Ayətullah əl-üzma Məkarim Şirazinin bu ilin həcc mərasimində nümayəndə heyəti olmayacaq.

Ümumi istifadəçi və müqəllidlərin nəzərinə çatdırırıq ki, Ayətullah Məkarim Şirazinin həcc nümayəndə heyətinin həcc üçün İraqdan yola düşməsi xəbəri doğru deyil. O, bu ilin həcci üçün nə İrandan, nə də İraqdan nümayəndə heyəti göndərməyəcək.

 

Mərcəyi-təqlidin nümayəndə heyəti Mədinə şəhərində öz işinə başladı

Ayətullah əl-uzma Məkarım Şirazinin (m.a) nümayəndə heyəti dini hövzədən bir qrup ustad və elm xadimlərinin iştirakı ilə 29 sentyabr, bazar günü (16 Ziqədə, 1434) iqamətgahında öz işinə başladı.