Ağıl günahkarın tövbəsinin qəbul edilməsinə necə baxır?
Ağıl günahkarın tövbəsinin qəbul edilməsinə necə baxır?
Tövbənin bərəkəti olduqca çoxdur. Quran ayələri və hədislərdə də onlara geniş şəkildə işarə olunub. O cümlədən “Furqan” surəsinin 70-ci ayəsində buyurulur:
“Yalnız tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər”.
Bir hədisdə də deyilir ki, Allah-taala (həqiqi) tövbəkarlara üç dəyər verib. Hərgah onlardan birini bütün göy və yer sakinlərinə bağışlasa, onların qurtuluşuna yetər.