Mərhum Seyid İbn Tavus “İqbal” kitabında qeyd edir ki, bu minacatı Əmirəl-möminin Əli (ə) və övladları – min-min salam olsun onlara – şaban ayında oxuyarmışlar.
Buradan belə başa düşülür ki, bu minacat böyük əhəmiyyətə malik olduğundan bütün Məsumlar (ə) onu oxuyublar. Bu minacatın mənası da onun böyük əhəmiyyətinə şahidlik edir. Belə ki, İslam irfanı yüksək səviyyədə bu minacatda öz əksini tapmışdır. Əgər insan onun ali məzmununu qəlbində yaşada bilsə, Allaha tərəf seyri-süluk məqamlarını qət etmiş olar. Allahdan istəyirik ki, bizim hamımızı bu minacatın əhlindən qərar versin.