Mübarək ramazan ayının gecə və gündüzlərinin müştərək əməlləri

Mübarək ramazan ayının gecə və gündüzlərinin müştərək əməlləri


Ramazan ayının hər gecəsi və gündüzü yerinə yetirilən müştərək əməllər çoxdur, o cümlədən:‌

1- Seyid İbn Tavus İmam Sadiqin (ə) və İmam Kazimin (ə) belə buyurduğunu nəql edir: “Mübarək ayın əvvəlindən axırına kimi hər vacib namazdan sonra bu duanı oxu:

 


اَللَّـهُمَّ ارْزُقْنِى حَجَّ بَیْتِکَ الْحَرَامِ، فِى عَامِى هٰذَا وَ فِى کُلِّ عَامٍ، مَا اَبْقَیْتَنِى فِى یُسْرٍ مِنْکَ وَ عَافِیَةٍ وَ سَعَةِ رِزْقٍ؛ وَ لَا تُخْلِنِى مِنْ تِلْکَ الْمَوَاقِفِ الْکَرِیمَةِ، وَ الْمَشَاهِدِ الشَّرِیفَةِ، وَ زِیَارَةِ قَبْرِ نَبِیِّکَ صَلَوَاتُکَ عَلَیْهِ وَ اٰلِهِ؛ وَ فِى جَمِیعِ حَوَائِجِ الدُّنْیَا وَ الْاٰخِرَةِ فَکُنْ لِى.
اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ فِیـمَا تَقْضِى وَ تُقَدِّرُ مِنَ الْاَمْرِ الْمَحْتُومِ فِى لَیْلَةِ الْقَدْرِ، مِنَ الْقَضَآءِ الَّذِى لَا یُرَدُّ وَ لَا یُبَدَّلُ، اَنْ تَکْتُبَنِى مِنْ حُجَّاجِ بَیْتِکَ الْحَرَامِ: اَلْمَبْرُورِ حَجُّهُمْ، اَلْمَشْکُورِ سَعْیُهُمْ، اَلْمَغْفُورِ ذُنُوبُهُمْ، اَلْمُکَفَّرِ عَنْهُمْ سَیِّئَاتُهُمْ؛ وَ اجْعَلْ فِیـمَا تَقْضِى وَ تُقَدِّرُ اَنْ تُطِیلَ عُمْرِى، وَ تُوَسِّعَ عَلَىَّ رِزْقِى، وَ تُؤَدِّىَ عَنِّى اَمَانَتِى وَ دَیْنِى، اٰمِینَ رَبَّ الْعَالَمِینَ.

 

 

Duanın oxunuşu:

 

Əllahummə urzuqni ḥəccə bəytikəl-həram, fi ‘ami haz̠a və fi kulli ‘am, ma əbqəytəni fi yusrin minkə və ‘afiyətin və sə‘əti rizqin;

və la tuxlini min tilkəl məvaqifil-kəriməh, vəl-məşahidiş-şərifəh, və ziyarəti qəbri nəbiyyikə ṣələvatukə ‘ələyhi və alihi; və fi cəmi‘i ḥəvaicid-dunya vəl-axirəti fə-kun li.

Əllahummə inni əsʼəlukə fima təqzi və tuqəddiru minəl-əmril-məhtumi fi ləylətil-qədr, minəl-qəzailləzi la yurəddu və la yubəddəlu,

ən təktubəni min huccaci bəytikəl-həram, əl-mubruri həccuhum, əl-məşkuri sə‘yuhum, əl-məğfuri z̠unubuhum, əl mukəffəri ‘ənhum səyyiatuhum;

vəc‘əl fima təqzi və tuqəddiru ən tutilə ‘umri, və tuvəssi‘ə ‘ələyyə rizqi, və tuəddəyə ‘ənni əmanəti və dəyni, amin rəbbəl-‘aləmin.

