dünya xalqları öz əsil mədəniyyətlərinin kökünü əks etdirən tarixi miraslarını və abidələrini külli məbləğdə vəsait xərcləməklə qoruyub-saxlamağa çalışır, onları dağıtmaq istəyənlərə ağır cərimələr tətbiq edirlər. Lakin bu ağılsız və yelbeyin adamlar müsəlmanların ürəklərini valeh və özünə məftun edən İslam tarixi və mədəniyyətinin əh mühüm əsərlərini məhv etməklə islam dünyasını bu qiymətli sərvətlərdən məhrum etmişlər və külli miqdarda ziyan vurmuşlar, belə ki, bu xəsarətləri bərpa etmək heç bir vəchlə mümkün deyildir.
   Onlar islam dininə aid bu mirası ata-babalarının və özlərinin şəxsi mülkləri hesab edir və güman edirlər ki, Məkkə-Mədinə yalnız onlara məxsusdur və İslamın bu müqəddəs məkanlarının başına istədikləri müsibəti gətirə bilərlər. İslam dünyası yekdil olaraq fəryad etməli və onlara qandırmalıdır ki, bu abidələr bütün müsəlmanlara aid olan dini-mənəvi sərvətlərdir. Keçmişdə və hazırda kimliyindən və hansı məqamda olmasından asılı olmayaraq onlara qarşı şəxsi mülkiyyəti kimi rəftar etməyə haqları yoxdur. Hətta islamın əsaslarından, Quran və sünnətdən səthi bilik və zahiri nəzərlərdən başqa məlumatlara malik olmayan Səudiyyə vəhhabilərinin müftilərinin də bu işlərlə bağlı nəticə çıxarmağa və fitva verməyə haqları yoxdur.
   Biz müqəddəs Məkkə-Mədinə hərəminin bütün dini-mədəni mirasını, xüsusilə də “Bəqi” imamlarının (əleyhim alafus-səna vət-təhiyyə) qəbirlərinin azğın və zəlalətdə olan vəhhabilərin əlilə təhqiramiz şəkildə dağıdılmasını məhkum etməklə yanaşı elə bir günü gözləyirik ki, o gündə dünya müsəlmanları ağır qəflət yuxusundan oyanacaq və öz qanuni haqlarını tələb edəcəklər, müqəddəs hərəmlərin mədəni fəaliyyətini bütün müsəlman ölkələrinin aydın fikirli nümayəndələrinə tapşıracaqlar, radikal və ifratçı vəhhabilərin əllərini bu müqəddəs islam abidələrindən kəsəcəklər. Eləcə də bütün dünyadakı Əhli-beyti (əleyhimus-salam) sevənlərdən istəyirik ki, “Bəqi” imamlarının (əleyhimus-salam) qəbirlərinin dağıdıldığı Şəvval ayının səkkizini matəm saxlayıb onların əziz xatirələrini yad etsinlər.
   Ümidvarıq ki, vəhhabilərin əlilə partladılan İmam Hadi və İmam Əsgəri (əleyhiməs-salam)-ın hərəmləri keçmişdəkindən daha gözəl formada inşa edildiyi kimi, “Bəqi” imamlarının (əleyhimus-salam) da hərəmləri yaxın gələcəkdə keçmişdəkindən daha əzəmətli formada tikiləcək və onları sevənlərin ağrılı yaralarının üzərinə bu yolla məlhəm qoyulacaq.
captcha