Biz bütün qonşu ölkələrdə ictimai asayiş və sabitliyin bərqərar olmasını istəyirik

Bizim yeganə hədəfimiz Azərbaycan xalqının xoşbəxtliyi və İslam hökmlərinin himayəsi olub. Mərcəyi-təqlidin işi dünyanın hər yerində müqəddəs  İslam hökmlərini himayə etməkdir. Bəzilərinin təsəvvürünün əksinə olaraq bunu "digər ölkələrin daxili işlərinə müdaxilə etmək" kimi qələmə vermək düzgün deyil. Çünki onların müqəllidləri və ardıcılları dünyanın hər yerində vardır.