 


“Ey Allahım, bu il və gələn illərdə Öz evinin həccini mənə ruzi et, nə qədər ki Sənin tərəfindən asayişdə, salamatlıqda və ruzi bolluğundayam; məni kəramətli məkanlardan, şərafətli ziyarətgahlardan və Peyğəmbərinin – Sənin salamın olsun ona və xanidanına – qəbrinin ziyarətindən uzaq salma; bütün dünya və axirət ehtiyaclarımda mənimlə ol.
Ey Allahım, Səndən istəyirəm ki, Qədr gecəsində hökm verərkən – o hökm ki, daha geri qaytarılmaz və dəyişməz qalar – məni Öz evinin hacılarının sırasında yazasan: o hacılar ki, həccləri qəbuldur, səyləri qiymətləndirilmiş, günahları bağışlanmış və xətalarının üstü örtülmüşdür; uzun ömür, bol ruzi, əmanət və borcu geri qaytarmağı mənim barəmdə hökm ver və müqəddər et. Qəbul et, ey aləmlərin Rəbbi.”

 

 

Həmçinin hər vacib namazdan sonra oxu:

 

یَا عَلِىُّ یَا عَظِیمُ، یَا غَفُورُ یَا رَحِیمُ! اَنْتَ الرَّبُّ الْعَظِیمُ، اَلَّذِى لَیْسَ کَمِثْلِهِ شَىْءٌ، وَ هُوَ السَّمِیعُ الْبَصِیرُ. وَ هٰذَا شَهْرٌ عَظَّمْتَهُ وَ کَرَّمْتَهُ، وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ؛ وَ هُوَ الشَّهْرُ الَّذِى فَرَضْتَ صِیَامَهُ عَلَىَّ؛ وَ هُوَ شَهْرُ رَمَضَانَ، اَلَّذِى اَنْزَلْتَ فِیهِ الْقُرْاٰنَ، هُدًى لِلنَّاسِ وَ بَیِّنَاتٍ مِنَ الْهُدَىٰ وَ الْفُرْقَانِ؛ وَ جَعَلْتَ فِیهِ لَیْلَةَ الْقَدْرِ، وَ جَعَلْتَهَا خَیْرًا مِنْ اَلْفِ شَهْرٍ. فَیَا ذَا الْمَنِّ وَ لَا یُمَنُّ عَلَیْکَ، مُنَّ عَلَىَّ بِفَکَاکِ رَقَبَتِى مِنَ النَّارِ، فِیمَنْ تَمُنُّ عَلَیْهِ؛ وَ اَدْخِلْنِى الْجَنَّةَ، بِرَحْمَتِکَ یَا اَرْحَمَ الرَّاحِمِینَ.

 

 

Duanın oxunuşu:

 

Ya ‘əliyyu ya ‘əzim, ya ğəfuru ya rəḥim! Əntər-rəbbul-‘əzim, əlləzi ləysə kə-mislihi şəyʼun, və huvəs-səmi‘ul-bəsir

Və haz̠a şəhrun ‘əẓẓəmtəhu və kərrəmtəhu, və şərrəftəhu və fəzzəltəhu ‘ələş-şuhur; və huvəş-şəhrulləzi fərəżtə ṣiyaməhu ‘ələyyə;

və huvə şəhru rəməżan, əlləziənzəltə fihil-Qurʼan, hudən lin-nasi və bəyyinatin minəl-huda vəl-furqan;

və cə‘əltə fihi ləylətəl-qədr, və cə‘əltəha xəyrən min əlfi-şəhr.

Fə-ya z̠əl-mənni və la yumənnu ‘ələykə, munnə ‘ələyyə bi-fəkaki rəqəbəti͠ minən-nar, fi͠mən təmunnu ‘ələyhi; və ədxilnil-cənnətə, bi-rəḥmətikə ya ərhəmər-rahimin.

 


“Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhim! Sən əzəmətli Rəbbsən, belə ki, Sənin bənzərin yoxdur, Sən eşidən və görənsən. Bu, həmin aydır ki, Sən ona əzəmət və kəramət bəxş etmiş, onu digər aylardan şərafətli və üstün etmisən; bu, həmin aydır ki, onun orucunu mənə vacib etmisən; bu, ramazan ayıdır, belə ki, Quranı bu ayda nazil etmisən: o Quran ki, insanların hidayət səbəbi, hidayət nişanəsi və haqqı batildən ayırandır; min gecədən üstün olan Qədr gecəsini bu ayda qərar vermisən. Elə isə, ey o minnət sahibi ki, Sənin boynunda kimsənin minnəti yoxdur, minnət qoyduğun kəslərin arasında məni oddan xilas etməklə mənə minnət qoy; məni Cənnətə daxil et, Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.”

