Ayətullah əl-uzma Məkarim Şirazinin Küveytdə baş vermiş qorxunc cinayətlə bağlı bəyanatı

Ayətullah əl-uzma Məkarim Şirazinin Küveytdə baş vermiş qorxunc cinayətlə bağlı bəyanatı


İndiyə qədər bənzəri olmayan bu cinayəti kəskin pisləyir və  həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verirəm. Eyni zamanda şiə və sünni də daxil olmaqla bütün müsəlman qardaşlara, hətta dünyadakı qeyri-müsəlmanlara xatırladıram ki, bu cür hadisələrin qarşısında susmasınlar.‌  ‌

Bismillahir Rəhmanir Rəhim
İnna lillahi və inna iləyhi raciun
İslam və bəşəriyyətə biganə ekstremist qüvvələr tərəfindən Küveytdə törədilən və bir çox əziz bacı və qardaşlarımızı qanına qəltan edən faciəvi cinayət bir daha göstərdi ki, ekstremist vəhşi dəstə birmənalı olaraq heç bir qayda-qanun tanımır. Mübarək Ramazan ayında, Allahın evində, cümə günü, namaz halında günahsız insanları, hətta qadın və uşaqları qətlə yetirmək tarixdə misli az görülmüş ən qatı qəddarlıq, imansızlıq və vəhşilik nümunəsidir.
İndiyə qədər bənzəri olmayan bu cinayəti kəskin pisləyir və  həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verirəm. Eyni zamanda şiə və sünni də daxil olmaqla bütün müsəlman qardaşlara, hətta dünyadakı qeyri-müsəlmanlara xatırladıram ki, bu cür hadisələrin qarşısında susmasınlar və bilsinlər ki, bu cür cinayətkarlar meydanı boş görsələr, heç kəsə, hətta bugün onları himayə edənlərə rəhm etməyəcəklər və cinayətkarların bəlası tezliklə onları da bürüyəcək.
Əgər müsəlmanlar əl-ələ versələr, şübhəsiz, onların kökünü kəsmək çətin olmayacaq. Bu işin bugün həyata keçirilməsi sabahından yaxşıdır.
Biz əminik ki, məlum hadisənin şəhidləri Peyğəmbər (s) əsrinin və Kərbəla şəhidləri ilə məhşur olacaqlar və yaralıları da o yaralıların mükafatını alacaqlar.
Biz möhtərəm Küveyt hökumətindən bu məsələni tam ciddi şəkildə araşdırmasını, onun Küveytdəki köklərini, amillərini tapıb ən ağır cəzalara məhkum etməsini istəyirik.
Biz özümüzü ağır itki görmüş ailələrin qəmində şərik bilir və dua edirik ki, Allah ədalətindən doğan qüdrətini göstərib cinayətkarları ayıq-sayıq və igid müsəlmanların vasitəsilə sonsuz yoxluğa göndərsin.

“Allahın yardımı yaxındır”.
Nasir Məkarim Şirazi

 

captcha