 


2- Şeyx Kəf`əmi “Misbah” və “Bələdul-əmin” kitablarında qeyd edir ki, Həzrət Rəsulallah (s) buyurdu: “Hər kim ramazan ayında hər vacib namazdan sonra bu duanı oxusa, Mütəal Allah onun günahlarını bağışlayar:

 


اَللَّهُمَّ اَدْخِلْ عَلَىٰ اَهْلِ الْقُبُورِ السُّرُورَ. اَللَّهُمَّ اَغْنِ کُلَّ فَقِیرٍ. اَللَّهُمَّ اَشْبِـعْ کُلَّ جَائِـعٍ. اَللَّهُمَّ اکْسُ کُلَّ عُرْیَانٍ. اَللَّهُمَّ اقْضِ دَیْنَ کُلِّ مَدِینٍ. اَللَّهُمَّ فَرِّجْ عَنْ کُلِّ مَکْرُوبٍ. اَللَّهُمَّ رُدَّ کُلَّ غَرِیبٍ. اَللَّهُمَّ فُکَّ کُلَّ اَسِیرٍ. اَللَّهُمَّ اَصْلِحْ کُلَّ فَاسِدٍ مِنْ اُمُورِ الْمُسْلِمِینَ. اَللَّهُمَّ اشْفِ کُلَّ مَرِیضٍ. اَللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاکَ. اَللَّهُمَّ غَیِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِکَ. اَللَّهُمَّ اقْضِ عَنَّا الدَّیْنَ، وَ اَغْنِنَا مِنَ الْفَقْرِ، اِنَّکَ عَلَىٰ کُلِّ شَىْءٍ قَدِیرٌ.

 


Duanın oxunuşu:

 

Əllahummə ədxil ‘əla əhlil-quburis-surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi‘ kullə cai‘in.

Əllahumməksu kullə ‘uryan. Əllahumməqżi dəynə kulli mədin. Əllahummə fərric ‘ən kulli məkrub.

Əllahummə ruddə kullə ğərib. Əllahummə fukkə kullə əsir. Əllahummə əṣlih kullə fasidin min umuril-muslimin.

Əllahumməşfi kullə məriz. Əllahummə suddə fəqrəna bi-ğinakə. Əllahummə ğəyyir suə ḥalina bi-ḥusni halikə.

Əllahumməqzi ‘ənnəd-dəynə, və əğnina minəl-fəqri, innəkə ‘əla kulli şəyʼin qədir.

 

 

“Ey Allahım, qəbir əhlini (qəbirlərdə yatanları) sevindir. Ey Allahım, fəqirləri ehtiyacsız et. Ey Allahım, acları doydur. Ey Allahım, çılpaqları geyindir. Ey Allahım, borcluların borcunu ödə. Ey Allahım, qəmlilərin qəmini aradan apar. Ey Allahım, qəribləri öz vətənlərinə qaytar. Ey Allahım, əsirləri azad et. Ey Allahım, müsəlmanların işlərindəki fəsadları islah et. Ey Allahım, xəstələrə şəfa ver. Ey Allahım, bizim ehtiyacımızı Öz ehtiyacsızlığınla aradan qaldır. Ey Allahım, bizim pis halımızı Öz razılığına döndər. Ey Allahım, bizim borclarımızı ödə, bizi ehtiyacsız et, çünki Sən hər şeyə qadirsən.”

 


3- Mərhum Şeyx Kuleyni “Usuli-kafi” kitabında qeyd edir ki, Əbu Bəsir İmam Sadiqin (ə) ramazan ayında bu duanı oxuduğunu nəql etmişdir:

 


اَللَّهُمَّ اِنِّى بِکَ أَتَوَسَّلُ وَ مِنْکَ اَطْلُبُ حَاجَتِى؛ مَنْ طَلَبَ حَاجَةً اِلَى النَّاسِ فَاِنِّى لَا اَطْلُبُ حَاجَتِى اِلَّا مِنْکَ؛ وَحْدَکَ لَا شَرِیکَ لَکَ. وَ اَسْئَلُکَ بِفَضْلِکَ وَ رِضْوَانِکَ، اَنْ تُصَلِّىَ عَلَىٰ مُحَمَّدٍ وَ اَهْلِ بَیْتِهِ؛ وَ اَنْ تَجْعَلَ لِى فِى عَامِى هٰذَا اِلَىٰ بَیْتِکَ الْحَرَامِ سَبِیلًا، حَجَّةً مَبْرُورَةً مُتَقَبَّلَةً زَاکِیَةً خَالِصَةً لَکَ، تَقِرُّ بِهَا عَیْنِى، وَ تَرْفَعُ بِهَا دَرَجَتِى؛ وَ تَرْزُقُنِى اَنْ اَغُضَّ بَصَرِى، وَ اَنْ اَحْفَظَ فَرْجِى، وَ اَنْ اَکُفَّ بِهَا عَنْ جَمِیـعِ مَحَارِمِکَ، حَتَّىٰ لَا یَکُونَ شَىْءٌ اٰثَرَ عِنْدِى مِنْ طَاعَتِکَ وَ خَشْیَتِکَ، وَ الْعَمَلِ بِمَا اَحْبَبْتَ، وَ التَّرْکِ لِمَا کَرِهْتَ وَ نَهَیْتَ عَنْهُ؛ وَ اجْعَلْ ذٰلِکَ فِى یُسْرٍ وَ یَسَارٍ وَ عَافِیَةٍ؛ وَ اَوْزِعْنِى شُکْرَ مَا اَنْعَمْتَ بِهِ عَلَىَّ. وَ اَسْئَلُکَ اَنْ تَجْعَلَ وَفَاتِى قَتْلًا فِى سَبِیلِکَ تَحْتَ رَایَةِ نَبِیِّکَ مَعَ اَوْلِیَآئِکَ. وَ اَسْئَلُکَ اَنْ تَقْتُلَ بِى اَعْدَآئَکَ وَ اَعْدَآءَ رَسُولِکَ. وَ اَسْئَلُکَ اَنْ تُکْرِمَنِى بِهَوَانِ مَنْ شِئْتَ مِنْ خَلْقِکَ، وَ لَا تُهِنِّى بِکَرَامَةِ اَحَدٍ مِنْ اَوْلِیَآئِکَ. اَللَّهُمَّ اجْعَلْ لِى مَعَ الرَّسُولِ سَبِیلًا، حَسْبِىَ اللهُ مَا شَآءَ اللهُ.

 


Duanın oxunuşu:

 

 Əllahummə inni bikə ətəvəssəlu və minkə ətlubu hacəti; mən ṭələbə hacətən ilən-nasi fə-inni la əṭlubu hacəti illa minkə; vəhdəkə la şərikə ləkə.

Və əsʼəlukə bi-fəzlikə və rizvanikə, ən tusəlliyə ‘əla Muhəmmədin və əhli-bəytihi;

və ən təc‘ələ li fi ‘ami haza ila bəytikəl-hərami səbilən, ḥəccətən məbrurətən mutəqəbbələtən zakiyətən xaliṣətən ləkə,

təqirru biha ‘əyni, və tərfə‘u biha dərəcəti; və tərzuquni ən əğużżə bəṣəri, və ən əhfəzə fərci, və ən əkuffə biha ‘ən cəmi‘i məharimikə,

hətta la yəkunə şəyʼun as̠ərə ‘indi min ta‘ətikə və xəşyətikə, vəl-‘əməli bima əhbəbtə, vət-tərki lima kərihtə və nəhəytə ‘ənhu,

vəc‘əl zalikə fi yusrin və yəsarin və ‘afiyətin; və əvzi‘ni şukrə maən‘əmtə bihi ‘ələyyə.

Və əsʼəlukə ən təc‘ələ vəfati qətlən fi səbilikə təhtə rayəti nəbiyyikə mə‘ə əvliyaikə.

Və əsʼəlukə ən təqtulə bi ə‘daəkə və ə‘daə Rəsulikə.

Və əsʼəlukə ən tukriməni bi-həvani mən şiʼtə min xəlqikə, və la tuhinni bi-kəraməti əḥədin min əvliyaikə.

Əllahumməc‘əl li mə‘ər-rəsuli səbilən, ḥəsbiyəllahu ma şaəllah. 

 

 

“Ey Allahım, Sənə təvəssül edir və Səndən öz hacətimi diləyirəm; kim öz hacətini insanlardan diləsə də, mən öz hacətimi yalnız Səndən diləyirəm; Sən yeganəsən və şərikin yoxdur. Lütf və razılığına xatir Səndən istəyirəm ki, Məhəmmədə və onun Əhli-beytinə salam göndərəsən; (Səndən istəyirəm ki,) bu ildə yaxşı, qəbul olunmuş, pakizə və Sənin üçün xalis olan həcci yerinə yetirməkdən ötrü mənim üçün Öz evinə tərəf bir yol qərar verəsən, ta onunla gözlərim aydın olsun və rütbəm (Sənin yanında) yüksəlsin; günahlara göz yummağı, iffəti qorumağı, bütün günahlardan uzaqlaşmağı mənə əta et, ta mənim üçün Sənə itaət etmək və Səndən (Sənə qarşı çıxmaqdan) qorxmaq, Sənin üçün sevimli olan işləri yerinə yetirmək və Sənin bəyənmədiyin işləri tərk etməkdən mühüm heç nə olmasın; bütün bu istəklərimi asayiş, imkan və salamatlıqda qərar ver; mənə verdiyin nemətlərə şükür etməyi mənə ruzi et. Səndən istəyirəm ki, ölümümü Sənin yolunda şəhadət və Peyğəmbərinin bayrağı altında Öz dostlarınla birgə qərar verəsən. Səndən istəyrəm ki, mənim vasitəmlə Öz düşmənlərini və Peyğəmbərinin düşmənlərini məhv edəsən. Səndən istəyirəm ki, (xar olmasını) rəva gördüyün məxluqunu xar edib məni girami edəsən, dostlarını girami edib məni xar etməyəsən. Ey Allahım, elçin ilə birlikdə olmaqda mənə bir yol qərar ver. Allah mənə kifayət edir və Onun istədiyi olur.”

 


Seyid İbn Tavus “İqbal” kitabında qeyd edir ki, Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: “Allahın evini ziyarət etməyə müvəffəq olmaq üçün ramazan ayının gecələrində məğrib namazından sonra bu duanı oxuyun.”
Kəf`əmi “Bələdul-əmin” kitabında yazır: “Bu duanı ramazan ayının birinci gecəsi və ramazan ayının hər günü oxumaq müstəhəbdir.”


 

4- Quran oxumaq mübarək ramazan ayının gecə və gündüzlərində yerinə yetirilən ən üstün əməldir, çünki Quran ramazan ayında nazil olmuşdur. Hədislərin birində buyurulur: “Hər bir şeyin baharı vardır və Quranın baharı ramazan ayıdır. Başqa aylarda ay ərzində və ya ən tezi altı gün ərzində Quranı xətm etmək sünnədir. Lakin ramazan ayında hər üç gün ərzində Quranı xətm etmək sünnədir, hətta əgər bacarsan, hər gün Quranı xətm et.”
Heç şübhəsiz, Quranın məna və məzmunu ilə tanış olmayanlara tövsiyə olunur ki, az sayda ayə oxusunlar, lakin ayələrin mənasına diqqət yetirsinlər və Quran məktəbindən dərs alsınlar. Həmçinin Quranın göstərişlərini başa düşməkdən ötrü təfsir dərsləri təşkil etmək daha məqsədəuyğundur.
Əllamə Məclisi qeyd edir: Əgər xətm olunan Quranın savabı Həzrət Peyğəmbərin (s), Xanım Fatimə-Zəhranın (s.ə), yaxud Məsumlardan (ə) birinin ruhuna (yaxud İmam Zamana (ə.f)) hədiyyə olunsa, onun savabı daha da artar. Hədislərin birində buyurulur ki, belə bir şəxsin savabı Qiyamət günü o ilahi insanların sayəsində qərar tutmaq olacaqdır.
5- Bu ayda çoxlu dua etmək, salavat demək, günahların bağışlanmasını diləmək lazımdır. Mübarək “Lə͂ ilə͂hə illəlla͂h” kəlməsini çoxlu deyin. Hədislərin birində oxuyuruq ki, mübarək ramazan ayı başlandıqda İmam Zeynul-abidin (ə) yalnız dua edər, zikr, istiğfar və təkbir deyər, başqa söz danışmazdı.
Həmçinin bu ayda ibadətlərə, gecə və gündüz nafilələrinə böyük əhəmiyyət vermək lazımdır. Xüsusilə də, başqa aylarda nafilələri yerinə yetirə bilməyənlər  bu ayda onları (xüsusilə, gecə nafilələrini) yerinə yetirməyə səy göstərsinlər.

 

captcha